Məni maraqlandırmır Məni heç kimin həyat tərzini - TopicsExpress



          

Məni maraqlandırmır Məni heç kimin həyat tərzini pisləmirəm.Hərənin öz işidi necə qazanır ,hara xərcləyir.Nə yeyir, nə içir məni maraqlındırmır.Kim marixuana çəkir, kim kokain iyləyir , kim siqaret çəkir , kimi də araq içir.Məni heç maraqlandırmır kim min manatlıq ayaqqabı , iki minlik də çanta alır.Məni maraqlandımır kiki evdə quru çörək yeyir.Məni maraqlandırmır kimisə geyiminə görə restorana buraxmırlar.Məni maraqlandırmır pul üçün yaltaqlıq edənlər.Pulun oldu istədiyin qapını təpiklə aç.Sözlərim çoxlarını incidəcək, amma mən yazmasam heç kim yazmayacaq.Bilirsən , məni maraqlandırmır ki , heç sən bu yazını oxuyursan ya yox… Məni maraqlandırmır kimsə üç min manatlıq içkidən bir qurtum alıb qırağa atır.Məni maraqlandırmır bir qurtum su üçün satıcıya yalvaran uşaq.Məni maraqlandırmır puluna görə xəstəyə yaxşı baxan həkimlər.Heç məni maraqlandırmır pulu yoxdu deyə it yerinə sayılmayan xəstələr. Nə var indi birini qeyrətsiz çıxartmağa.Məni maraqlandırmır zorlandığı üçün fahişə adı alan qızlar.Pulun yoxdusa heç it də sənə heyvanlıq eləməz. Məni maraqlandırmırsız.Heç kimin həyaatı məni maraqlandırmır.Kor-koranə yaşayıb gedəcik bu həyatdan.Kimi kasıb ,kimi kasıb, kimi xoşbəxt , kimi də bədbəxt.Az adam insan kimi öləcək.Mən yazıram, çox az adam anlayacaq məni.Qələmin ucu iti gələcək bəzilərinə…Məni maraqlandırmır kimsə 20 manatlıq paltarı həyat yoldaşına ala bilmir.Məni maraqlandır axı onların əlavə xərcləri aylıq maaşdan çox gəlir.Məni maraqlandırmır axı uşaqlar sentyabrda məktəbə başlayacaq və onlara palpaltarı necə alacaq.Ona görə də 20 manatı saxlamalıdı.Amma bunlar məni maraqlandırmır.Heç sizi də maraqlandırmasın.Məni maraqlandırmır kimsə həyat yoldaşına işdəyəm deyib 500 manatlıq fahişəynən min manatlıq şərab içir.Məni maraqlandırmırki qadın başqa kişilərlə danışır, öz ərinə xəyanət edir.Varlı qadın bqşqa kişiylə danışsa deyirlər əri onu təmin edə bilmir, kasıb danışsa fahişədi.İnanırsan bunların heç biri mənim vecimə deyil.Məni maraqlandırmır kimsə paxıllığımı çəkir , kimsə yazdıqlarımı pisləyir. Məni maraqlandırmır hansısa qadın 500 manata dırnaq boyası alır.Məni maraqlandırmır digər qadın işlədiyi yerdə 100 manat maaşı almaq üçün müdirin qabağında soyunurki pulu versin.Axı evdə oğlu xəstə , dərman gözləyir.Məni maraqlandırmır şərəfsizliklər ,sizin kiçik beyinlərinizdə olan əxlaqsız düşüncələr.Mən pis adamam.Özündən razı ,saymazyana davranan biriyəm.Amma bunlar da məni maraqlandırmır.Məni maraqlandırmırki kobudam ,qırdığım qəlblərdən körpü düzəltmişəm artıq.Hansıki bu körpü də məni maraqlandırmır.Sevilməyə layiq deyiləm.Bu yazının nöqtəsini qoymalıyam.Amma məni maraqladırmır ki bu yazının nöqtəsini qoya bilmirəm. 22 Avqust Mehman Memmedzade.
Posted on: Sat, 05 Oct 2013 21:45:01 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015