Oxuduqca heyrətlənəcəksiz... Çox maraqlıdır.. Çingiz - TopicsExpress



          

Oxuduqca heyrətlənəcəksiz... Çox maraqlıdır.. Çingiz Abdullayev 7 aprel 1957-ci ildə Bakı şəhərində anadan olmuşdur. 3 ali təhsilə malikdir. Azərbayca, rus, ingilis, italyan, türk və fars dillərini mükəmməl bilir. Beynəlxalq təcavüz problemi barədə dissertasiya müdafiə edib hüquq elmləri namizədi alimlik dərəcəsi almışdır. Beynəlxalq cinayət problemi barədə doktorluq dissertasiyası müdafiə etmişdir. Boksla məşğul olmuşdur. Güllə atıcılığı üzrə beynəlxalq dərəcəli idman ustasıdır. Ünsiyyətə girməkdə mahirdir. Onun haqqında "Heykəli belə danışdıra bilər" deyirlər. Xüsusi təyinatlı şöbənin rəhbəri kimi Müdafiə nazirliyinin xətti ilə xaricdə tapşırıqlar yerinə yetirmişdir. Belçikada, Almaniyada, Polşada, Rumıniyada, Əfqanıstanda işləmişdir. Ehtiyatda olan mayordur. 1986-cı ildə Çauseskunun güllələnməsində əli olması ittihamı ilə Rumıniyadan çıxarılmışdır. Anqolalı komnadirlərin Namibiyada əsirlikdən azad edilməsi üçün ağır əməliyyatda iştirak etmişdir. Bu əməliyyatdan 4 nəfər sağ qayıtmışdır ki, onlardan biri də Çingiz Abdullayevdir. Çingiz Abullayevin kəskin süjetli janrda ilk əsəri "Mavi Mələklər" 3 il DTK-da əngəllənmişdir. Əsər ilk dəfə 1988-ci ildə, sonra isə dəfələrlə nəşr edilmişdir. Onun əsərləri 27 dilə tərcümə olunmuşdur. Abdullayevin kitabları bütün MDB və Baltikyanı dövlətlərdə, ABŞ, Almaniya, İsveç, Norveç, Türkiyə, Serbiya, Albaniya, Fransa, Bolqarıstanda ümumilikdə 22 milyondan çox satılmışdır. Amerikanın nüfuzlu "Kriscen Sounders Monitor" jurnalı onu dünyanın ən yaxşı siyasi dedektiv yazan 5 yazıçısından biri kimi göstərmişdir. Azərbaycanın ən çox vergi verən insanı olmaqla yanaşı Azərbaycan nəşr olunan kitablarının qonorarını Qarabağ qaçqınlarına yardım fonduna köçürür. Hal-hazırda Azərbaycanda əsərlərinə görə xaricdən qonorar alan yeganə yazıçıdır. Azərbaycan Yazıçılar İttifaqının katibi, 5 dövlətin xüsusi xidmət orqanlarının fəxri zabitidir.
Posted on: Sun, 25 Aug 2013 05:18:36 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015