Qocaman Akademiyamizin Tarixi Tarix 1920-ci ildə Bakı - TopicsExpress



          

Qocaman Akademiyamizin Tarixi Tarix 1920-ci ildə Bakı Politexnik İnstitutu yaradılmış və bu təhsil mərkəzi sonralar Azərbaycan Politexnik İnstitutu (1923-1930), Azərbaycan Neft İnstitutu (1930-1934), Azərbaycan İndustrial (Sənaye) İnstitutu (1934-1959), Azər­baycan Neft və Kimya İnstitutu (1959-1991), Azərbaycan Sənaye Univer­s­i­teti (1991-1992) və Azərbaycan Dövlət Neft Akademiyası (1992-ci ildən) adı altın­da neft-qaz və digər sənaye sahələri üçün yüksək ixtisaslı mühəndis və elmi-pedaqoji kadrları hazırlamışdır. Bakı Politexnik İnstitutunun binası (1920-ci il) 1920-ci ildə rektor vəzifəsini professor İ.Q.Yesman (1868-1955), 1928-ci ildə isə institutun məzunu M.V.Barinov icra etmişdir. 1920/1921-ci təd­ris ilində İns­titutun Elmi Şurası 66 nə­­fərdən ibarət olmuş və onun tərkibinə aşağıdakı profes­sor­­lar və müəl­­limlər daxil olmuşlar: N.A.Dub­rovski, P.K.Juze, İ.Q.Qurviç, A.S.Şepo­tyev, D.D.Qadaskin, A.N.Şu­­şe­rov, L.Ş.Ley­­­benzon, İ.V.Kurçatov, K.A.Krasus­ski, A.A.Axun­dov, Q.N. Qazı­yev, İ.Q.Yes­man, S.A.Kova­levski, P.İ.Kuz­netsov, T.Q.Quliyev, P.P.Lu­kin, M.M.Skvor­­t­sov, S.N.Usa­tıy, V.İ.Tixomirov, B.P.Albitski, N.L.Vanni­kov, A.M.Am­mo­sov və başqaları. 1920/1921-ci tədris ilində İnstitutda 1135 tələbə oxumuşdur. Həmin ildə Azərbaycan əhalisi arasında ali təhsilli 62 azərbaycanlı, o cüm­lədən 12 mühəndis olmuşdur. 1922-ci ildə «Kənd təsərrüfatı», «İqtisadiyyat», «Texnologiya (elek­tro­tex­nika, dağ-neft və neft texnologiya şöbələri)» və «Mühəndis-inşaat (quru yolları, hidrotexniki və mülki inşaat ixtisasları üzrə)» fakültələrinin fəaliyyəti üzrə İnstitutun strukturu formalaşmışdır. 1923-cü ildə İnstitutda 3 nəfərdən ibarət birinci buraxılış olmuşdur. 1923-cü ildən ali məktəb M.Əzizbəyov adına Azərbaycan Politexnik İnstitutu adlandırılmışdır. 1924/1925-ci tədris ilində 13 nəfər, 1925/1926-cı tədris ilində 46, 1926/1927-ci ildə isə 289 nəfər İnstitutda mühəndis diplomu almışdır. 1929-cu ildən etibarən İnstitut Xalq Maarif Komissarlığının tabeliyindən çıxarılmış və Ali Texniki Məktəblərin Baş İdarəsinin tabeliyinə verilmişdir. 12 may 1929-cu ildə İn­sti­tutdan «Kənd təsərrüfatı» fa­kül­təsi ayrılmış və Xalq Torpaq Komis­sar­lı­ğı­nın tabeliyində müstəqil fəaliyyət gös­tə­rən Kənd Təsər­rüfatı İnstitutu (indiki Azər­baycan Dövlət Aqrar Univer­siteti) yaran­mış­dır. İqtisa­diyyat fakültəsi isə bağ­lanmışdır. 29 may 1930-cu ildə ali mək­təbin adı dəyişdirilmiş və Azər­baycan Neft İnstitutu adlandırılmışdır. İnsti­tutun adının dəyişməsi ilə əlaqədar onun fakültələrinin tərkibində də dəyişiklik edilmişdir. İnstitutun «Su təsər­rüfatı» fakültəsi yeni yaranmış Zaqafqaziya Pambıq İnstitutuna keçirilmişdir. Həmin vaxtdan baş­la­yaraq Azərbaycan Neft İnst­i­tutunun məzunlarının 80%-ni neft sənayesi müəssi­sələrinə göndərməyə baş­lamışlar. İnstitutun ilk və əsas bölümü olan «Neft-mədən» fakültəsi mütəxəssis hazır­lığına başlayana qədər neft mədənlərində rəhbərlik edən mütəxəssislərin arasında mexaniklər, kimyaçılar, hidrotexniklər, elektriklər, mülki mühəndislər, inşaat­çılar və hətta meşəçilər özlərinə yer tapmışdı. 1928-ci ildəki «Texnologiya» fakültəsi faktiki olaraq dağ-mədən, kimya-texnologiya və mexanika-energetika fakültələrinin formal birləşməsi idi. Belə iri fakültənin idarə olunması çətinliklər törətdiyinə görə 1929-cu ilin yazında onun tər­kibindən neft-mədən və geoloji-kəşfiyyat şöbələrindən ibarət «Dağ-mədən» fakültəsi ay­rılmışdır. 1929-1931-ci illərdə mədən mühəndislərinin və geoloq-mühəndislərin sayı kəskin artmış, hazırlıq səviyyəsi isə yüksəlmişdi. İnstitutun ikinci əsas qurumu olan «İnşaat» fakültəsi keçmiş Bakı Texniki Məktəbinin avadanlığı əsasında 1920 yaradılmış və dörd: memarlıq, yol, liman və hidrotexniki şöbələrdən ibarət olmuşdur. Kontingentin sayı ildən ilə artaraq 1927-ci ildə 154, 1932-ci ildə 777-yə çatmışdı. İnstitutun yarandığı ilk günlərdən «İqtisadiyyat» fakültəsinin qarşısında həm neft sənayesi, həm də digər sənaye sahələri üçün yüksəkixtisaslı iqtisadçılar hazırlanması vəzifəsi qoyulmuşdu. 1921-28-ci illər ərzində fakültədə 312 diplomlu iqtisadçılar hazırlanmışdı. 1929-cu ildən Azərbaycan Neft İnstitutunun tərkibində «Mühəndis-iqtisad» fakültəsi yaradılmışdı. Əgər 1921-1929-cu illər ərzində 422 nəfər mühəndis buraxılışı olmuşdursa, təkcə 1929-1930-cu tədris ilində institutu 559 mütəxəssis bitirmişdir. 1934-cü il oktyabrın 10-da İnstitut maşınqayırma, ener­getika və sairə sahələr ücün də mühəndis kadrları hazırlayan Azərbaycan İndustrial İnstitutuna (Az.İİ) çevrilmişdir. Həmin illərdə İnstitutda aşağıdakı fakültələr fəaliyyət göstərmişdir: 1. Neft-mədən (neft və qaz yataqlarının geologiyası və kəşfiyyatı, qazıma və neft və qaz yataqlarının istismarı və neft texnologiyası ixtisasları); 2. Energetika (elektrotexnika və istilik texnikası, mexanika ixtisasları); 3. Memarlıq-tikinti (yaşayış-mülki tikinti, sənaye tikintisi və memarlıq ixti­sasları); 4. Mühəndis-iqtisad. 15 illik fəaliyyət dövründə İnstitut 2614 mühəndis, o cümlədən 144 geoloq, 326 neft-mədənçi, 167 kimyaçı-texnoloq, 284 neftçi-texnoloq, 229 mexanik, 344 inşaatçı-memar, 256 maşınqayıran, 252 energetik, 76 nəqliyyatçı və 28 hidro­texnik hazırlamışdır. 1920-1930-cu illərdə İnstitutun məzunları içə­ri­sində 10 nəfəri, 1931-1932-ci illərdə 121 nəfəri, 1932-1936-cı illərdə 160 nəfəri azərbaycanlı olmuşdur. 1932-1933-cü illərdə rektor A.M.Geqodayev olmuşdur. 1933-1934-cü illərdə S.R.Kiselyov, 1934-1935-ci illərdə isə İ.S.Axundzadə İnstitutun rektoru olmuşdur. 1933-34-cü illərdən başlayaraq İnstitutda elmi-tədqiqat işlərinə diqqət artırılmışdır. Yeni tədris binaları və laboratoriyalar tikilmiş və avadanlıqla təchiz İlk qadın İnstitutu 1931-ci ildə, ilk azərbaycanlı qadın 1933-cü ildə bitirmişdir. 1940-cı ildə İnstitutda 843 qadın oxumuş, onlardan 130-u azərbaycanlılar olmuşdur. 1930-1940-cı illər ərzində İnstitutun fakültələrinin fəaliyyətində əsaslı dəyi­şik­liklər baş vermişdir. «Neft-mədən» fakültəsi 1931-ci ildə yenidən təşkil olunmuş, sonrakı 3 il ərzində neft-mədən və geoloji-kəşfiyyat bölmələri ayrıca fəaliyyət göstərmiş, təhsilinin məzmununa tələbat artırılmış və tədris planına diplom layihələndiril­məsi daxil edilmişdir. 1934-cü ildə o, yenidən artıq Əzizbəyov adına Azərbaycan İndustrial İnstitutu ilə «Me­mar­lıq-inşaat» fakültəsi adı altında birləşdirilmişdir. 1939-1941-ci illərdə Ümummilli liderimiz Heydər Əlirza oğlu Əliyev fakül­tənin tələbəsi olmuşdur. 1939-1941-ci illərdə M.M.Əliyev İnstitutun rektoru vəzifəsini icra etmişdir. 1941-ci ildə S.B.Qocayev İnstitutun rektoru təyin edilmişdir. 1943-cü ildə İnstituta 1147, 1944-cü ildə 810 nəfər qəbul edilmişdir. Müha­ribə illəri ərzində 1000 mühəndis hazırlanmışdır. 1945-ci ildə hazırlıq fakültəsinin dinləyiciləri də daxil olmaqla tələbələrin sayı 4500 olmuşdur. 11 mart 1944-cü ildə direktiv orqanların qərarı ilə ali məktəblərdə mühari­bədən əvvəlki qəbul qaydaları bərpa edilmişdir, kadr hazırlığı ən mühüm problem kimi irəli çəkilmişdir. 1950-ci ildə İnstitutun strukturunda «Geoloji-kəşfiyyat», «Neft-mədən», «Texnoloji», «Mexanika», «Energetika», «Mühəndis-iqtisad», «Nəqliyyat» və «Memarlıq-inşaat» fakültələri fəaliyyət göstərirdi. Xalq təsərrüfatının sülh şəraitində inkişafının tələblərini yerinə yetirmək üçün mütəxəssis hazırlığının keyfiyyəti, fənlərin mənimsəmə səviyyəsi və dərslərə davamiyyət göstəriciləri yüksəldilməli idi. , dərs əlaçılarının sayı isə 212-yə çatmışdı. Ən yaxşı göstəricilər «Mühəndis-iqtisad» və «Geoloji-kəşfiyyat» fakültələrində əldə edil­mişdir. 1952-ci ildə İnstitutun «Memarlıq-inşaat», «Nəqliyyat» fakültələri, «Me­xanika» fakültəsinin bir hissəsi və Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun «Hidromeliorasiya» fakültəsi əsasında mülki tikinti, nəqliyyat və maşın­qa­yırma sahələri üçün mütəxəssis hazırlamaq məqsədilə Azərbaycan Politexnik İnstiutu yaradılmışdır. Azərbaycan sənaye İnstitutundan Politexnik İnstitu­tuna 57 nəfər professor-müəllim heyəti olan 11 kafedra keçmiş və İnstitut yenə də yalnız neft sahəsinə mütəxəssis hazırlamağa başlamışdır. 1961-ci ildə professor İ.Ə.İbrahimov İnstitutun rek­toru təyin edilmişdir. 1962-1963-cü tədris ilində Sumqayıt şəhərindəki tədris-məsləhət məntə­qəsi axşam və qiyabi şöbəsi kimi AzNKİ-nin filialına çevrildi. Filiala ilk tələbə qəbulu 1962-ci ildə aparıldı və axşam şöbəsinə 225, qiyabi şöbəyə isə 125 nəfər qəbul olundu. SSRİ Nazirlər Sovetinin 23 aprel 1962-ci il tarixli, 321 saylı qərarı ilə AzNKİ-nin Sumqayıt filialı yaradıldıqdan sonra 1972-ci ilə kimi texnika elmləri namizədi, dosent İslam Abbasov filialın direktoru olmuşdur. O vaxtlar tədrisin təşkili üçün müvafiq şərait olmadığına görə dərslərin əksəriyyəti Sumqayıtın 11 saylı məktəbinin və «Kimyaçılar şəhəri»ndəki 8-illik məktəbin binasında keçirilmişdir. 1970-ci ilə kimi müəllimlərin əksəriyyəti AzNKİ-dən dəvət olunmuş pedaqoqlar olmuşlar. Filialın tədris binalarının bünövrəsi 1966-cı ilin may ayının 15-də qoyulmuşdur. 1970-ci ildən 1979-cu ilədək filialın rektoru texniki elmləri doktoru, professor Murad Mahmudov olmuşdur. 1979-1988 illərdə professor Rafiq Əliyev, daha sonra bir ilə yaxın texnika elmləri doktoru, professor Cahid Kərimov və qısa müddətdə fizika-riyaziyyat elmləri doktoru, professor Eldar Qocayev bu ali məktəbə rəhbərlik etmişlər. 1965-ci ilin noyabr ayında İnstitut 45 illik yubileyini qeyd etmişdir. Təm­təraqlı mərasimlər keçirilməməsinə baxmayaraq Respublika qəzetlərində İnstitutun yaranması, inkişaf tarixi, tədris və elmi fəaliyyətdə əldə etdiyi uğur­lar haqqında geniş məlumatlar yayılmışdır. 1970-ci ildə professor K.N.Quluzadə İnstitutun rektoru təyin edilmişdir. AzNKİ-nin 50 illik yubileyi 5 iyul 1971-ci ildə təntənəli şəkildə indiki Şəhriyar adına klubda başda Respublikamızın rəhbəri Heydər Əliyev ol­maq­la hökümət nümayəndə heyətinin iştirakı ilə qeyd olundu. Kollektivin 100-dən çox üzvü hökümət tərəfindən fəxri ad və fərmanlarla təltif olunmuş, 30 nəfərinə isə hökümət hesabına mənzillər verilmişdir. 1978-1988-ci illərdə yenə də professor İ.Ə. İbrahimov. İnstitutun rektoru vəzifəsində işləmişdir. 1988-ci ildən «Respublika Uşaq Fondu»nun idarə heyətinin sədridir. Şanlı yubiley - Azərbaycan Neft və Kimya İnstitutunun 60 illiyi münasi­bə­tilə sentyabrın 26-da İnstitutun iclas zalında təntənəli yığıncaq oldu. Ali mək­tə­bin professorları, müəllimləri, tələbələri və onun yetişdirmələri – gör­kəm­li alimlər və mütəxəssislər, xarici qonaqlar bura toplaşmışdılar. Azərbaycan Neft və Kimya İnstitutunun adlı-sanlı yetişdirməsi, SSRİ-nin təyyarəçi-kosmonavtı, Sovet İttifaqı Qəhrəmanı V.M.Jolobov qeyd etmiş­dir ki, institutun bütün yetişdirmələrini doğma ali məktəb üçün iftixar hissi birləşdirir. Dərin bilik və yüksək mənəvi-siyasi hazırlıq məzunlara həm yerdə, həm də kosmosda müvəffəqiyyətlə işləməyə imkan verir. O, İnstitutun kollek­tivinə, H.Ə.Əliyev yoldaşın dediyi kimi, respublikada ali təhsil qabaqcılı adını şərəflə daşımağı arzulamışdır. Frayberq Mədən Akademiyasının (Almaniya Demokratik Respublikası) rektoru Klaus Ştrodka, Əlcəzair Milli Neft və Qaz İnstitutunun dekanı, Azərbaycan Neft və Kimya İnstitutunun keçmiş aspirantı Ben Yəhya, “Kim­ya-texnologiya” fakültəsinin anqolalı tələbəsi Diaş Di Souza öz çıxışlarında ali məktəbin beynəlmiləlçilik vəzifəsindən danışdılar. Tümen Baş Geologiya İdarəsinin rəisi F.Q.Salmanov doğma ali məktə­bin müəllimlərini və tələbələrini təbrik edib Sibirin və Şimalın yanacaq sərvət­lərindən istifadə olunmasında Azərbaycan neftçilərinin xidmətini qeyd etmiş, institutun kollektivinə iri addımlarla müvəffəqiyyətdən müvəffəqiyyətə doğru irəliləyən respublika ilə ayaqlaşmağı arzulamışdır. Lenin təqaüdçüsü, beşinci kurs tələbəsi Namiq Tağıyev tələbələr adından səmimi minnətdarlığını bildirmişdir. İnstitutun ünvanına çoxlu təbrik gəlmişdir. Yığıncaqda ali məktəbin məzunu, SSRİ Nazirlər Soveti Sədrinin müavini, SSRİ Dövlət Plan Komi­tə­sinin sədri N.K.Baybakovun, SSRİ Ali və Orta İxtisas Təhsili Naziri V.P.Yel­yu­tinin, digər ittifaq nazirliklərinin və baş idarələrinin, ali məktəblərin və müəssisələrin rəhbərlərinin təbrik məktubları oxunmuşdur. M.Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitunun yetişdir­mələri əfsanəvi «Neft Daşları»nda və Bakının neftayırma zavodlarında, Sumqayıtın böyük kimya müəssisələrində və Respublika Elmlər Aka­de­miyasının elmi-tədqiqat institutlarında, Tümen, Saxalin, Tatarıstan mə­dən­lərində, ölkənin bütün guşələrində çalışmışlar. Ölkəmizdə neft sahəsində təhsilin ilk, respublikada So­vet hakimiyyətinin yaşıdı olan bu ali məktəb əlli il ərzində Sovet Azər­bay­canının, bütün ölkənin və bir çox xarici dövlətlərin iqtisadiyyatı və elmi üçün on minlərlə yüksəkixtisaslı mütəxəssis, istehsalat komandiri, alim hazırlamışdır. 1986-cı ildə İttifaqın Qaz Sənayesi və Respublika Ali və Orta İxtisas Təhsili nazirlərinin birgə əmri ilə İttifaqda və o cümlədən Respublikada fəa­liyyət göstərən ali təhsil ocaqları içərisində ilk dəfə olaraq AzNKİ ilə «Xəzərdənizneftqaz» Ümum­ittifaq İstehsalat Birliyi arasında «Tədris-elm- istehsalat kompleksi» yaradıl­mışdır. Bu kompleksdə AzNKİ-nin 31 kafedrası, 12 problem laboratoriyası, 4 sahə elmi laboratoriyası və 700-ə yaxın əməkdaşı fəaliyyət göstərmişlər. 1988-ci ildə İttifaqın Gəmiqayırma Sənayesi Nazirliyi və Respublika Ali və Orta İxtisas Təhsili Nazirliyinin birgə əmri ilə «Nord» Elmi-İstehsalat Birliyi ilə AzNKİ arasında ikinci tədris-elmi-isteh­salat kompleksi yaradıl­mışdır. 1989–1992-ci illərdə akademik Tofiq Əliyev ADNA-nın rektoru olmuşdur. Respublika Nazirlər Kabinetinin və Respublika Həmkarlar İttifaqı Şura­sının «Azərbaycan Respublikasında əlillərin sosial müdafiəsini yaxşılaş­dırmaq tədbirləri haqqında» 23.11.89-cu il tarixli, 500 nömrəli qərarına müva­fiq olaraq 1990/91-ci tədris ilində AzNKİ-də dayaq hərəkət aparatı zədələnmiş əlillər üçün mühəndis-proqramçı hazırlayan ixtisaslaşdırılmış fakültə fəaliyyətə başlamışdır. Azərbaycan Xalq Təhsili Nazirliyinin 535 nömrəli, 28 iyun 1990-cı il tarixli əmrinə əsasən «AzNKİ-nin Şuşa ümumi-texniki fakültə»si yaradıl­mışdır. Azərbaycan Dövlət Neft Akademiyasında 1991–1993-cü illərdə 48 ixtisas üzrə mütəxəssis hazırlığı həyata keçirilmişdir. Azərbaycan Respublika Nazirlər Kabinetinin 18.02.91-ci il tarixli qəra­rına əsasən İnstitutun adı dəyişdirilərək M.Əzizbəyov adına Qırmızı Əmək Bayrağı ordenli Azərbaycan Sənaye Universiteti (AzSU) adlandırılmışdır. 24 avqust 1991-ci ildə hökumətin qərarı ilə AzSU-nun Mingəçevir şəhərində filialı açılmış, oraya yüngül toxuculuq sənayesinin iqtisadiyyatı və idarə olunması, inşaatın iqtisadiyyatı və idarə olunması, nəqliyyatın iqtisa­diyyatı və idarə olunması, elektrik sistem və şəbəkələri, elektrik nəqliyyatı ixtisasları üzrə 87 tələbə qəbul olunmuşdur. Sonradan bu filial sərbəst olaraq Mingəçevir Politexnik İnstitutu kimi fəaliyyət göstərməyə başlamışdır. 1991-ci ildə keçmiş İttifaqın Ali və Orta Təhsil Nazirliyi ilə ABŞ-ın İBM korporasiyasının təşkil etdiyi «Respublika biznes məktəbi» yaradılmış, sonra­dan fakültəyə çevrilmişdir. Bu fakültədə ilk dəfə olaraq Respublikada yanacaq-enerji kompleksi sahələrində biznesin menecmenti ixtisası üzrə mütəxəssis hazırlığına başlanılmışdır. Burada müdavimlərə biznesin təşkilinin əsasları üzrə müasir biliklər verilmişdir. Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra ölkədə mövcud olan sosial-iqtisadi çətinliklərə baxmayaraq ali məktəbdə təlim, tərbiyə və elmi fəaliyyət uğurla davam etdirilmişdir. Nazirlər Kabinetinin 129 nömrəli, 16.03.1992-ci il tarixli qərarı ilə AzSU-nun nəzdində «Neftin, qazın geotexnoloji problemləri və kimya» elmi-tədqiqat institutu yaradılmışdır. 1993-1997-ci illərdə professor Pərviz Məmmə­dov ADNA-nın rektoru vəzifəsini icra etmişdir. 1997-ci ilin iyun ayında ölkə Prezidentinin sərəncamı ilə professor Siyavuş Qarayev rektor təyin edilmişdir. 1999-cu ildən etibarən Avropa İttifaqının TEMPUS proqramı çərçivə­sində Fransanın Sofiya-Antipolis (Nitsa) və İtaliyanın Genuya universitetləri ilə əməkdaşlıq əsasında, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Pari­sin Neft və Motorlar İnstitutunun dəstəyi ilə Avropa standartlarına uyğunlaş­dırırlmış tədris planı əsasında «Ətraf mühit və neft sənayesi» ixtisası üzrə magistrlər hazırlığına başlanılmışdır. Bunun üçün ADNA-da müasir avadanlıqlarla təchiz edilmiş lokal komputer şəbəkəli tədris-metodiki mərkəz yaradılmışdır. Bu layihə çərçivəsində 19 müəllim Fransaya stajkeçməyə ezam edilmiş, fransız həmkarlar tədris prosesinə cəlb olunmuş, məzunlara diplomdan əlavə xüsusi sertifikatlar verilmişdir. 2000-ci il ərzində ADNA-nın 80 illik yubileyi ilə əlaqədar fakültələrdə, kafedralarda və bir sıra sənaye müəssisələrində müxtəlif tədbirlər (konfranslar, seminarlar, görüşlər, təqdimatlar) keçirilmişdir. Yubiley ərəfəsində ADNA-nın əsas binasının fasadı yeniləşdirilmiş, daxildə təmir işləri aparılmışdır. ABŞ-ın Azərbaycandakı səfirliyinin, «Exxon Azerbaijan» şirkətinin və Açıq Cəmiyyət İnstitutunun yardımı ilə ADNA-da lokal şəbəkəli ilk İnternet mərkəzi yaradılıb istismara verilmişdir. 2000-ci ildə fakültədə 14 ölkədən 93 əcnəbi vətəndaş təhsil almışdır. Azərbaycan, keçmiş İttifaqın respublikaları və xarici ölkələr üçün yüksəkixtisaslı mütəxəssislər hazırlanmasında və elmin inkişafında müvəffəqiyyətlərə görə 1930-2000-ci illərdə ali məktəbə aşağıdakı mükafatlar verilmişdir: 1931 - Azərbaycan Sovet Sosialist Respublikasının «Qırmızı Əmək Bayrağı» ordeni 1940 - SSRİ-nin «Qırmızı Əmək Bayrağı» ordeni 1940 - SSRİ Xalq Neft Komissarlığı və Ali Məktəb İşçilərinin İttifaqının Mərkəzi Komitəsinin Keçici Qırmızı Bayrağı 1942 - Azərbaycan Dəmir yolunun Keçici Qırmızı bayrağı 1970 - SovİKP MK-nın, SSRİ Ali Sovetinin Rəyasət Heyətinin, SSRİ Nazirlər Sovetinin və Ümumittifaq Həmkarlar İttifaqının Lenin Yubiley Fəxri Fərmanı 1971 - Azərbaycan Sovet Sosialist Respublikasının Ali Sovetinin Rəyasət Heyətinin Fəxri Fərmanı 1971 - Türkmənistan Sovet Sosialist Respublikasının Ali Sovetinin Rəyasət Heyətinin Fəxri Fərmanı 1972 - SovİKP MK-nın, SSRİ Ali Sovetinin Rəyasət Heyətinin, SSRİ Nazirlər Sovetinin və Ümumittifaq Həmkarlar İttifaqının Yubiley Fəxri Nişanı 1979 - SSRİ Ali Təhsil Nazirliyinin və Maarif, Ali Məktəb və Elm İşçilərinin Həmkarlar İttifaqının Mərkəzi Komitəsinin Fəxri Fərmanı 1980 - SSRİ Ali Təhsil Nazirliyinin və Maarif, Ali Məktəb və Elm İşçilərinin Həmkarlar İttifaqının Mərkəzi Komitəsinin Keçici Qırmızı Bayrağı 1980 - Azərbaycan SSR Ali Sovetinin Rəyasət Heyətinin Fəxri Fərmanı 1980 - Vyetnam Sosialist Respublikasının «Dostluq» Ordeni 1981 - SSRİ Ali Təhsil Nazirliyinin və Maarif, Ali Məktəb və Elm İşçilərinin Həmkarlar İttifaqının Mərkəzi Komitəsinin Keçici Qırmızı Bayrağı 1981 - Azərbaycan KP MK-nın, Azərbaycan Respublikası Nazirlər Sovetinin, Azər­baycan Həmkarlar İttifaqı Mərkəzi Şurasının və Azərbaycan LKGİ-nin Mərkəzi Komitəsinin Keçici Qırmızı Bayrağı 1981 - Azərbaycan Sovet Sosialist Respublikasının Ali Sovetinin Rəyasət Heyətinin Fəxri Fərmanı 1982 - SovİKP MK-nın, SSRİ Nazirlər Sovetinin, Ümumittifaq Həmkarlar İttifaqının Mərkəzi Şurasının və Ümumittifaq Lenin Kommunist Gənclər İttifaqının Mərkəzi Komitəsinin Keçici Qırmızı Bayrağı 1982 - Azərbaycan KP MK-nın, Azərbaycan Respublikası Nazirlər Sovetinin, Azərbaycan Həmkarlar İttifaqı Şurasının və Azərbaycan LKGİ-nin Mərkəzi Komitəsinin Keçici Qırmızı Bayrağı 1983 - Azərbaycan KP MK-nın, Azərbaycan Respublikası Nazirlər Sovetinin, Azərbaycan Həmkarlar İttifaqı Şurasının və Azərbaycan LKGİ-nin Mərkəzi Komitəsinin Keçici Qırmızı Bayrağı 1984 - Azərbaycan KP MK-nın, Azərbaycan Respublikası Nazirlər Sovetinin, Azərbaycan Həmkarlar İttifaqı Şurasının və Azərbaycan LKGİ-nin Mərkəzi Komitəsinin Keçici Qırmızı Bayrağı 1985 - SovİKP MK-nın, SSRİ Nazirlər Sovetinin, Ümumittifaq Həmkarlar İttifaqının Mərkəzi Şurasının və Ümumittifaq Lenin Kommunist Gənclər İttifaqının Mərkəzi Komitəsinin Keçici Qırmızı Bayrağı 1987 - SovİPK MK-nın, SSRİ Nazirlər Sovetinin, Ümumittifaq Həmkarlar İttifaqının Mərkəzi Şurasının və Ümumittifaq Lenin Kommunist Gənclər İttifaqının Mərkəzi Komitəsinin Keçici Qırmızı Bayrağı və 1-ci pul mükafatı 1987 - SovİPK MK-nın, SSRİ Nazirlər Sovetinin, Ümumittifaq Həmkarlar İttifaqının Mərkəzi Şurasının və Ümumittifaq Lenin Kommunist Gənclər İttifaqının Mərkəzi Komitəsinin Fəxri Fərmanı
Posted on: Wed, 21 Aug 2013 14:31:39 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015