"Nazir orta məktəb direktoru ilə necə davranırsa, eyni - TopicsExpress



          

"Nazir orta məktəb direktoru ilə necə davranırsa, eyni münasibəti rektorlara qarşı da sərgiləməlidir. 20-30 il rektor olan adamlar ali məktəbləri uçuruma aparıblar." *Nicat Etibar ------------ *** Təhsil naziri Mikayıl Cabbarov ötən gün 70 günlük fəaliyyəti ilə bağlı hesabat verdi. Təhsildəki mövcud problemlərdən danışdı, problemlərin aradan qaldırılması araşdırmalara ehtiyac olduğunu bildirdi.Amma 70 günlük fəaliyyətdən sonra hesabat verməyin asan olmadı. Çünki bir çox məsələlərlə bağlı suallara cavab verərkən özü də 70 gündə onları həll etməyin çətin olduğunu ifadə edirdi. Ona görə də, nazirin çıxışı hesabatdan daha çox, mövcud problemlərlə bağlı fikirlər səsləndirməklə yadda qaldı. Lakin səsləndirdiyi fikirlərlə bəzi suallara cavab versə də, yeni suallar da meydana çıxdı. Məsələn, məktəblərdə pul yığımının könüllülük əsasında həyata keçirilməsi necə mümkün olacaq? Repititor hazırlığını necə həll edilə bilər? Müəllimlərin maaşı necə artırılacaq? Və s.Bu kimi suallar ətrafında təhsil ekspertlərinin fikirlərini öyrəndik. Onlar nazirin çıxışı və səsləndirdiyi fikirləri birmənalı qarşılamadıqlarını bildirdilər.Azərbaycan Təhsil Şurasının sədri Əjdər Ağayevin nazirin məktəblərdə yığılan vəsaitlə bağlı səsləndirdiyi fikirlərin suallar yaratdığını dedi:“Mikayıl Cabbarovun məktəblərdki yığımla bağlı verdiyi cavabdan elə hiss olunur ki, onun məktəblərdəki rüşvətxorluqdan xəbəri yoxdur. Orta məktəblərdə yığım deyəndə uşaqların məktəbə qəbul zamanı alınan 200-300 manatdan, orta ixtisas məktəblərində dövlət imtahanında yüksək məbləğlər yığılır. Məktəblərdə yığım deyəndə biz bu rüşvətdən danışırıq. Böyük ödənişlərin qarşısı alınmalıdır.Məktəbdə olan kiçik ehtiyaclar, ekskursiyalar üçün yığılan pullar başqa məsələdir. Bu məsələdə nazirin fikri ilə razıyam”. Ekspert nazirin müəllimlərin maaşı ilə bağlı səsləndirdiyi fikirlərə münasibət bildirdi.“Bütün müəllimlərin yox, onların savadına uyğun olaraq maaşlarının artırılması düzgün yanaşmadır. Amma bu qərarı tətbiq edəndə də, qohumluq, tanışlıq məsələləri nəzərə alınmamalıdır. Bu yanaşma həm də tələblərə cavab verməyən müəllimlərin müəyyənləşdirilməsində də kömək edəcək. Hətta hesab edirəm ki, ali məktəbi “3” qiyməti ilə bitirənlər məktəbdə dərs keçməməlidir”. Ə.Ağayev onu da vurğuladı ki, nazirin peşə məktəbləri ilə bağlı səsləndirdiyi fikirlərlə razı olduğunu dedi. Dərsliklərlə bağlı tətbiq olunacaq yeniliyə gəldikdə isə, təhsil eksperti bunun çoxdan verilən təklif edildiyini vurğuladı:“Hər bir dərsliyin eksperimentdən keçməsi düzgün yanaşmadır. Xaricdə təhsil məsələsində isə ekspert bəzi problemlər var. Bəzən bütün sənədləri hazır olan tələbələrin xaricə göndərilməsinə süni surətdə maneə olurlar. Bu məsələyə diqqət artırılmalıdır”. «XXI əsr Təhsil Mərkəzi» İctimai Birliyinin sədri Etibar Əliyev nazirin bu müsahibəsini təqdimat xarakterli olduğunu dedi. “ Nə üçün 70 gündən sonra nazirin fəaliyyətinə qiymət verildiyi anlaşılan deyil. Onun hər bir əmri, işi tarixə çevrilməlidir. Amma nazir çıxışında həm mühüm məsələlərə toxunub, həm də çağırışlar edib Xüsusən, məktəblərdəki yığımı biyabırçılıq adlandırması müsbət haldır. Amma yığılan vəsaitin könüllü olub-olmaması necə müəyyən ediləcək? Görünür ki, nazirə yaxşı məlumat verməyiblər. İndi təkcə şagirdlərdən yox, müəllimlərdən də pul yığılır. Məktəbdə repititor hazırlığı ilə məşğul olanlar vəsaitin bir hissəsini direktorlara verir. Dərs bölgüsündə saxtakarlığa yol verirlər”. E.Əliyev nazirin repititor hazırlığı ilə bağlı problemin qısa zamanda həll edilməsinin çətin olduğunu vurğuladı:“Bu gün valideynlər uşaqlarının repititor hazırlığı üçün əlavə vəsait ayırır. Uşaqların kütləvi şəkildə repititor hazırlığına getməsi məktəb təhsilinin keyfiyyətsizliyi ilə bağlıdır. Təhsilin keyfiyyətini düzgün qiymətləndirilənə, məktəblər müstəqillik alana qədər problem davam edəcək.Bundan başqa bəzi xarici ölkələrdə şagird materialları çatdıra bilmirsə, ödənişli əsaslarla müəllim ona əlavə dərs keçir. Amma bu vəsait repititor hazırlığından az olur”. Ekspert repititor hazırlığında əmək haqqı da son dərəcə vacib olduğunu vurğuladı:“ Nə üçün Azərbaycan müəllimi koreyalı həmakrından təxminən 20, tunisli həmkarından 7, Qərb ölkələrindəki müəllimdən 12 dəfə az maaş alır. Bu standart düz gəlmədiyi üçün müəllim dərsin keyfiyyətinə görə məsuliyyət daşımır. Məktəblər özləri məsuliyyət daşımasa, problem düzəlməyəcək. Direktor kollektiv tərəfindən seçilməli, müəllimlər attestasiyadan keçirilməlidir, ali məktəblərdə təhsilin keyfiyyəti qiymətləndirilməlidir”. Bundan başqa nazirin təhsil sisteminin bütün pillələrində islahatların aparılması ilə razılaşsam da, ortam məktəbin vəzifəsi ilə bağlı səsləndirdiyi fikirlərlə qətiyyən razılaşmıram: “Köhnə paradıqmalara əsaslanaraq bildirilir ki, orta məktəbin əsas vəzifəsi vətəndaş yetişdirmədir. Amma savadsız vətəndaş kimə lazımdır? Yüksək təhsil alan şagird ilk növbədə ali, daha sonra isə orta yaxud peşə məktəblərində təhsil almaq istəyir. Amma təəssüf ki, bu pillələr arasında əlaqə yoxdur. Abituriyentlərin 13-15%-i texniki peşə təhsilinə üz tutur”. Bir sözlə, hesab edirəm ki, nazir çıxışda problemlərdən çıxış yolunu göstərməyib. Yalnız fond, süpürgə pulunu ləğv etməklə problemi tamamilə həll etmək olmaz. Məsələyə kompleks yanaşmaq lazımdır. Təhsilin bütün pillələri üzrə layihələr işlənilir. Amma keçmiş nazirin avtoriter olması, onların həyata keçirilməsində maneə olurdu. Yeni nazir bu məsələlər ətrafında müzakirələr aparılmalıdır. Nazir orta məktəb direktoru ilə necə davranırsa, eyni münasibəti rektorlara qarşı da sərgiləməlidir. 20-30 il rektor olan adamlar ali məktəbləri uçuruma aparıblar”. Gülxar
Posted on: Tue, 09 Jul 2013 07:50:05 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015