Ulduz (bürc) falına inanmaq Hamıya salamlar! Mənim sualım - TopicsExpress



          

Ulduz (bürc) falına inanmaq Hamıya salamlar! Mənim sualım bürclərlə bağlıdır. Ümumiyyətlə bürclərə inanmaq doğrudurmu? Amma hərdən düz çıxır. Xahiş edirəm bu sualıma ətraflı cavab yazın. Cavabınızı gözləyəcəyəm. Nicat Allaha həmd, Onun rəsuluna səlat və salam olsun.Tövhid dini olan İslam heç şübhəsiz ki, insanları cahiliyyətdən qurtarmaq üçün göndərilmişdir. Bir cəmiyyət Allahdan xəbərsiz olduğu zaman oradakı cahiliyyət nə insanların təhsilinə, nə onların yaşadığı dövrə, nə də var olduqları cəmiyyətdə elm və texnologiyanın yüksək inkişafına baxar. Cahiliyyət əslində bir dünya görüşüdür ki, zaman və məkanına görə bəzən ən modern, müasir qiyafətdə belə zühur edir. Falçılıq, kahinlik, sehrbazlıq kimi qeybdən xəbər verməyə dayalı əməllər cahiliyyət dünya görüşünün nəticəsidir. Bu gün təəssüf ki, cəmiyyətimizdə sürətlə yayılmaqdadır. Bir zamanlar küncdə bucaqda gizlənən bu yarasalar indi qəzet səhifələrinə, televiziya ekranlarına çıxmaqda, öz batil əməllərini yaymaqdadırlar. Xatırladaq ki, tarixən bütün toplumlar şirkə meyl edib ibtidailəşdiyi zaman orada zina, fühuş kimi əxlaqsızlıqlarla yanaşı fal, kəhanət, sehr kimi şeytani əməllər də yayılıb çoxalır. Təəssüf ki, günümüzdə ciddi mənəvi boşluq keçirən gəncliyimiz belə tələlərin ilk qurbanlarıdır. Bu gün qəzet və televiziyalarda geniş yayılan ulduz falı şeytanın digər təhrikləri kimi heç bir əsasa dayanmamaqdadır, insanların aldadılmasından başqa bir şey deyil. Çünki qeybi bilən ancaq Allahdır.De: “Allahdan başqa göylərdə və yerdə olan heç kəs qeybi bilməz!” (Nəml 65) Bu ayədə göydə və yerdə Allahdan başqa heç bir varlığın qeybi bilməyəcəyini açıqca bildirilir.Eyni zamanda Qurani Kərim hətta peyğəmbərinin belə Allahın iradəsi xaricində qeybi bilmədiyini bildirir: “De: “Mən Allahın istədiyindən başqa özümə nə bir xeyir, nə də bir zərər verə bilərəm. Əgər qeybi bilsəydim, sözsüz ki, (özüm üçün) daha çox xeyir tədarük edərdim və mənə pislik də toxunmazdı. Mən iman gətirən bir tayfanı ancaq xəbərdarlıq edən və müjdələyənəm!” (Əraf 188) Allah təala bununla bərabər qeybin sirlərini ancaq razı qaldığı rəsullarından başqa heç kimə açmayacağını da öz Kitabında bildirir: “Qeybi bilən ancaq Odur və Öz qeybini heç kəsə əyan etməz; Bəyənib seçdiyi peyğəmbərdən başqa!...”(Cin 26-27) Allahın elçilərinin belə bəzi hallarda bilmədiyi qeybi din və imanla heç bir əlaqəsi olmayan, kim olduğu bilinməyən bəzi şəxslərin bildiklərini iddia etməsi küfrdür. Bu əməllərlə məşğul olmaq kimi bunlara inanmaq da təhlükəlidir. Allah Rəsulu (s) buyurur: “Münəccimə hər hansı bir məsələni soruşub onun dediklərinə inanan bir şəxsin qırx gün namazları qəbul olmaz.” (Müslim) Bu hədisdə münəccim bürclərin vəziyyətinə görə qeybi xəbərlər verəndir. Bu kimi fallara inanan insanlar hədisdən də anlaşıldığı kimi Allahdan uzaqlaşmış olurlar. Yenə Allah Rəsulu belə deyir: “Bir kahinin dediklərini təsdiqləyən kimsə Məhəmmədə endiriləni inkar etmişdir” (Bəzzar səhih sənədlə Cabirdən rəvayət etmişdir.) Bürclərlə fala baxan münəccimlər qeybdən xəbər verməklə kahinlik etməkdədirlər. Bürclərin və ya onları təşkil edən göy cisimlərinin insanın taleyi ilə heç bir əlaqəsi yoxdur. İnsanın taleyini, qəza və qədəri müəyyən edən Allah təaladır. Bununla bərabər bütün göy cisimlərini də yaradan Allahdır. Allah bütün göy cisimlərini insan üçün yaratmışdır. Onlar insanın qeybini, taleyini müəyyən etmək üçün deyil, insana xidmət etmək üçündürlər. “ Suyun və qurunun zülmətində (yolunuzu) düz getmək üçün ulduzları sizin üçün yaradan da Odur. Biz bu ayələri anlayan bir camaat üçün bu cür ətraflı izah etdik.” (Ənam 97) “O, gecəni və gündüzü, Günəşi və Ayı sizə ram etdi (sizin xidmətinizə verdi). Ulduzlar da Onun əmrinə boyun əymişdir. Doğrudan da, bunda ağılla düşünənlər üçün ibrətlər vardır!” (Nəhl 12) Beləliklə münəccimlik, qeybi bilmə iddiası olduğu üçün bir cahiliyyət peşəsidir. İslam dini onu qəti olaraq rədd etməkdədir. Bürclərin vəziyyətinə baxaraq insanların taleyindən xəbər vermək cahiliyyətə aid bir düşüncə tərzidir. Nə dini, nə də elmi əsasları vardır. Bu bəzi insanların pul qazanması üçün şeytani bir vasitədir. Bu yolla qazanılan pul (istər, qəzetlə, istər televiziya ilə, istərsə də bu yöndə yazılmış kitabçalarla) haramdır. Bu işi görənlər günah qazandığı kimi buna yardım edənlər də günahkardır. Eyni zamanda bu xəbərlərə inanmaq da günahdır, Allahın hüdudlarını çeynəməkdir. Ən sonda onu da deyək ki, cəmiyyətimizdə bu cahiliyyət sənətinin belə güclə yayılma səbəblərindən biri insanlarımızın mənəvi həyatlarının sürətlə kasıblaması, ruhlarındakı boşluq, qəlblərində dərin inamsızlığın yerləşməsidir. Bu insanlar ruhlarındakı narahatlığın çarəsini belə batil əməllərdə axtararlar. Hər şeyə qadir Allaha imanın yetərincə olmaması, qəza və qədər şüurundan məhrum olmaq insanı müşrik inancına yönəldir. Qəlb və ruhların hüzur və əmniyyətdən məhrumluğunun nəticəsi budur. Buna da əsas səbəb iman yoxsulluğudur: “İman gətirib imanlarını zülmə qatışdırmayanlar əmin-amanlıqdadırlar. Haqq yola yönəlmişlər də onlardır!” (Ənam 82)“O kəslər ki, Allaha iman gətirmiş və qəlbləri Allahı zikr etməklə aram tapmışdır. Bilin ki, qəlblər (möminlərin ürəkləri) yalnız Allahı zikr etməklə aram tapar!” (Rəd 28) Hər şeyin doğrusunu Allah bilir. Suala saytın eksperti Ramin Vəkilov cavab verdi.
Posted on: Sun, 18 Aug 2013 17:04:13 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015