“Qarabağ”ın müdafiəçisi Admir Telinin Avropa Liqasının - TopicsExpress



          

“Qarabağ”ın müdafiəçisi Admir Telinin Avropa Liqasının üçüncü təsnifat mərhələsinin İsveç “Gefle”si ilə cavab oyunu öncəsi azerisport.az saytına müsahibəsi - Sundsvalla hansı ümidlərlə gəlmisiz? - Komanda oyuna yaxşı köklənib. Çarter reysi ilə gəlməyimiz də xeyrimizə oldu. Çox rahat gəldik. Hər şey əladı! - “Qarabağ” “Piast”la oyun öncəsi Polşaya bir gün əvvəl getmişdi. Amma İsveçə iki gün öncədən gəldiniz... - Əlbəttə, indiki variant daha yaxşıdı. Birincisi İsveçə yolçuluq daha uzun idi. İkincisi də hava şəraitini nəzərə almaq lazım idi. Biz belə soyuq havaya az da olsa, alışmalıydıq. Lakin alışmalı olduğumuz başqa məqamlar da az deyil. - Məsələn? - Meydança. Biz cavab matçının süni örtüklü meydanda keçiriləcəyini bilirdik. Amma bu qədər də pis olacağını gözləmirdik. Bu, bir qədər məyusluq doğurur. - Oyundan nə gözləyirsiz? - Prinsipcə, biz mərhələ keçə bilərik. Amma rəqibimiz hələ Bakıdakı oyunda da göstərdi ki, təhlükəli vəziyyətlər yaratmağı bacarır. Düzdü, doğma divarlar arasında rəqibdən daha yaxşı oynamışdıq. Buna baxmayaraq, “Gefle” təhlükəli komandadı. - “Gefle”nin ev oyununda daha təhlükəli olacağını düşünürsüz? - Əlbəttə! Ümid edirəm ki, gözlədiyimiz qədər çətin matç olmaz. Amma necə də olmasa, səfərdə oynayırıq. Çalışacağıq ki, rəqibə öz oyununu sərgiləmək imkanı verməyək. Yaxşı müdafiə olunmağa borcluyuq. Xüsusilə standart vəziyyətlər zamanı diqqətli olmalıyıq. - İsveç təmsilçisinin ucaboy oyunçularını necə dayandırmağı planlaşdırırsız? - Onlarla mübarizə aparmaq çox ağırdı. Xüsusilə də “ikinci mərtəbədə”. Lakin sonadək döyüşməliyik. Daha hündürə tullanmaqla dayandırmağa çalışmalıyıq (gülür).
Posted on: Thu, 08 Aug 2013 12:21:28 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015