Sənə bənd olmuşam, xəbərin olsun!(Könül Eldarqızı - TopicsExpress



          

Sənə bənd olmuşam, xəbərin olsun!(Könül Eldarqızı ) Həmişə xoş xəbər olasan səni!(İslam Əzimov) Könül. ------- Canıma hopmusan, ruhum olmusan, Xəyalım olmusan, yuxum olmusan, Sən mənə hamıdan yaxın olmusan, Sənə bənd olmuşam, xəbərin olsun! İslam **** Qəlbindən keçəni az danışanım, Düz baxıb, düz görüb, düz danışanım, Tanrının lütfiylə söz danışanım, Həmişə xoş xəbər olasan səni !. Könül. **** Eşqindən od alım, köz əsirgəmə, Baharı bəxş elə, yaz əsirgəmə, Bir kəlmə din, danış, söz əsirgəmə, Sənə bənd olmuşam, xəbərin olsun! İslam **** Od nədi, köz nədi ?! Can istə, verim, Ən zülmət gecənə dan istə, verim, Ömrümü, günümü sən istə , verim, Həmişə xoş xəbər olasan səni !. Könül. **** Tükənib bitmişəm yolunda sənin, Gəzirəm sağında, solunda sənin, İzin ver, can verim qolunda sənin, Sənə bənd olmuşam, xəbərin olsun! İslam **** Vüsal var, hicrandan min dəfə baha, Ta giley eləyib, batma günaha, Təpədən dırnağa səninəm, daha, Həmişə xoş xəbər olasan səni !.
Posted on: Mon, 08 Jul 2013 09:51:36 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015