Son addım Sən qaçırsan, daha doğrusu qaçmağa - TopicsExpress



          

Son addım Sən qaçırsan, daha doğrusu qaçmağa çalışırsan.Hara qaçdığını bilmədən qaçırsan.Yetərki burdan çıxım.Həyatda heçkiminin olmaması,kimin yanına gedəcəyini , kimin üçün sağ qalacağını bilməmək həvəsdən salır səni.Amma sən var gücünlə qaçırsan.Eşitdiyin yalnız tutun onu tutun onu kimi səslərdi.Sən yenə də qaçırsan.Ayaqlarını hiss etmirsən artıq onlar sadəcə səni aparır.YAdına düşür.Mənim olan nəsə var bu həyatda.Həyatım.Mənim yaşamağım, əla yenidən Ventirə qayıdacam,gözəl bir qız evlənəcəm..Və tanış bir səs.Silah səsi.Atəş açılır.Qaçırsan yenə.Gülürsən...Uşaq vaxtı necədə iynədən qorxardin.Xəstələnən kimi ağrıdacağını bilərək o saat ağlıyardın.Yenə o ağrıdan hiss edirsən...Soyuq bir dəmir parçası artıq kürəyində özünə yer edir.Elə bilki kürəyinə ağır zərbə endiriblər..Yadında ilk dəfə dalaşmışdın arxadan belinə ağır dəmirlə vurmuşdular.Bu elə o ağrını xatırladır.İkinci atəş səsi...İki...İki atəş...İki atəşdə Siq Sauer -dən açılıb.Diametri 9mm, uzunluğu 187 mm və 9x19 kalibrli silah.Sən bunların ahmsın yaxşı bilirsən.Bu sənin silahındı həmişə səni çətin vəziyyətdən xilas edən silah.Maqazin tumu 15 güllə.Lənət şeytana axı 4 güllə hələ də qalmışdı deyirsən...Ayaqların artıq səni aparmaq istəmir.Amma sən onlara hökmranlıq edirsən və onların sənin əmrindən çıxmırlar.Qaçırsan.Ürəyinin döyüntüsü artıq qulaqlarında eşidilir.Sanki onlar həyatının son ritmini tuturlar.Soyuq güllələr qanını dondurmağa çalışır.Qan dövranı getdikcə yavaşıyır.Amma sən yenə də qaçırsan.Artıq üçüncu atəş açılır.Ürəyə lazımınca qan getmir,gözlərin qaralmağa başlayır.MÜvazinətini itirirsən...Son dəfə və son addım atırsan bu həyatda.Artıq yerdəsən.Alınmadı.Gedə bilmədin.Axmaq ayaqlar ,biraz qalmışdı dözə bilmədiz gülməyə çalışırsan,həyata gülürsən sanki ey həyat bax qalib gəldin mənə sevin indi deyər kimi....Bədəninə gələn titrəmə , artıq gözlərin bağlanır,açıq tutmağa çalışırsan bağlanma bağlanma deyirsən .Zülmət...Həyatın işıqlarınıda itirdin artıq...İndi isə yalnız qulaqlarına gələn ürəyinin son ritmi...Gözlərini açıb ayağa qalxmağa çalışırsan amma alınmır...Ürək....Döyüntüsünü yavaşıdır.Yorulduğunu deyir ürəy, artıq məndə istirahət etmək istəyirəm deyir.Bir-bir itirisən hər şeyi..Artıq qulaqlarında eşidmir.LAkin sinəndə....Sinəndə onun döyündüyünü eşidirsən...Bu sevinc döyüntüləridi.Ürəyin sevinir..Artıq oda dincələcəkdi.... /Mehman Məmmədzadə
Posted on: Sat, 08 Feb 2014 19:31:59 +0000

Recently Viewed Topics




© 2015