Oxumağa dəyər... Gerçək qardaşlığın hekayəsidir bu.... - TopicsExpress



          

Oxumağa dəyər... Gerçək qardaşlığın hekayəsidir bu.... İllər oncə iki qardaşın bir buğda tarlası və bir dəyirmanı vardı. Hər gün birlikdə çalışdıqdan sonra topladıqları taxılı, məhsulu bərabər olaraq ikiyə bölərdilər. Bir gün ailəsi olmayan qardaşı belə düşündü: "Bu, ədalətli deyil! Mənim heç kimim yoxdur, qardaşımın isə doyurması gərəkən böyük bir ailəsi var." Beləliklə hər gecə qaranlıq düşəndən sonra həmin qardaş kimsə fərq etmədən o biri qardaşının anbarına bir qədər artıq taxıl qoymağa başladı. Digər qardaş isə hər gün öz-özünə bu cür düşünürmüş: "Bu, ədalətli deyil! Böyüdüklərində mənə baxacaq oğullarım var, qardaşımın isə heç kimsəsi yox." Beləliklə o da hər gecə qaranlıq düşdükdən sonra kimsə fərq etmədən ailəsi, övladı olmayan qardaşının anbarına daha artıq taxıl qoymağa başlayır. Fəqət bir gecə anidən qarşılaşırlar və bir-birinin nə etdiyini görüb, bilirlər. Bir-birinə duyduqları dərin sevgi və bağlılıq səbəbiylə sevinc göz yaşlarına boğulular. PS. Bu gerçək bir qardaşlıq hekayəsidir. Bugünkü nəsllərin öyrənməsinə böyük ehtiyac duyulan gerçək həyat hekayəsi... Jurnalist
Posted on: Mon, 09 Sep 2013 10:28:45 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015