Mərhum Kərbəlayi Əhəd başqa bir kəraməti nəql - TopicsExpress



          

Mərhum Kərbəlayi Əhəd başqa bir kəraməti nəql edir: Mənim evlənmək, əqd mərasimim qış fəslində olub. O vaxt ən adi şəraitdən belə məhrum idik. Bir kəndçi otağından başqa evim yox idi. Hər tərəfdən kasadlıq idi. Bir müddət sonra qüsl etməkdən ötrü kəndin yaxınlığında 500 metr eni olan və sonu dənizə tökülən çaya getdim. O vaxt çayın üzünü bir metrə qədər buz örtüyü tutmuşdu. Kənd əhalisi su götürməkdən ötrü çayın bir guşəsində dəlik açmışdılar. Buzun qalınlığından əlavə çayın iki metrə qədər də öz dərinliyi var idi. Çay sür`ətlə axırdı. Mən çayın kənarında soyunub qüsl edirdim. Bir müddət gecələr belə qüsl etdim. Gecələrin birində qüsl etməkdən ötrü buzun dəliyindən çaya girdim. Bir az sonra hiss etdim ki, suyun tə`siri güclüdür. Məni aparmaq üzrədir. Çox çalışdım ki, sudan kənara çıxam, amma faydası olmadı. Nəhayət, su məni ağuşuna alıb apardı. Harda başımı sudan çıxarırdımsa başım buza dəyirdi. Suyun soyuğu sümüyümə yeridi. Özüm də boğulmaq üzrə idim. Fikirləşdim ki, su məni 200 metr kənddən uzaqlaşdırıb. Başım buza dəyməkdən yara olmuşdu. Qısası hər tərəfdən yolumun bağlandığını görüb ölümümün gəldiyini yə`qin etdim. Təzəcə evlənməyim və gəlinin başsız qalmağı, cənazəmin Xəzər dənizində balıqlara yem olması məni çox narahat etdi. O batqın halımda ürəkdən həzrət Əbul Fəzl Abbası(əleyhissalam) köməyə çağırdım. Onun ətəyindən tutmaqla əvəzsiz Ələmdar mənə nicat verdi. Belə ki, birdən başım qanlı halda buzun dəliyindən çölə çıxdım. Mö`cüzə idi. Əl-ayağım donan halda libasımı geyinib təzə həyat tapdım. Çaydan çıxandan bir iki ay sonra tamamilə sağaldım. O cəhətdən həmişə həzrət Əbul Fəzl Abbasa(əleyhissalam) salam və salavat göndərirəm.
Posted on: Mon, 18 Nov 2013 12:07:37 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015