TƏNHA YALQUZAQ... HAMANN RANGE ROVER MYSTERE MODELİ 2013 - TopicsExpress



          

TƏNHA YALQUZAQ... HAMANN RANGE ROVER MYSTERE MODELİ 2013 FRANKFURT AVTOŞOUSUNDA İlin əvvəlində Cenevrə Avtoşousunda Hamann tünerlərinin 2013 Range Rover modelinin bazasında, parlaq çəhrayı Range Rover Mystere adlı model təqdim etdiklərini yəgin ki, xatırlayarsınız. Bu dəfə Hamann 2013 Frankfurt Avtoşousunda mat boz korpusa malik, aqressiv görünüşlü, əzələli Mystere modelini təqdim etdi. Model tünerlərin stendində cəlbedici görünüşü ilə diqqəti üzərinə topladı. Xarici görünüş baxımından Hamann tüninqli bu 2013 Range Rover modeli geniş bədən dəsti ilə təchiz edilib ki, bu da onun en ölçüsünü standart modelə nisbətən 80 mm artırıb. Model yeni ön spoyler və LED gündüz işıqları qəbul edib. Bundan əlavə, yeni dəstə ön və arxa təkər tağları, yan ətəklər və karbon kapot daxil edilib. Hamann tünerləri avtomobilin arxa hissəsini arxa spoyler və arxa qanadla təchiz edib. Bununla yanaşı, elektron endirmə modulu (klirensi 40 mm azaldır), xüsusi sifarişlə hazırlanan səsboğucu boruları, 23 düym ölçülü disk dəsti və 305/30/23 Continental şinləri yeni Range Rover modelinin ümumi görünüşünü tamamlayır.
Posted on: Wed, 11 Sep 2013 06:47:09 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015