Təqvimdə hər bir insanın özəl, ona aid bir günü olur. - TopicsExpress



          

Təqvimdə hər bir insanın özəl, ona aid bir günü olur. İnsan özünü bu günün qəhrəmanı hiss edir bir növ… Mənim də belə günüm 5 Iyuldur… Amma nədənsə hər ad günümdə çox qəribə hisslər keçirirəm… Sözlər, sətirlər, cümlələr ifadə etməz bu günün xüsusiliyini… elə qəribədir ki təsüratları… elə bənzərsizdir ki yaşatdıqları… Bu günü insan nədənsə etinasız yaşaya bilmir… Geriye yaşadıqlarına nəzər salmaya bilmir… Dönüb arxasına boylananda istər kədərqarışıq təəssüf , istərsə də “kaş ki” deməyə səbəb axtarmaya bilmir. Bütün yaşadıqlarını kino lenti kimi yaddaşında canlandırmaya bilmir. Görəsən niyə? Bu təkcə məndəmi belə olur ya hamıda belədir? Bunu da bilmirəm… Hər keçən il insan məsuliyyətini daha da artırır… Bəzən zamanı dondurmaq istəyirsən amma zaman öz hökmünü özü verir axı… Hakim odur… İllər, saatlar saniyələr onun hökmüylə dönür… Bəs görəsən niyə uşaqlıqda tez böyüməyi arzuladığımız halda indi zamanı dondurub, ya da arxaya çevirib uşaq olmaq istəyirik… Bəlkə qayğılardan məsuliyyətdən qaçmaq istəyirik… “keçən günlərimi qaytaraydılar,gələn günlərimi qurban verərdim”-deyirik… Amma hər halda geridə buraxdığımız acılı-şirinli günlərlə, anlarla, saniyələrlə bərabər yaşadığımız hər yaş bizimdir… Elə yaşamalıyıq ki, geri boylandıqda etdiyimiz əməllərdən xəcalət çəkməyək, əksinə yaşadıqlarımızdan qürur duyaq, onu gələcəyimizə bir stimul, bir bünövrə hesab edək… Hə bu gün mənim günümdür- ad günümdür… İnsan doğulduğu gün ona ad vermirlər ki??? Bəs görəsən niyə ad günü deyirik doğum günümüzə? Nəysə… İnsanlar zəng edir… təbrik edir… Yaddaşlarda olduğum üçün sevinirəm… zəng edənlərim varsa, deməli kimlərinsə qəlbində iz salmışam… Xatırlandığım üçün sevinirəm… Amma qəlbimdə bir hüzn var sanki… “İllər nə tez keçdi?” – deyirəm öz-özümə…
Posted on: Fri, 05 Jul 2013 05:34:01 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015