"Piast"ın kapitanı: "Qarabağ" yüksək səviyyəli komanda - TopicsExpress



          

"Piast"ın kapitanı: "Qarabağ" yüksək səviyyəli komanda deyil" "Son bir neçə gündə yaxşı çalışmışıq. Lakin "Qarabağ" da bizimlə oyuna yaxşı hazırlaşıb. Baş məşqçi rəqib haqda bizə müəyyən məlumatlar verib. Avrokuboklarda yaxşı başlanğıc etmək istəyirik". Bu sözləri "Piast" klubunun kapitanı Tomaş Podqorski ölkəsinin mətbuatına açıqlamasında deyib. Polşalı futbolçu "Qarabağ"a qarşı diqqətli oynamalı olduqlarını bildirib: "Qarabağ" elə də yüksək səviyyəli komanda deyil. Biz onları fiziki cəhətdən üstələyə bilərik. Lakin müxtəlif komponentlərdə rəqib bizi üstələyir. Onların heyətində bəzi futbolçular var ki, meydanda tez-tez yer dəyişərək qol vurmağı bacarır. Həmin oyunçulara qarşı diqqətli oynamalıyıq". Bakıdakı istiyə də münasibət bildirən 27 yaşlı futbolçu buna qarşı öz planlarının olduqlarını deyib: "Bu isti bizə Bakıda sürpriz yaşada bilər. Çünki oyunda tempi öz əlimizdə saxlamaq üçün kifayət qədər güc sərf etməli olacağıq. Bununla belə, istiyə qarşı da öz planlarımız var. Baxaq, görək bu plan necə işləyəcək. Oyuna gəldikdə isə Bakıdan sərfəli nəticə ilə ayrılmaq istəyirik. Burada böyük hesabla məğlub olub, cavab matçının formal xarakter daşımasını istəmərik. Buna görə də Polşadakı cavab qarşılaşmasına sərfəli nəticə ilə yollanmaq lazımdır. "Qarabağ"la oyunda qapımıza qapanaraq müdafiədə oturmayacağıq. Çünki bu,bizim oyun üslubumuz deyil. Əksinə hücumda oynayaraq qol vurmağa çalışacağıq". #qol.az
Posted on: Wed, 17 Jul 2013 09:46:54 +0000

Recently Viewed Topics




© 2015