Rauf Hacıyev və Elçin Zodorov! Axşam-axşam doyunca - TopicsExpress



          

Rauf Hacıyev və Elçin Zodorov! Axşam-axşam doyunca güldürdünüz mən, Allah sizi güldürsün! Deməli, Rauf 2009-cu ildə Macarıstanda Alonsonun sıralanma turunda poul qazanması videosunu qrupda paylaşıb və yazıb ki, outsayder maşınla poul qazanmaq hər kişinin işi deyil. Elçin də onu dəstəkləyir və ikilikdə düşüblər Vasifin üstünə ki, 2009-cu ildə sən F1-ə baxmısan? ))) Rauf və Elçin, 2009-cu ildə siz F1-ə baxmısınız? Baxmısınızsa, həmin ilin reqlamenti yadınızdadırmı? Əgər yadınızda deyilsə, xatırlada bilərəm. Həmin il sıralanma turunda sürücülər son sessiyaya sabahkı yarışın startına aldıqları yanacaq miqdarı ilə çıxırdılar. Sabahkı yarışda Alonso artıq 12-ci dövrədə pitə getməli oldu, deməli maşınında cəmi 12 dövrəlik yanacaq var imiş. Sıralanma turunda 2-ci nəticə göstərmiş Fettel isə pitə 22-ci dövrədə getdi, yəni maşınında 10 dövrəlik yanacaq çox idi. Rauf və Elçin, xatırladınız??? Həmin mövsümdə poulun heç bir mənası yox idi ))) P.S. 2009-cu ildə Macarıstanda sıralanma turu Massanın ağır qəzası ilə yadda qalmışdı... P.P.S. Rauf və Elçin, başa düşürəm ki, Alonsonun fanatısız, amma bəzən gerçəkliyə çəhrayı eynəksiz baxmağa çalışın - Həyat tam fərqlidir )))
Posted on: Mon, 22 Jul 2013 17:24:49 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015