Qız - Eh canım Oğlan - Buyur Mələyim Qız - - TopicsExpress



          

Qız - Eh canım Oğlan - Buyur Mələyim Qız - Sevirəmdə Oğlan - Nəyi? Qız - Sən mən və balaca oğlumuzla birlikdə vaxt keçirməyi Oğlan - Belə demə canım sağalacaqsan Qız - Yox bilirəm ki, sağ çıxmayacam burdan Oğlan - Yox sən sağalacaqsan biz xoşbəxt yaşayacayıq Qız - Aldatma özünü xəstəliyim çox irərləyib Oğlan - Olsun ilk bu xəstəliyə düçar olan sən deyilsən Qız - Eh bilmirəm Oğlan - Nə olar belə şeyləri düşünmə Qız - Mənə bir söz ver Oğlan - Yalvarıram belə şeylər danışma Qız - Məni dinləyirsən? Nə olar çox yorğunam mənə bir söz ver Oğlan - Buyur canım Qız - Mən ölsəm Oğlan - Yox ölüm kəlməsin işlətmə Qız - Yorma məni dinlə nə olar. Mən ölsəm oğlumuzu bilirəm ki böyüdə bilməyəcəksən təkcə çox gözlə basqasıyla evlən bilirəm çətin olsada oğlumuz üçün bunu etməlisən Oğlan - Sən nə deyirsən belə danışma Qız - Mənə söz ver! Oğlan - Sən yaşayacaqsan Qız - Yaxşı yaşayacam, ancaq yaşaya bilməsəm bu dediyimi edəcəksən Oğlan - Axı mən səndən başqasını sevə bilmərəm Qız - Sevməlisən, məcbursan buna Oğlan - Yaxşı bax bu şeyləri düşünmək sənə olmaz Qız - Səni çox sevirəm Oğlan - Məndə, məndə canım Qız - Əlimi tut Oğlan - Ölənədək tutacağam bu əlləri Qız - Qucaqla məni üşüyürəm Oğlan - Üşümə indi üstünü örtərəm Qiz - Yox sadəcə qucaqla məni Oğlan - Nəsə istəyirsən? Qız - Yox sadəcə səni istəyirəm ... 2 Həftə sonra Qız Ölür 45 il sonra Artıq qocalan oğlan Qızın Məzarı başında bu günləri xatırlayır... -Bax, hələdə sağam, necə yaşayıram bilmırəm ancaq yəqin ki sənə verdiyim sözdü məni yaşadan... Sən demişdin başqasıyla həyatını davam et! Bilirdim, bilirdim ki, bu deyərkən ürəyində axan göz yaşları səni ölümdən betər hala saıirdı ancaq sən deyirdin. Ancaq sənə verdiyim o sözü tutmadım başqasıyla olmadım ancaq sözümü yenə də tutmuşam böyütdüm, oxutdum, evləndirdim artıq o da atadı, nəvələrimiz belə var , birinə sənin adını qoymuşam Şəhla sən artıq onda yaşayırsan, ikisinidə çox istəyirəm ancaq o mənim üçün tamam başqadı. Gözləri eh gözləri sənə oxsayir eyniylə sənin gözlərindi . Artıq 16 yaşı var səni ilk gördüyüm gün bax elə bir qapinı açib içəri girəndə sən canlanırsan qarşımda. Eh artıq qocalmışam, əvvəllə də səni hər gün xatırlayıram ancaq bəzən səni unutduğumu hiss edirəm, əslində unutmuram amma qocalıqdı, həyatın dərdi kədəri, o zaman daha çox kövrəlirəm mən səni necə unuda bilərəm, mən səni necə sevməyə bilərəm, rahat ol artıq bilirəm ki sən çox xoşbəxtsən bunları görürsən, mən səni həyatda xoşbəxt edə bilmədim ancaq ruhun xoşbəxt olduğu üçün məndə xoşbextəm və artıq sənin yanına gələcəyim günü səbirsizliklə gözləyirəm. Qoca məzardakı şəkili öpür, göz yaşlarını silir və bir az şəkilə baxıb uzaqlaşır ordan. Mən səni necə unuda bilərəm dediyimdə inanmırdın bax və halımı gör ...
Posted on: Wed, 19 Jun 2013 12:10:57 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015