Sakit və dərin yuxu uğurun təminatıdır. Müasir insanların - TopicsExpress



          

Sakit və dərin yuxu uğurun təminatıdır. Müasir insanların xoş əhval-ruhiyyəsi nadir hallarda olur. Böyük əksəriyyətimiz xroniki emosional stress vəziyyətində yaşayırıq. Stress termini ilk dəfə kanadalı alim Hans Selye tərəfindən təklif edilmişdir. Onun nəzəriyyəsinə əsasən stress gündəlik həyatımızın vacib tərkib hissəsidir. Onsuz biz ölə bilərik, lakin güclü və daimi stress bizə toksiki təsir göstərir və məlum olduğu kimi həzm sistemində müxtəlif pozulmalara, arterial təzyiqin artmasına, yuxusuzluğun yaranmasına səbəb olur. Stress “eustress” və “distress” adlanan iki qrupa bölünür. Eustress-sağlam stress də adlanır. Bu hissi uzunmüddətli səfərə hazırlaşanda, saunaya gedəndə keçiririk. Distress isə orqanizmə mənfi təsir göstərir. Misal üçün, işdə problemlrər, boşanma, uşaqların məktəblə bağlı problemləri və sairə. Stresin ən yaxşı dərmanı yuxudur. Lakin dərd burasındadır ki, stress zamanı yatmaq mümkün olmur. Normada insan gün ərzində 7-8 saat yatır. Yuxu zamanı baş beyin qabığı, eləcə də qabıqaltı mərkəzlər tormozlanır, gələcək fəaliyyət üçün bərpa olunmasını təmin edir. Yuxunun normal olmasının əsas göstəricisi ondan sonra istirahət hissinin olmasıdır. Bir sözlə yaşamaq üçün yatmaq lazımdır. Yuxusuzluğun xoşagəlməz nəticələri kimi gün ərzində yorğunluq hissinin, ruh düşgünlüyünün olması, yaddaşın pozulması və fikri cəmləşdirməyin çətinləşməsidir. Bunların nəticəsində əmək məhsuldarlığı aşağı düşür, bədbəxt hadisələrin baş vermə ehtimalı artır. Belə hallarda insanlar sinir gərginliyini dərman vasitəsilə aradan qaldırmaq məcburiyyətində qalır. Belə preparatların allergiya, alışma, dərman asılılığı kimi gözlənilməz əlavə təsirlərinə baxmayaraq insanlar onlardan geniş istifadə edirlər. Məsələn, Diazepam baş ağrısı, görmənin zəifləməsi və ataksiya verə bilər. O cümlədən Temazepam yuxululuq, baş gicəllənmə və s. əmələ gətirir. Buna görə də komplementar təbabət vasitələrinin, yəni müasir homeopatik preparatların tətbiqi daha da aktuallaşır. Antihomotoksikologiyada xəstəliyin səbəbləri orqanizmin fəaliyyəti nəticəsində yaranan homotoksinlər hesab olunur. Bioloji təbabət sinir sisteminin müxtəlif simptomlarını orqanizmin toksinlərdən qurtulmaq cəhdi kimi qəbul edir, çünki bioloji sözü tərcümədə “həyat normalarına uyğun” mənasını verir. Və bioloji amilə qarşı yönəlmiş hər bir terapevtik təsir, əslində həyatın əsaslarına yönəlir. Yəni adi təbabətdə gərginlik onu yatırtmaq hesabına aradan götürürsə, antihomotoksikologiyada müalicə tənzimlənməyə yönəlmişdir. Məhz buna görə antihomotoksikologiyada sedativ preparatlar ənənəvi təbabətdə tətbiq olunan analoqlarından fərqlənirlər. Antihomotoksik prepratlarda əlavə təsirlərin olmaması isə onların tərkibindəki aktiv komponentlərin mikrodozalarda və potensia vəziyyətdə olması ilə bağlıdır. Bu halda aşağı potensiyalar stimuləedici, orta potensiyalar tənzimləyici, yüksək potensiyalar isə informasiya səviyyəsində təsir göstərir. Bu səbəbdən antihomotoksik preparatlar daha dərin, bəzi hallarda adi preparatlara nisbətən daha effektiv təsir göstərir və orqanizmə özünütənzimləmə üçün optimal variantı seçmək imkanı verir. Bu sinifdən olan məşhur vasitələrdən biri kompleks homeopatik preparatlarının ən iri istehsalçılarından biri olan Heel (Almaniya) şirkətinin istehsal etdiyi Neurexan preparatıdır. Neurexan preparatının tərkibində olan komponentlərin təhlili onun geniş terapevtik imkanlarını izah edir. Əlvan pasiflora (Passiphlora incarnate)-əsəbiliklə bağlı yuxusuzluq, narahatlıq vəziyyəti, xarici qıcıqlara yüksək həssaslıq. Əkin yulafı (Avena sativa)-sinir sisteminin yorulması. Qəhvə ağacı (Coffea arabika)-xarici qıcıqlara aşırı həssaslıq. Yuxusuzluq. Pişikotu-sink duzu (Zincum valerianicum)-əsəb xəstəlikləri, ipoxondriyalar, əsəb mənşəli və yuxu pozulmaları zamanı müalicə vasitəsi kimi tətbiq edilir. Preparatın tərkibindəki bitki komponentləri və sinkin (Zn) birgə təsiri hesabına bu preparat, gərginlik nəticəsində yaranan psixi pozulmalar, yuxusuzluq, həyəcan vəziyyətlərində efffektiv təsir göstərir və vegetativ sinir sisteminin tənzimləyicisi funksiyasını yerinə yetirir. Statistikaya görə pasiyentlərin 20-30%-də vegetativ pozulmalar baş verir. Neurexan sedativ, həmçinin yuxugətirici effektə malik təbii homeopatik preparatdır. Onun tətbiq edilməsinin tərəfdarlarının əsas arqumenti odur ki, Neurexan alışqanlıq yaratmır. O həmçinin xroniki somatik xəstələrdə əsas xəstəliyin tez və tam remissiyasına səbəb olur. Preparat həb şəklində (№50) buraxılır. Dil altına, yeməkdən yarım saat əvvəl və ya sonra, gündə 3 dəfə 1 həb dozada tətbiq edilir. _________________________________________________________________________ Препараты Heel можно приобрести в аптеках: “Planeta” Аптека 3 мкрн., Джавадхан 30, (около м. Мемар Аджеми) Teл.: (012)430 30 10, 430 07 17, 430 14 84 “Planeta” Аптека С. Вургун 37 (за Дворцом им. Гейдара Алиева) Teл.: (012) 494 94 30 e-mail: [email protected]
Posted on: Fri, 19 Jul 2013 07:35:12 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015