Türk xalqları Altay dil qrupuna məxsusdular. Dil və mənşə - TopicsExpress



          

Türk xalqları Altay dil qrupuna məxsusdular. Dil və mənşə fərqinə görə dörd qola bölünürlər: 1.Oğuz – Anadolu və Azərbaycan türkləri, qaqauzlar, türkmənlər, ahıska türkləri, krım tatarları, 2.Uyğur – özbəklər, həzaralar , salarlar, uyğurlar, tuvalılar, şorlar, komasin-tobollar, baraba tatarları, çulm tatarları və sairə) 3.Qıpçaq – qazaxlar, qaraqalpaqlar, qumıqlar, qırğızlar, altaylar, noqaylar) 4.Bulqar – tatarlar, başqırdlar, qaraçaylar, karaimlər. Türk xalqlarının inanclarında tanrı əsas yer tutar. VII əsrdən etibarən İslam dininə inanc daha çoxdur (hazırda təxminən 80%). İndiki dövrdə qeyri müsəlman yakutlar (şaman və xristian), cuvaş və qaqauzlar (xristian), karaim və krımçaklardır (yəhudi dini). Tarixin müxtəlif mərhələlərində bəzi türk dövlətləri Avrasiyada geniş ərazilər tutmuş, Afrikanın şimal hissəsini zəbt etmişlər. Türk xalqlarının bəziləri müstəqil dövlət qurmuş, bəziləri müəyyən dövlət daxilində muxtar qürumlar yaratmış, bəziləri isə heç bir özünüidarə hüququna malik deyil və müxtəlif dövlətlərin ərazilərində, Asiyada Əfqanıstan, İran, İraq, Suriya, Avropada Bolqarıstan, Rumıniya, Yunanıstan, Ukrayna, Moldova, Gürcüstan, Rusiya və sairə ölkələrdə yaşayırlar. Belə türk xalqlarına qumıqlar, krım tatarları, qaraçaylar, şahsevənlər, türkmənlər, sibir tatarları, bolqar türkləri, əfşarlar və sairə aiddir. Bu xalqların çoxu gəlmə xalqlar içərisində assimilyasiya olunmaqdadırlar Türk xalqlarınin sayi Axısqa türkləri - 500 min Sarı uyğurlar - 13,719 nəfərdən çox. Urum-Qıpçaqlar - 106,768 nəfərdən çox. Altaylılar - 67,239 nəfərdən çox. Azərbaycan türkləri - 50 milyon Xorasan türkləri - 830 min Balkarlar - 108,426 nəfərdən çox. Başqırdlar - 1.705.053 nəfərdən çox. Çulumlar - 1 min Çuvaşlar - 1.8 milyon Krım tatarları - 500 min Dolqanlar - 10 min Qaqauzlar - 300 min Qazaxlar - 13,289,363 nəfərdən çox. Qırğızlar - 4.123 milyon Qaraçaylılar - 300 min Qəraimlər - 50 min Qaraqalpaqlar - 550 min Xakaslar - 90 min Krımçaqlar - 1.5 min Qumuqlar - 500 min Noqaylar - 110 min Qaşqaylar - 1.757 milyon Salar - 125 min Türkiyə türkləri - 70-80 milyon
Posted on: Sun, 22 Sep 2013 08:59:05 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015