O şuxi-məhvəşə qılmaz əsər ahi-dəmadəmlər, Qərarım - TopicsExpress



          

O şuxi-məhvəşə qılmaz əsər ahi-dəmadəmlər, Qərarım aldı əldən işvələr,yüz naz,çəmxəmlər. Qocaldım,pirə döndüm,qalmadı ahımda bir təsir, Əyildi,yayə döndü qamətim,keçdi keçən dəmlər. Könül ayinəsi cəngi-cəhalət çulğadı yeksər, Ənisim oldu bu beş gün fənadə möhnətü qəmlər. Təhəmmül eyləmək asan deyildir dərdi-hicranə, Rümuzi-eşqdən bibəhrdir ədnavü sərsəmlər. Vuruldum bir pəripeykər nigarın vəslinə nagah Ki,guya,pərdələnmişdir qızarmış güldə şəbnəmlər. Bu səhradə qalıbdır çoxları heyran,sərgərdan, Bu yoldan çox İsgəndərlər gəlib keçmiş,çox adəmlər. Müyəssər olmadı vəsli nə Qəmginə,nə Məcruhə, Nə kül töksün başə bu binəvalər,taleyi-kəmlər. Məşədi Məcid Məcruh Bağırzadə.Bakı şəhəri Qobu kəndi.
Posted on: Sun, 28 Jul 2013 15:51:19 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015