Məsələ: 2133. Əgər çəki, yaxud peymanə ilə satılan - TopicsExpress



          

Məsələ: 2133. Əgər çəki, yaxud peymanə ilə satılan malın müəyyən miqdarını, həmin cinsdən olan artıq miqdara satsalar (məsələn, bir “mən” buğdanı bir yarım “mən” buğdaya satsalar) sələm və haramdır. Bir dirhəm sələmin günahı insanın öz məhrəmi ilə (ana, bacı və s.) 70 dəfə zina etməsi günahından daha böyükdür. Hətta əgər iki maldan biri sağlam, digəri isə eybli olsa, yaxud birinin cinsi yaxşı, digərininki isə pis olsa, yaxud iki şeyin bir-birindən qiymət fərqi olsa, verdiyindən artıq miqdarda alsa, yenə də riba və haramdır. Deməli əgər, sağlam mis qab verib əvəzində onun miqdarından artıq sınıq mis alsa; sədr düyüsü verib ondan artıq başqa növ düyü alsa; e”mal olunmuş qızıl verib ondan artıq e”mal olunmamış qızıl alsa, riba və haramdır. Məsələ: 2134.Əgər artıq aldığı şey satdığının cinsindən başqa olsa (məsələn, bir “mən” buğdanı bir “mən” buğda və üstəgəl bir riyal pula satsa) yenə də riba və haramdır. Hətta əgər üstündə bir şey almasa, amma alıcının müəyyən bir iş görməsini şərt etsə, yenə də riba və haramdır. Məsələ: 2135.Əgər az miqdar verən şəxs müəyyən bir şey əlavə etsə (məsələn, bir “mən” buğda ilə bir dəsmalı 1,5 “mən” buğdaya satsa) əgər az miqdar qiymətdə onunla eyni cinsdən olanın çox miqdarla bərabər olsa və az miqdarı verən şəxs onu satmaqdan xilas olmaq üçün həmcinsindən artığı üçün bir şey əlavə etsə məsələn, bir “mən” ə”la növ buğda və bir dəsmalı 1,5 “mən” orta növ buğdaya satsa) eybi yoxdur. Həmçinin əgər hər iki tərəf müəyyən bir şeyi artırsalar (bir “mən” buğda və bir dəsmalı 1,5 “mən” buğda və bir dəsmala satsa) eyni qayda ilə. Məsələ: 2136.Əgər zira, yaxud metrlə ölçülən (parça kimi), yaxud say ilə müamilə olunan (qoz və yumurta kimi) bir şeyi satıb əvəzində artıq alsa (məsələn, 10 ədəd yumurta verib 11 ədəd alsa) eybi yoxdur. Əgər 10 ədəd yumurtanı 11 yumurtaya zimməsində satsa, aralarında imtiyaz, fərq olması lazım (ilzami) deyil. Çünki, al-ver gerçəkləşir. Məsələn, 10 ədəd böyük yumurtanı 11 ədəd orta həddə olan yumurtaya zimməsində sata bilər. Əskinasların al-veri də elə bu qəbildəndir. Yə”ni nəqd əskinası ondan artığına, müddətlə sata bilər. Məsələn, 1000 tümən nəqd pulu, altı aydan sonra alsın deyə, 1200 tümənə satsa. Həmçinin, əskinasların əskinasa, yaxud əskinasın dollara və ya xarici pullara satmağın, yaxud (bankların, sərrafların, yaxud ayrı-ayrı şəxslərin vasitəsilə) xırdalamağın eybi yoxdur. Amma ribalı (sələmli) borc haramdır. Məsələ: 2137.Bə”zi şəhərlərdə çəki və ya peymanə ilə, bə”zi şəhərlərdə isə say ilə al-ver olunan şeyi çəki və peymanə ilə satılan şəhərdə çox alsalar riba və haramdır, o biri şəhərdə isə haram deyil. Məsələ: 2138.Əgər satdığı və əvəzində aldığı şey eyni növdən olmasa, artıq almağın eybi yoxdur. Deməli, bir “mən” düyü satıb iki “mən” buğda alsa, müamilə səhihdir. Məsələ: 2139.Əgər satdığı və əvəzində aldığı mal eyni şeydən hazırlanmış olsa gərək müamilədə artıq almasın. Məsələn, bir “mən” yağ satıb əvəzində bir yarım “mən” pendir alsa, riba və haramdır. Həmçinin əgər, yetişmiş meyvəni kal meyvə ilə müamilə etsə artıq ala bilməz. Məsələ: 2140.Buğda və arpa riba məsələsində bir növdən hesab olunur. Deməli, bir “mən” buğda verib 1,5 “mən” arpa alsa riba və haramdır. Həmçinin əgər on “mən” arpa alıb müqabilində xərmən vaxtı on “mən” buğda vermək istəsə, arpanı nəqd aldığına və bir müddətdən sonra buğdanı vermək istədiyinə görə artıq almaq kimidir və haramdır. Məsələ: 2141.Əgər müsəlman bir şəxs İslamın pənahında olmayan kafirdən riba alsa eybi yoxdur. Həmçinin, ata-oğul, ər-arvad bir-birindən riba ala bilərlər.
Posted on: Sat, 17 Aug 2013 09:09:26 +0000

Recently Viewed Topics




© 2015