T.e.n. Dr. Pərviz Abbasov PİYLƏNMƏ VƏ II TİP ŞƏKƏRLİ - TopicsExpress



          

T.e.n. Dr. Pərviz Abbasov PİYLƏNMƏ VƏ II TİP ŞƏKƏRLİ DİABETİN CƏRRAHİ MÜALİCƏSİ Köklük, çəki çoxluğu,diyabet,xolesterol və təzyiq yüksəkliyi əlamətləri toplusuna metabolik sindrom adı verilmişdir. Metabolik sindromun cərrahi əməliyyatla müalicə edilməsi METABOLIK CƏRRAHIYYƏ adlanır. Metabolik sindrom kilo çoxluğu və ya piylənmə, tip 2 diyabet, hipertoniya və xolesterol mübadiləsinin pozğunluqları, əmək qabiliyyətinin azalması və maddi zərərlərlə bərabər ürək və damar xəstəliklərinə və ölümə səbəb olur. Diabet xəstələrində infarkt , iflic , böyrək xəstəliyi və böyrək çatmazlığı kimi həyati funksiyalarda ciddi dəyişikliklər olmaqdadır. Ayrıca, görmə itkisi , əzələ və sümük xəstəlikləri, azalmış libido və orqan itkinlərinə qədər gedə bilən dövran pozuqluqlarının görülmə riski artmışdır. Bir çox araşdırmada diabet xəstələrinin 35% - 55i qan şəkərlərini ADA tərəfindən təklif edilən aralıqda tuta bilmədikləri göstərilmişdir. Tip II Diyabetin medikal müalicəsi yüksək xəstəxana xərcləri , uzunmüddətli və çox vaxt kombinə dərman istifadəsini tələb edir.Tip II diabet xəstəsində 10-12 illik müddət ərzində bədənindəki insulin depolarından istifadə edilir və bu dövrdən sonra rezerv bitir, insulindən asılı bir diabet xəstəsinə çevrilir.Bu dövrdən sonra xəstələrdə dərman və xəstəxana xərcləri daha da artır, xəstəliyin progressivliyi da sürətlənir. Diabetin pandemiya şəklində artma sıxılığına baxmayaraq, mövcud müalicə prinsipləri ilə alınan nəticələrdə yüksək müvəffəqiyyət əldə edilmir. Tip II Diabetin cərrahı olaraq müalicə etmə fikri ilk olaraq Walter Pories tərəfindən 1995-ci ildə nümayiş olunan "Who would have thought it?” başlıqlı məqalədə 14 il əvvəl bariatrik cərrahıyyə tətbiq olan xəstələrdən diyabetiklərdə 98,7 % halda qanda şəkərin normal səviyyəyə enməsi söylənilmişdir. Bu işdə onikibarmaq bağırsaq və proksimal yeyunumun yemək girişinə bağlanılması ilə nazik bağırsaqlardan ortaya çıxan impulsların ( inkretinlerin ) qan şəkəri regulasiyasında əhəmiyyətli rol oynadığını ifadə etmişdir. Hormonal dəyişmələrin və qan şəkəri tənziminin əməliyyatdan dərhal sonrakı günlərdə ortaya çıxması , diyabetin müalicəsinin kilo itkisindən çox entero - insulyar və inkretin metabolizmındəki dəyişikliklərdən qaynaqlandığı fikrinin ortaya qoyulmasına səbəb olmuşdur. KİMLƏRİ ƏMƏLİYYAT ETMƏK OLAR? PİYLƏNMƏ (BARİATRİK) VƏ METOBOLİK (DİABETİK) CƏRRAHI ƏMƏLIYYATA GÖSTƏRIŞ KRITERIYALARI 1. Bədən Çəki Indexi (BÇİ ) 40 kg/m2 nin üzərində olan və ya 35- 40 kg/m2 arasında olub yanaşı xəstəlik olması (hipertoniya , diyabet , yuxu apnoye sindromu , artrit, qanda triqliserin və xolesterin yuksıkliyi, və s.) 2. 18-65 yaş arası 3. Artıq çəki xəstəliyinin ən az 3 ildir var olması 4. Hormonal xəstəliklərin olmaması 5. Dərman və pəhriz müalicəsinə baxmayaraq , ən az 1 ildir kilo verməyənlər 6. Spirt və dərman asılısı olmamaq 7. Xəstənin tətbiq olunacaq metoddan anlaması və əməliyyatdan sonra uyğunlaşma təmin edə biləcək vəziyyətdə olması 8. Qəbul edilə bilər əməliyyat riski CƏRRAHI MÜALICƏ ÜSULLARI Mədə həcmini Kiçildici ( Restrüktif ) Əməliyyatlar Mədə balonu Mədə bandı Boru Mədə Sorulmaya maneə törədici ( Malabsorbtif ) Əməliyyatlar BilioPankreatik diversion Duedonal Switch Kombinə ( Restrüktif və Malabsorbtif ) Əməliyyatlar GASTRIC BYPASS- Qızıl standart BARIATRIK CƏRRAHIYYƏNIN (GASTRIC BYPASS) ÜSTÜNLÜYÜ NECƏ QIYMƏTLƏNDIRILIR? Xəstənin sağlam çəkiyə çatması Yanaşı xəstəliklərdə düzəlmə Bədən funksiyalarının normala dönməsi Təkrar çəki alınmaması (kökəlməmə) Həyat keyfiyyətinin artması
Posted on: Mon, 07 Oct 2013 09:45:56 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015