Qarabağ” “Xəzər Lənkəran”la son qarşılaşmadan - TopicsExpress



          

Qarabağ” “Xəzər Lənkəran”la son qarşılaşmadan 3:0-lıq qələbə ilə ayrılaraq vahid liderliyə yüksəldi.sehifemiz xəbər verir ki son 3 matçından eyni hesablı qalibiyyətlərlə ayrılan Ağdam klubu çempionatda ən çox qol vuran (20), ən az buraxan (4) komandadı. Ümumiyyətlə, son 5 qarşılaşmada qol buraxmayan komandanı sonuncu dəfə 6-cı turda “Rəvan”ın forvardı Kastro-Telyo məyus edib. Həmin qarşılaşmanın son 70 dəqiqəsini və son 5 oyunu nəzərə alsaq, “Qarabağ” tam 520 dəqiqədi qol buraxmır. Təbii ki, bunda “Qarabağ”ın qolkiperi Fərhad Vəliyevin də rolu böyükdü. Artıq 7 ildi “Qarabağ”ın uğurları üçün tər tökən qolkiper 83-cu dəqiqədə “Xəzər Lənkəran”lı Etame Mbillanın penaltisini dəf edərək seriyasının qırılmasına imkan vermədi. Maraqlıdı ki, Fərhad sonuncu dəfə “Qarabağ”ın heyətində penaltini 2010-cu ildə, Avroliqanın 3-cü təsnifat mərhələsində “Visla”yla baş tutan ilk oyunda dəf etmişdi. 90-cı dəqiqədə Matsey Juravskinin 11 metrlik zəbəsini dəf edən 33 yaşlı kiper 1:0-lıq qələbəyə töhfə vermişdi. Və 3 il sonra Fərhad 2-ci dəfə penaltini dəf etməklə yadda qaldı. Vəliyev klub saytına bununla bağlı danışıb: “Açığı, fikir verməmişəm sonuncu dəfə nə zaman penaltini qaytarmışam. Amma “Visla” ilə oyun yadımdadı. Həmin oyunu kim unudar ki? Dünən baş tutan oyunda isə komandamız çox yaxşı oynadı. Hər kəs sona qədər mübarizə apardı. Çox vacib qələbə qazandıq. Penalti epizoduna gəlincə, təbii ki, özümə inanırdım. Yox, rəqibin hara vurması haqqında öncədən bir bilgim yox idi. Sadəcə, bir az təcrübə, bir az da onun topa gəlməyini nəzərə aldım. Sevindiricidi ki, artıq 5 oyundu qol buraxmırıq. Meydana kim çıxırsa, komanda üçün mübarizə aparır. Uğurumuzun əsas səbəbi budu. Çempionat hələ yeni başlayıb. Qarşıda çox oyun var. Belə oyunlarda qələbə qazanmaq komandaya əlavə stimul verir. Qarşıdan “Qəbələ” ilə oyun gəlir. Qəbələlilər bu mövsüm olduqca uğurlu çıxış edir. Çempionluğa iddialıdırlar. Ona görə də gərgin və maraqlı oyun olacaq. Təbii ki, meydana 3 xal üçün çıxacağıq. Azarkeşlərimizə səslənirəm. Bizə sonuna qədər dəstək olsunlar. Lənkəranda bizə yaxşı dəstək oldular. İndi növbə Bakıdakı oyundadı”. FUTBAZ
Posted on: Tue, 29 Oct 2013 14:51:53 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015