Mələksən ya şeytan bilinməyirsən, Rast ollam hər yerdə - TopicsExpress



          

Mələksən ya şeytan bilinməyirsən, Rast ollam hər yerdə adına sənin Sən mənim yadımnan silinməyirsən, Niyə heç düşmürəm yadına sənin?! Ağlardım ağlasan, gülərdim gülsən, Şərikdim qəminə, şadına sənin Bir mesaj ya bir zəng etsən ölərsən? Niyə heç düşmürəm yadına sənin? Ürəyim üstündə ocaq qaladın, Yandırdın, yanıram oduna sənin Kül etdin bağrımı söküb taladın, Niyə heç düşmürəm yadına sənin? Bir ağız səsləsən bir sar quş kimi, Həmin an çatardım dadına sənin İndi sən yardım et, qaytar eşqimi, Niyə heç düşmürəm yadına sənin? Bu sevgi deyilmiş anladım indi, Getdim tufanına, badına sənin, Özüm öz bəxtimi danladım indi, Niyə heç düşmürəm yadına sənin?
Posted on: Mon, 02 Sep 2013 16:35:10 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015