Səhabənin hörməti qorunmalıdır?(1-ci Hissə) Deyirlər: - TopicsExpress



          

Səhabənin hörməti qorunmalıdır?(1-ci Hissə) Deyirlər: Səhabələrin işini onların özlərinə buraxmaq lazımdır. Bu barədə rəy söyləmək böyüklər barəsində füzulluq etməkdir. Avam, xas adamlar barəsində ehtiyyat etməlidir. Diqqət edin: Hafiz Əbu Muhəmməd Əbdürrəhman ibn Əbuhətəm Razi (327-ci il hicri qəməri ilində vəfat etmişdir). «Təqəddimətul Mə`rifə, Likitabil Cərhi Vəttə`dil» kitabında yazır: Peyğəmbər (с) səhabələri Quranın və vəhyin nazil olmasının şahidi olan, təfsir və tə`vilin necəliyini bilən şəxslərdir. Allah Təala onları peyğəmbərə(с) həmdəm, köməkçi və dini bərpa etmək üçün seçmişdir. Onları o cənab üçün müsahib seçmişdir(*) və rəhbər qərar vermişdir. Peyğəmbərin(с) Allah tərəfindən gətirərək onları təbliğ etdiyini azaldıb-əskildmədən öyrənmiş, öz bütün vücudu ilə xatirələrini saxlamış və dində təqih və alim olmuşlar. Allah Təala onları qaldırıb ümmətə öndərlik imtiyazını onlara vermişdir. Peyğəmbər(с) səhabələri ümmüətin adilləri doğru yol başçılarıdırlar. Allahın dini işlərində höccət, Quranı və peyğəmbər sünnətinin daşıyıcılarıdırlar. Allah Təala göstəriş vermişdi ki, onlara əl atsın və onların üslubu əsas götürülsün. Qərarlaşdırmışdır ki, biz onları özümüzə nümunə götürək və onların yolu addımlayaq. İbn Əsir də «Usdul göbə» kitabının müqəddiməsində yazır: Rəsuləllah (с) səhabələri digər hədis və sünnə ravilrəi ilə Cərh, Tədil və İrad yerlərindən başqa bütün yerlərdə bərabərdirlər. Çünki, onlar hamısı adildirlər və eyib axtarmaq, irad etmək üçün onlarda heç bir yer yoxdur. Hədis hafizi İbn Həcər «Əl isabə fi Təmyizissəhabə» kitabının müqəddiməsində yazır: Əhl-sünnə Peyğəmbər(с) səhabələrinin hamısının adilliyində müttəfiqdirlər. Bu işdə bir qrup əhəmiyyətsiz bid`ət əhlindən başqa onlarla müxalifət edən yoxdur. Hədis əhlinin imamı Əbu Zər`ədən nəql olunmuşdur: Bir nəfərin Peyğəmbər(с) səhabələrindən birinə eyib tutduğunu və irad etdiyini gördün, bil ki, o, zındıqdır1. Amma həqiqətən avama lazım və ya vacib olan budur ki, böyüklərin barəsində olan sözləri böyüklərdən eşitsin. Onda (əgər böyüklər icazə versələr) özü hakim stoluna otursun. Güman edirəm ki, bu hər bir azad insanın tam hüququdur. Əgər yenə də «ayağını yorğanına görə uzatmamısan» desələr, onda onlara bu Quran ayəsini oxumaq lazımdır. فَبَشِّرْ عِبَادِ الَّذِينَ يَسْتَمِعُونَ الْقَوْلَ فَيَتَّبِعُونَ أَحْسَنَهُ أُوْلَئِكَ الَّذِينَ هَدَاهُمُ اللَّهُ وَأُوْلَئِكَ هُمْ أُوْلُوا الْأَلْبَابِ «O bəndələrimə müjdə ver ki, onlar, sözü eşidib, lap yaxşılarına tabe olarlar. Allahın hidayət etdikləri bunlardır və ağıl sahibləri də elə bunlardır. («ZUMƏR», айя 17-18) Əbu Əbil Hədid «Nəhcül-Bəlağəyə» şərhin 47-20-ci cildində yazır: Altı yüz on birinci ildə Bağdadda Nəqib Əbu Cəfər Yəhya ibn Muhəmməd Ələvi Həsrinin yanına gəldim. Onun yanında bir qrup adam var idi. Onlardan biri Əbulfərəc Muğanu oxuyurdu. Araya Muğeyrə ibn Şöbədən söz düşdü. Oradakılar onun barəsində danışmağa başladılar. Bəzisi onu təriflədi, digərləri danladı və bəziləri də söz deməkdən çəkindilər. Oradakılardan biri dedi: «Səhabələr barəsində danışmaqdan çəkinmək və onların arasında baş verənlərdə əl saxlamaq vacibdir. Əbul Məali Cəvini demişdir. Peyğəmbər(с) bu işdən nəhy etmişdir: mənim səhabələrimin arasında olan ixtilaflardan danışmaqdan çəkinin!» Yenə də buyrmuşdur: «Mənim dostlarımla işiniz olmasın, əgər sizdən biri Ühüd dağı ağırlığında qızıl infaq edərsə, əsla mənim səhabələrimdən birinin dəyərinin dörddə birinə bəlkə də onun yarısına çatmaz». Yenə də buyurmuşdur: «Mənim dostlarım ulduzlardır. Onların hər birinə iqtida etsəniz hidayət olarsınız». Həmçinin buyrumuşdur: «Sizin ən yaxşılarınız mən yaşadığım əsrdə yaşayanlardır, ondan sonrakı və ondan sonra ondan dasonrakı əsrlərdə yaşayanlardır». Həsəni Bəsridən rəvayət olunmuşdur ki, onun yanında «Cəməl» və «Süffeyn» döyüşlərdən söz düşəndə demişdir: Onlar bir qandır ki, Allah bizim qılınclarımızı ondan pak saxlamışdır, dilimizi də onu yad etməklə bulaşdırmayaq. Eləcə də bu xəbər bizdən məxfi qalmışdır. Kişilik də bizdən istəyir ki, Peyğəmbərin (с) hörmətini xanımı Aişə, bibisi oğlu Zubeyr vəƏlini o həzrətin balalarına sipər etmiş, Təlhə barəsində saxlayaq. Peyğəmbər(с) Müaviyənin bacısının həyat yoldaşıdır. Belə ki, Ümmi Həbibə onun bacısı, Peyğəmbərin (с) isə həyat yoldaşıdır. Ədəb qaydası budur ki, Ümmi Həbibənin hörmətini qardaşı barəsində də qoruyaq. Beləliklə şiənin səhabələri arasında baş verən ixtilaf barəsində dedikləri sübuta yetməmişdir. Onlar bir ananın balaları kimi olmuş, əsla birinin batini digərindən kədərlənməmiş və aralarında ixtilaf baş verməmişdir. Əbu Cəfər (Allah ona rəhmət eləsin) dedi: Bir müddət öncə Əbu Məalinin sözlərinə cavab yazmışam və istəyirəm ki, onu bu məclisdə oxuyum və beləliklə başladı: (ixtisara görə Əbu Cəfərin sözünün xülasəsini qeyd edirik). Allah Təala, onun düşməninə düşmən olmağı və dostlarını sevməyi müsəlmanlara vacib buyurmuşdur. Onu tərk etmək də əqli və nəqli dəlillərlə bərk tutaraq buyurmuşdur: «Allaha və axirət gününə iman gətirən qövmün, Allaha və onun Peyğəmbərinə müxalif çıxanlarla-öz ataları, oğulları, qardaşları və yaxın qohumları olsalar belə- dostluq etdiyini görməzsən» («Mücadilə», айя 22). Yenə də buyurmuşdur: «Onlar Allaha, Peyğəmbərə və ona nazil olana iman gətirsəydilər, onları (kafirləri) özlərinə dost tutmazdılar. («Maidə», айя 81) Yenə də buyurmuşdur: «Allahın qəzəb etdiyi bir qövmü dost tutmayın! («Mümtəhinə», айя 13) Beləliklə, müsəlmanların icması bu mövzunu təsdiq edir ki, Allah Təala onun düşmənlərinə düşmən olmağı və dostlarını sevməyi vacib buyurmuşdur. Eləcə də Allah yolunda sevmək və qəzəblənmək vacibdir. Əgər bu dediklərimiz olmasaydı, kiminləsə mübarizə aparmaq və təbərra etməli olmasaydıq, onda bəlkə də bizim onlarla düşmənçiliyimiz lazım olmazdı. Əgər güman etsək ki, əgər Allaha onların işlərinin necəliyi bizə gizlindir, keçmiş zamanda olmuşdur və bizim bizdən gizlin işləri araşdırmağımızın mənası yoxdur desək və bu bəhanəyə etimad edib onları sevsək, qoxuruq ki, Allah Təala bizə buyursun: Əgər onların işləri sizin gözünüzdən məxfi idi və keçmiş zamanda olmuşdusa da sizin qulağınız və qəlbinizdən ki, gizlin deyildi: Əlinizə elə səhih hədislər çatmışdı ki, sizin boynunuza peyğəmbərin (с) peyğəmbərliyinə iqrar etmək, onu təsdiq edənləri sevmək, inkar edənlərə düşmən olmaq vəzifəsini qoyurdu. Bununla da sizə Quran və Rəsulullahın(с) gətirdiyi şeylər barəsində fikirləşmək göstərişi verilmişdir. Kaş ki, çəkinəydiniz və savab qiyamət günü – «Pərvərdigara! Biz ağalarımıza və böyüklərimizə itaət etdik, onlar isə bizi yoldan azdırdılar» («Əhzab», айя 67) deyənlərdən olmayaydınız. Amma Allah lənət kəlməsini göstəriş vermiş və onu vacib buyurmuşdur. Görmürsünüz ki, Quranda- Bəqərə-159-da buyurur: «O qrupa həm Allah və həm bütün lənət edə bilənlər lənət edərlər». Digər yerdə Allah Təala Aislərə lənt buyuraraq deyir: «Bəni İsraildən kafir olanlara Davudun dili ilə lənət oxundu» («Maidə» 78). Eləcə də, «şübhəsiz ki, Allah və onun Rəsulunu incidənlərə, Allah dünya və axirətdə lənət eləmiş və onlara rüsvayedici əzab hazırlamışdır». (Əhzab-57) Amma «lənət etməyin nə savabı vardır, Allah mükəllətə niyə lənət etmədin» –deməz . Bəlkə soruşar: Niyə lənət etdin? Deyən adam nadan adamdır və nə dediyini anlamır. Əgər lənət etmək, Allahın dediyi kimi olarsa, elə Allaha itaət etmək deməkdir. Yəni lənətə layiq olan adam, həvayi nəfsə və təəssübə görə deyil, Allah xatirinə lənətlənirsə və mükafata layiqdir. Bizim Allah lənətlədiyi adamı lənətləməyə haqqımız yoxdurmu? Bu, irad qəbul etməyən bir aksiomdur. Allah təala bir nəfəri tərifləyib digərini pisləyərsə bizim də təriflənəni tərifləmək, pislənəni isə pisləmək haqqımız vardır. Bu deyimi eşitməmisinizmi? «Mənim düşmənimlə dostluq edir və elə bilirsən ki, mən sənin dostunam?! Həqiqətdə sənin bu düşüncən heyrətlidir». Dostun düşməni ilə dost olmaq dostu tirmək deməkdir. Düşməni sevmək batil olduğu üçün ondan uzaqlaşmaqdan başqa çarəsi yoxdur. Müsəlmanların icmasına uyğun olaraq, Allahın düşməni, onun göstərişlərini yerinə yetirməyənlər və günahkarlarla dostluq etmək caiz deyil və insan belə adamlara qarşı laqeyd olaraq, «nə onları sevirəm və nə də bunlara düşmənəm»- deyə bilməz. Əbu Cəfər dedi: Bunlardan əlavə- bir nəfərin, Yezid ibni Müaviyə və Həccac ibni Yusifin işinin həqiqəti bizə məlum deyildir- deməsi düzgündürmü? Bu iki nəfərin dastanını araşdırıb onlarla düşmənçilik etmək və onlaraı lənətləmək nalayiq hərəkətdirmi? Bu sözlə, sizin dediyiniz, Müaviyyə, Muğeyrə ibni Şöbə və başqalarının işlərinin bizdən məxfi qalmışdır və onların dastanını araşdırmaq layiq deyildir- sözünün arasında nə fərqi vardır. Ey hədis və haşiyə əhli, ey ammə, siz necə «orada olmadığınız üçün sizdən məxfi qalan – Osmanın dastanını araşdırır, onun qatillərinə nifrət bəsləyir və onları lənətləyirsiniz? Siz necə Əbu Bəkrə görə onun oğlu Məhəmmədin hörmətini saxlamır, mömünlər anası Aişəyə görə onun qardaşına hörmət etmir, Muhəmməd ibni Əbu Bəkri fasiq sayır və lənətləyirsiniz? Halbuki bizi Əli (я), Həsən(я) və Hüseynə(я) zülm edən, onların haqqını qəsb edən Müaviyyənin bu zülmünün qarşısında sükut etməyə çağırır və ona lənət etməyi qadağan edirsiniz.
Posted on: Sun, 22 Sep 2013 14:26:47 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015