Sual: Oruclu olduğunu unudaraq yeyən və içənin hökmü - TopicsExpress



          

Sual: Oruclu olduğunu unudaraq yeyən və içənin hökmü nədir? Həmin adamın yemək yediyini gördükdə ona oruclu olduğunu xəbərdarlıq etmək lazımdırmı? Cavab: Oruclu halda unudaraq yeyib içənin orucu doğrudur. Lakin yadına düşən kimi yeyib içdiyindən dərhal imtina etməlidir. Hətta ağzında olan tikəni və ya suyu geri çıxartmalıdır. Belə halda orucun doğru olmasına dəlil Əbu Hureyrənin (Allah ondan razı olsun) Peyğəmbərdən (ona Allahın salavatı və salamı olsun) rəvayət etdiyi hədisdir: "Kim oruclu olduğunu unudaraq yeyər və ya içərsə orucunu tamamlasın. Onu Allah yedizdirib içizdirmişdir". Həmçinin insan unudaraq etdiyi işlərə görə Allah yanında günah qazanmır. Allah təalə buyurur: "Ey Rəbbimiz, (bəzi tapşırıqlarını) unutduqda və ya yanıldıqda bizi cəzalandırma!" (əl-Bəqərə: 186) və bunun müqabilində isə Allah təalə buyurmuşdur: "Mən bunu (sizin duanızı) qəbul etdim!". Onu görən adam isə mütləq xəbərdarlıq etməlidir. Çünki onun xəbərdarlığı pis işlərdən çəkindirməkdir. Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) buyurmuşdur: "Kim pis işin şahidi olarsa onu əli ilə dəyişsin, əgər bacarmasa onda dili ilə dəyişsin və onu da bacarmasa onda qəlbi ilə dəyişsin". Heç şübhəsiz ki, oruc tutan adamın oruclu vaxt yeyib içməsi pis və münkər əməllərdəndir. Amma unutduğuna görə bu əməl bağışlanandır. Lakin yeyib içən adamı görənə isə heç bir üzr yoxdur və ona görə də xəbərdarlıq etməsi vacibdir. (Şeyx: İbn Useymin).
Posted on: Sun, 14 Jul 2013 18:02:55 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015