U-17 III yeri tutub Litvanın Palanqa şəhərində təşkil - TopicsExpress



          

U-17 III yeri tutub Litvanın Palanqa şəhərində təşkil olunmuş ənənəvi beynəlxalq turnirdə 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması III yeri tutub. III yer uğrunda bu gün keçirilmiş qarşılaşmada yığmamız Elnur Cəfərovun vurduğu qol sayəsində Latviya komandasını 1:0 hesabı ilə məğlub edib. Xatırladaq ki, turnir çərçivəsində keçirdiyi ilk oyunda Belarus yığmasını 1:0 hesabı ilə məğlub edən futbolçularımız ikinci qarşılaşmada Litva komandasına eyni hesabla məğlub olmuşdu.
Posted on: Wed, 28 Aug 2013 18:07:50 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015