Qoç - Tələskənlik və hövsələsizlik etməyin. Borcları - TopicsExpress



          

Qoç - Tələskənlik və hövsələsizlik etməyin. Borcları qaytarmaq istəsəniz də, aramla davranın. Səhər saatlarından etibarən işlərin öhdəsindən düşünülmüş halda gəlin. Kimsənin sizə təzyiq və ya təsir etməsinə imkan verməyin. Son vaxtlar aldığınız informasiya ilə məlumatları qaydaya salın, bilgiləri yerbəyir edin. İnformasiya və yaşam arealını nizamlayın. Ailə üzvlərinin qayğısına qalın. Böyük ümid bəslədiyiniz görüşü təxirə salın. İndi kiçik işlər və qənaət rejimi günüdür. Buğa - Rutin və cari işlərin sayı az deyil. Yaxınlarınızın istəklərini nəzərə alın, onların maraqlarına laqeyd yanaşmayın. Münasibətlərdə təvazökar olun, eqoist və təşəxxüslü şəxs təsiri bağışlamayın. Problemin həllində çətinliklə qarşılaşsanız, etibar etdiyiniz insana yardım üçün müraciət edin. Şəxsi münasibətlər müstəvisində düşünülməmiş addımlar atmayın. Mənasız iddialar və səbəbsiz qısqanclıq problemlər yarada bilər. Sevdiyiniz adama qayğı göstərin, onu kiçik hədiyyə ilə sevindirin. Əkizlər - Mürəkkəb, birmənalı olmayan gündür. Yeni tanışlıqlar, maraqlı müzakirələr mümkündür. Çoxdan arzuladığınız əşyanı satın ala bilərsiniz. Mühüm məsələləri və ümumi planları yaxınlarınızla müzakirə edin. Praktiki əhəmiyyət daşıyan ideya və ya fikrin təzahürü istisna deyil. Özünüzü daha əmin, qətiyyətli hiss etmək üçün yaxın ətrafınızdakı mühitdə qayda yaradın, emosiyalarınızı nizamlayın. Evdə kiçik təmir aparın. Yaxın perspektivdə mövqelərinizi səbatlı etmək üçün yarımçıq qalmış işləri başa vurun. Diqqətli olun, yalan vədlərə şirnikməyin. Xərçəng - Ətrafınızda baş verənləri diqqətlə müşahidə edin. Səfər və görüşdən boyun qaçırmayın. Müxtəlif mənbələrdən alacağınız informasiya faydalı ola bilər. Sizin üçün önəmli insanla münasibətlərə xüsusi diqqət verin. Münasibətlərdə sayıq olun. Nəzarət və təsirinizdən kənar qalan məqamlara xüsusi önəm verin. Sizi maraqlandıran məsələnin məğzinə varmağa çalışanda aqressiv davranmayın. İndi çox çətin və mürəkkəb təsir bağışlayan problemi yaxın günlərdə asanlıqla çözmək mümkün olacaq. Axşam saatlarında stressdən qurtulun, istirahət edin. Şir - Baş verənlərə səthi yanaşmayın, olayları ciddi şəkildə qiymətləndirin. Zahirən əlverişli fona malik gündür. Ünsiyyət və sizi maraqlandıran məlumatın əldə edilməsi üçün heç bir məhdudiyyət yoxdur. Əgər kimsə və ya nə isə özü barədə xatırladırsa, bu, təsadüfi deyil. Gərəkli insanlara zəng vurun, məktublar yazın. Sizdən diqqət izharı gözləyən insanlar var. Vədlərinizə əməl edin. Şəxsi münasibətlərdə iddialı və tələbkar olmayın. Qəfil dönüşlər sizi düşünməyə vadar edə bilər. Axşam saatlarını dostlarla birlikdə keçirin. Maraqlı məkana yollana bilərsiniz. Qız - İşlər üçün məhsuldar zamandır. Çalışarkən yaradıcılıq aktivliyinizi artırın. İdeyalarınız yaxın perspektivdə uğura səbəb ola bilər. İşlərinizdə sizə yardım edəcək həmfikirlərlə birlikdə sədləri dəf edin. Hisslərlə emosiyaların yaşam potensialınızı zəiflətməsinə imkan verməyin. Soyuqqanlı olun, sağlam məntiqə əsaslanaraq hərəkət edin. Bilik və informasiyanın artırılmasına tələbat duyulur. İşlə bağlı tədbirlərdə qətiyyətli olun, imkanlarınızdan bəhs edin. Yeniliklər və dəyişikliklərə təkan verə biləcək görüş baş tuta bilər. Səmimi və həssas davranın. Tərəzi - İstirahət və əyləncə ilə bağlı istəklərin gerçəkləşməsini axşam saatlarınadək təxirə salın. Ətalətli, tənbəl olmayın. Səhər saatlarından etibarən aktiv çalışın. Qüvvələrinizlə potensialınızı günün ikinci yarısında bərpa edin. Səhhətinizə fikir verin. Sizə uyğun profilaktika variantını seçin. Alış-veriş üçün əlverişli zamandır. Yaxın gələcəkdə sizə stimul ola biləcək ideyaları müzakirə edin, tapıntıları qiymətləndirin. Perspektivdə irəliləyiş üçün hazırlıq görün. Uzaqdan gələn informasiya və təklifləri nəzərdən keçirin. Əqrəb - Qətiyyətli və inadkar olun. Bir qədər səy göstərsəniz, imkanlardan maksimal dərəcədə yararlana bilərsiniz. İş xoş detallar, sürprizlər, tapıntılarla zəngin olacaq. İnformasiya və ünsiyyət sahələrində yeniliklər yaşanacaq. Ev işləri ilə məşğul olmaq istəsəniz, peşəkar sahədəki tapşırıqları unutmayın. Maraqlı məkana yollanmaq, gərəkli əşyaları, avadanlıqları və ya metarialları almaq olar. Günün ikinci yarısında səfərə yollanın. İnternetdə informasiya axtarışı ilə məşğul olun, virtual səyahətlərin vaxtını uzatmayın. Vədlərə aldanmayın, realist olun və yaşananları gerçək ünsürlərlə məqamları nəzərə alaraq dəyərləndirin. Oxatan - İstədiyiniz, can atdığınız işin əvəzinə labüd və cari işlərlə məşğul olmalısınız. Yaxınlarınızın təvəqqe və istəklərini yerinə yetirin. Gördüyünüz işdən həzz almağa çalışın. Belə olarsa, münasibətlərin ümumi fonu yaxşılaşa bilər. Çətin anda yaxın ətrafınızdakı insanlardan birini yardıma çağırın. Günün ikinci yarısında ailə qayğılarını və ev işlərini unutmayın. Xırdalıqlara fikir verin. Sevdiyiniz insana qayğı göstərin. Həssas və duyarlı olun, qaba davranmayın. Oğlaq - Çoxsaylı təmaslar, görüşlər, zənglər günüdür. Tək qalmaqda fayda ola bilər. Faydalı və gərəkli saydığınız işlərlə məşğul olun. Səhhətinizin qeydinə qalın. Sağlam qidalanın, yaşamın keyfiyyətini düşünün. Yaşam arealınızın nihzamlanması əhvalınıza müsbət təsir edə bilər. Şəxsi münasibətlər müstəvisində narahat vaxtdır. Sizdən etiraf, açıqlama, məsləhət və qayğı tələb olunur. Suallarınıza cavab alın, çətin situasiyaya aydınlıq gətirin. Axşam saatlarında istirahət edin. Dolça - Bu gün praktiklik yaradıcılıq ideyaları ilə münbit uzlaşmaya çatacaq. Detallara yetərincə diqqət ayırın, mühüm məqamları nəzərdən qaçırmayın. Ev işləri və yarımçıq məsələlərin başa çatdırılması üçün əlverişli gündür. Yaşam arealınızı qaydaya salın. Səhhətinizin qeydinə qalın. Axşam saatlarında gəzintiyə çıxın. Diskussiya və ya mübahisə yarana bilər. Sizə əziz olan insanlarla münasibətləri qoruyun. Münaqişə yaranarsa, dərhal barışın. Umu-küsüyə yol verməyin. Balıqlar - Hakim mövqeni tərəfdaşınıza güzəştə gedə bilərsiniz. Hansısa məsələdə uduzmağınız, müəyyən işdən bilərəkdən geri çəkilməyiniz və ya qərar qəbulunu təxirə salmağınız da istisna deyil. Güc, uğur hələlik sizin tərəfinizdə deyil. Taym-aut götürün, yaranmış situasiyanı təhlil edin. Sizi çoxdan bəri narahat edən suallara indi cavab ala bilərsiniz. İnformasiyanı müxtəlif mənbələrdə arayın, yazışmanı bərpa edin. Axşam saatlarında dostlarla görüşün, bir araya gəlin. Təmir, rekonstruksiya işləri üçün uğurlu gündür.
Posted on: Wed, 24 Jul 2013 04:37:25 +0000

Recently Viewed Topics




© 2015