Quldarlıq dövründən etibarən kasıb əhalidən vergi - TopicsExpress



          

Quldarlıq dövründən etibarən kasıb əhalidən vergi toplanması saray qullarına tapşırılırdı. Bu qullar vergisini zamanında ödəməyən kəndlilərə, əhaliyə olmazın zülm verirdilər. Əhaliyə qarşı qəddar davranışın arxasında heç də qulların şaha, krala qarşı sədaqətini nümayiş etdirmə arzusu durmurdu. Bu qullar hər nə qədər dəbli libas və atlarla gəzsələr də boyunlarındakı olan buxov onların qul statusunda olmasına işarə idi və buna görə onlar azad lakin kasıb əhalidən nifrət edirdilər, zülmün də tək mahiyyəti bu idi. Varlı və kasıb sinfi anlayışı isə feodalizmlə başlayan, kapitalizmlə təkmilləşən anlayışdır. Daha doğrusu varlı və kasıb anlayışı azadlar və qullar sinfində bir kriteriyadır, varlı və kasıb azad olduğu kimi, varlı və kasıb qul da ola bilər, yəni varlılıq və ya kasıblıq sinif yox, imkan göstəricisidir. Mən hər zaman iki sinfin mövcudluğuna inanmışam - azadlar və qullar. Bu günkü seçkidə iştirak edənlər də bu iki sinifdən hansına aid olduğunu seçdi.
Posted on: Wed, 09 Oct 2013 18:53:46 +0000

Recently Viewed Topics




© 2015