Qəribə qismətlər var bu dünyada – Yorğun durnaların bir - TopicsExpress



          

Qəribə qismətlər var bu dünyada – Yorğun durnaların bir gecə yarı Qəfil gölə enib-qalxması kimi, Bir az işıldadıb qarşı dağları Uzaq şimşəklərin çaxması kimi Çox qəfil qismətlər var bu dünyada. Sevgi yaddaşını varaqlayasan Şirincə-şirincə o düşər yada. Ya bir keçən qatar, Ya ötən gəmi – Ordan eşitdiyin bir mahnı kimi Bir daha səninçin oxunmasa da Bütün vücudundan keçər o səda; Meh kimi saçını oxşayıb keçər, Tale cığırını izləmədiyin, Bəlkə də heç zaman gözləmədiyin Çox qəfil görüşlər var bu dünyada. Nə sevgi deyirəm, Nə pis deyirəm, Nə də ki, ötəri bir hiss deyirəm. Qısılıb ürəyin küncündə qalan, Çox uzaq bir ulduz bürcündə qalan Qəribə qismətlər var bu dünyada. Belə şirinliyi salanda yada Bütün sevgilərin, məhəbbətlərin Bir də görürsən ki, dili də birdi, Vətəni də birdi, eli də birdi. Dərya şəhərlərin, uzaq kəndlərin Nə bilim, naməlum ünvanlarında, Həyatın gedəri bir qatarında Hardasa bir qismət ərkimiz yaşar, Bir xoş ümidimiz, "bəlkəmiz" yaşar. Gözlərin gözlərdən mehr içdiyi, Əllərin əllərə isinişdiyi--, İllərin yarada bilməyəcəyi Lap elə ən şrin, ən doğma anlar Bir xoş günümüzə qısılıb gedər. Qəfil boy göstərən bənövşə canlar, Birdən bəxtimizə yazılıb gedər. Yollar rast gətirməz, cığır qovuşmaz, Gözlər o gözlərə bir də yovuşmaz. O qatar, o gəmi qayıtmaz geri, Daha o durnalar o gölü görməz. Qalar könlümüzdə bir görüş yeri, Daha əllərimiz o əli görməz. Ürəyin gizli bir küncündə qalan Çox uzaq bir ulduz bürcündə qalan Qəribə qismətlər var bu dünyada Çox qəfil görüşlər var bu dünyada.
Posted on: Sat, 05 Oct 2013 17:46:02 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015