Teshekkurler Seymur Hezi Cənab Əliyev, mənim 11 yaşım - TopicsExpress



          

Teshekkurler Seymur Hezi Cənab Əliyev, mənim 11 yaşım olanda, siz Türkiyədə dəri alveri edəndə, Azərbaycanda AXC hakimiyyəti olanda, Azərbaycan Ermənistanla şəstlə savaşıb torpaqlarını geri alanda əlimə düşmüşdü “Azadlıq” qəzeti. “Azadlıq” qəzeti hökumətin nöqsanlarından yazırdı, müharibədəki yanlışları göstərir, itqisadiyyatı təhlil edir, hökumətə yol göstərir, onu indiki dillə desək darmadağın edirdi. Mən hələ lap sonradan bildim ki, “Azadlıq” o günlərdə rəsmən AXC-nin qəzeti imiş. Cənab Əliyev, sizin də yaxından izlədiyiniz dostum Natiq Ədilovla biz tez- tez bu məsələləri müzakirə edirik. Nədir o qüvvə ki, SSR-i kimi bir toplumdan çıxıb ən ideal formasiyaya iddia edəsən ( Formasiya- quruluş deməkdir)? Bu azadlığa, ləyaqətə, həqiqətə, nəhayətdə mütləqə inamdır. Bu, insanlığın təbiətinə inamdır. Bəşəriyyətin tutduğu yola inamdır. Bu, tayfa düçüncəsində heç zaman olmamaqıdır. Bu, qardaşlığın genetik olmamasına inamdır. Bu, özünüdərkdir. Nəhayətdə bu, Tanrını qəbul etməkdir! Siz o zaman, müharibə vaxtlarında ölkədə yox idiz. Mən orta məktəbdə oxuyurdum, Təyyarələr bizim evin üstündən uçub, Fizuliyə gedirdilər. Səhər tezdən “Azadlıq” almağa qaçırdım. Görüm, bizim bombardımançılarımız neynədilər. Bir dəfə təyyarənin vurulduğunu yazının qara fonundan anlamışdım. “Azadlıq” kədərlənmişdi. Mənim heç xəyalıma da gəlməzdi ki, bir gün “Azadlıq”da işləyərəm. Bizi o zaman bomba səslərindən başqa heç nə düşündürmürdü. Siz isə nə haqda düşünürdüz, onu bilirsiz. Bu gün “Azadlığ”ı bağlamaq istəyirsiz. Əlinizdən gələni edin. Amma unutmayın ki, “Azadlıq”ın bağlanmasına 1993-cü ildə “Azadlıq” kədərlənəndə sevinən hər kəs sevinəcək. Cənab Əliyev, siz o zaman kimin tərəfində idiz?
Posted on: Thu, 28 Nov 2013 10:01:11 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015