RUZİNİN ARTMA SƏBƏBLƏRİ Quranda və rəvayətlərdə ruzinin - TopicsExpress



          

RUZİNİN ARTMA SƏBƏBLƏRİ Quranda və rəvayətlərdə ruzinin artmasının bəzi səbəbləri müşahidə olunur. Hansı ki, bu səbəblər ruzinin artmasından əlavə, ailə və cəmiyyətin əxlaqi tərəqqisinə də təkan verir. Həzrət Əli (ə) buyurur: «Ruzi xəzinələri gözəl əxlaqdadır»; «İşləri çətinləşdirmək əxlaqı məhv edir, asanlanlaşdırmaq isə ruzini çoxaldır»;«Mömin qardaşına kömək etmək ruzini çoxaldır»;«Sədəqə verməklə ruzini öz üzərinizə yağdırın»; «Əmanətdarlıq ruzini artırır». İmam Sadiq (ə) buyurur: «Ailəsi ilə yaxşı davranan şəxsin ruzisi artar»;«Niyyəti gözəl olanın ruzisi artır»; «Yaxşılıq ruzini çoxaldır»; «Gözəl əxlaq ruzini artırır». Həzrət Baqir (ə) buyurur: «(Mömin) Qardaşların üçün dua et. Həqiqətən, bu iş ruzini artırır»;«Zəkat ruzini artırır».
Posted on: Wed, 25 Sep 2013 15:01:24 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015