Qarabağın baş məşqçisi Qurban Qurbanovun müsahibəsi - TopicsExpress



          

Qarabağın baş məşqçisi Qurban Qurbanovun müsahibəsi - Öncə AZAL-la oyundan başlayaq. Bu mövsüm paytaxt klubuna qarşı iki oyunda 4 xal itirmisiz. Komandanızın belə bir sindromla üzləşməsinin səbəbi nədi? - Buna sindrom deməzdim. Belə hallar əksər çempionatlarda olur. Bəlkə də AZAL bizə qarşı daha cidi hazırlaşır, aqressiv oynayır. Bizim çempionat elədi ki, istənilən komanda digər rəqibindən xal ala bilər. Ona görə, AZAL-la görüşlərdə qələbə qazana bilməməyimizdə faciəvi nəsə görmürəm. Qarşıda daha iki oyunumuz var. Bu görüşlərdə də həm onların, həm də bizim qələbə qazanmaq şansımız var. - Komandanızda Rəşad Sadıqov, Admir Teli kimi aparıcı oyunçular zədələdi. Qara Qarayev zədəsini yeni bərpa edib. Riçard Almeyda da sarı vərəqə limitini keçdiyinə görə Rəvanla oyunda meydana çıxa bilməyəcək. Bütün bunlar qarşıdakı turlarda komandanın oyununa nə dərəcədə təsir edəcək? - Mütləq təsir edəcək. Onların hər biri təcrübəli oyunçudu. Xüsusilə, iki təcrübəli mərkəz yarımmüdafiəçisinin olmaması bizə problem yaşada bilər. Problemlərimiz çox olsa da, əlimizdən gələni etməyə çalışacağıq ki, bu, oyunumuza təsir göstərməsin. İnanıram ki, meydana çıxacaq futbolçular onların yoxluğunu hiss etdirməyəcəklər. - Son günlər Muarem Muaremin Portuqaliya Braqasından təklif aldığı barədə xəbərlər yayılıb. Bu məsələyə münasibətinizi bilmək istərdik... - Hazırda Muarem bizim oyunçudu. Onunla söhbətim oldu. Mənə bildirdi ki, nə Braqadan, nə də başqa klubdan təklif alıb. Belə şayiələr həmişə olur, bundan sonra da olacaq. Komandadan getmək istəyən oyunçu gəlib mənimlə söhbət edir. Muaremin bizimlə hələ ilyarımlıq müqaviləsi qalır. - Yunanıstan mətbuatı da Çumbinyonun Qarabağdan ayrılıb, yenidən bu ölkəyə qayıdacağını iddia edir... - Çumbinyo ilə də bağlı vəziyyət oxşardı. O, heç bir yerə getməyə hazırlaşmır. Bütün bunlar boş-boş söhbətlərdi. Çumbinyo Qarabağın futbolçusudu və komandamıza kömək etmək istəyir. - Qarabağ son 5 turda 14 qol vurub. Bunu komandada Barselonanın oyun sisteminin tətbiq olunmasının nəticəsi kimi qiymətləndirmək olar? - Belə demək düz çıxmır. Biz daha çox İspaniya futbolundakı metodika ilə çalışmaq istəyirik. Topla davranmağı daha çox xoşlayırıq. Son 5 turda vurulan 14 qol o demək deyil ki, bizim işlərimiz tam qaydasındadı. Özünüz də gördüz ki, AZAL-la oyun bizim üçün çətin oldu. Sonda çətinliklə bərabərə qala bildik. Biz düşündüklərimizin hamısını həyata keçirə bilmirik. Hələ görüləsi çox işimiz var. - Çempionluq uğrunda mübarizədə özünüzə ən ciddi rəqib kimi hansı komandanı görürsüz? - Çempionatda ciddi olmayan rəqib yoxdu. Bu gün Xəzər Lənkəran, Bakı, İnter də çempionluq uğrunda mübarizə aparır. Baxmayaraq ki, ilk üçlüyü Qarabağ, Neftçi və Qəbələ tutur. Çempionluq uğrunda mübarizənin sonadək yalnız bu üç komanda arasında gedəcəyini deməzdim. Mən dəfələrlə demişəm ki, Xəzər Lənkəran sərgilədiyi oyuna görə o yerdə olmalı deyil. Ciddi mübarizə aparır, çoxlu qol epizodları yaradırlar. Digər komandalara da baxsaq, hər birinin tanınmış və təcrübəli məşqçiləri var. Bugünki turninr cədvəli heç kimi aldatmasın. - Futbol karyeranıza baxarkən, özünüzü hüçumçu kimi daha faydalı sayırsız, yoxsa məşqçi kimi? - Futbolçu və məşqçi olmaq tamamilə fərqli şeylərdi. Futbolçu karyeram artıq başa çatıb. Hər zaman işimdə ciddi olmağa çalışmışam. Məşqçilik karyeram isə hələ qabaqdadı. Şəxsən mən futbolçu karyeramla məşqçilik karyeramı ayırmaq istəməzdim. Hər zaman liderlər sırasında olmaq üçün çalışıram. Bununla yanaşı istəyirəm ki, komandamın oyunu fərqlənsin, futbolçular da hiss etsin ki, futbolda daim lider olmaq lazımdı. Məşqçi kimi bildiklərimi futbolçularıma öyrətməyə çalışıram. Fikrimcə, mənə bir məşqçi kimi qiymət verilməsinə hələ çox var. - Futbolçu olduğunuz vaxtlarda, gələcəkdə məşqçi kimi fəaliyyət göstərəcəyinizi düşünürdünüz? - Gənc vaxtlarımda bu haqda o qədər də fikirləşmirdim. Ancaq təcrübəm artdıqca, xüsusilə Rusiyada oynadığım vaxtlarda bu haqda fikirləşirdim. Bunun üçün də verilən məşqlərə, tapşırıqlara diqqətlə yanaşırdım. - Məşqçi olmağınızda sizə kim kömək edib, məsləhətlər verib? - Hər bir məşqçi üçün başlanğıc çox vacibdi. Şükürlər olsun ki, mən birbaşa Neftçi kimi komandaya baş məşqçi təyin olundum. Bunda həm Rövnəq Abdullayevin, həm də Ramin Musayevin böyük rolu oldu. Baxmayaraq ki, həmin vaxt heç bir təcrübəm yox idi. Sadəcə, məni yaxşı tanıdıqlarına görə, vaxtilə Neftçidə kapitan olduğum üçün etimad göstərdilər. Məhz bu amil məşqçilik karyeramda mühüm rol oynadı.
Posted on: Sun, 17 Nov 2013 12:55:21 +0000

Trending Topics



le="min-height:30px;">
Appel a sucy en brie pour mon appel a stacy .. stacy pas en forme
Franz - On était pas très sereins sur cette chanson, on avait

Recently Viewed Topics




© 2015