Uc noqte qezetinin Qarabaq nizamlanmasi ile baqli soruqusuna - TopicsExpress



          

Uc noqte qezetinin Qarabaq nizamlanmasi ile baqli soruqusuna cavabim; Qeydlerinizi gormek cox faydali olardi. “ “İstər BMT, istər ATƏT və Minsk qrupu bütün səylərini status-kvonun saxlanılmasına yönəldiblər. Artıq 3-cü ildir ki, Qarabağ nizamlanmasında irəliləyişllərə nail olunması üçün ciddi təşəbbüslər müşahidə etmirik. Digər tərəfdən Qarabağ nizamlanmasına münasibətdə beynəlxalq təşkilatlar dövlətlərin ərazi bütövlüyünün qorunması, təcavüzkar tərəfin tanınması, Azərbaycanın işğal olunan torpaqlarının azad edilməsi kimi prinsipləri bir kənara qoyaraq tərəflərin kompromiss axtarmalı olduqlarını önə çəkirlər. Lakin, təcavüzkar tərəfin işğal faktı bu zaman nəzərə alınmır. İşğala məruz qalan Azərbaycanla işğalçı Ermənistan arasında bərabərlil işarəsi qoyulur. “Tərəflər özləri kompromiss qərarlar verməlidir” yanaşmasında isə Azərbaycan avtomatik olaraq itirən tərəf vəziyyətinə düşür. Bu yanaşmanın son 10 ildə prioritet olmasa beynəlxalq təşkilatların ikili standartlardan çıxş etməsinin ən bariz göstəricisidir. Başqa amillər də var, amma görünən dağa bələdçi lazım deyil. Çox təəssüf ki, çağdaş dünyamızda ədalət, humanizm, ölkələrin suverenliyinə hörmət prinsipləri geosiyasi komyuktura, UDM-in həcmi, ticarət anlaşmaları və hərbi güclə ölçülür. Bütün bunları nəzərə alaraq Azərbaycan xalqı, dövləti Qarabağ nizamlanmasına təsir göstərəcək şərtləri öz xeyinə dəyişmək üçün çalışmalı və zamanı boşuna xərcləməməlidir. Beynəlxalq təşkilatlarla daha sıx işləməliyik, müsbət nümunələrlə özümüzü təbliğ etməliyik, eyni zamanda heç bir halda milli maraq və mənafelərimizə ziyan vuracaq güzəştlərə getməyəcəyimizə dünyanı əmin etməliyik. Qarabağ nizamlanmsı ilə bağlı mövcud beynəlxalq təşkilatların emosiyadan uzaq, rasional tənqidini və onlarla daha sıx işləməyin tərəfdarıyam. Burada söhbət hazırkı geosiyasi konyukturdan, qlobal maraqlardan gedir. Beynəlxalq təşkilatlar sadəcə alətdirlər. Əsas məsələ şərtlərin dəyişməsidir”
Posted on: Wed, 12 Feb 2014 07:38:47 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015