Universitetdən tələbə yoldaşım olan Ilkane Nadirqizi profil - TopicsExpress



          

Universitetdən tələbə yoldaşım olan Ilkane Nadirqizi profil rəsminə dondurma şəkli qoyub, onu gördüm və dondurma ilə bağlı əhvalatımı yazmaq istədim. Uşaq vaxtı çox xoşuma gəlirdi, hədsiz, yayda hər gün yemək istəyirdim. Amma ailəmin davamlı almaq imkanı yox idi-bir yayda bir-iki dəfə yeyirdim və bilirəm ki, çoxlarında belə olur. İstəyib yeyə bilmədiyimdən özümü inandırmışdım ki, mənim xoşum gəlmir dondurmadan. Çox qəribədir, amma özümü buna inandıra bilmişdim. Böyüyəndən sonra özüm işlədim və pulum oldu, amma indiyə qədər də, bu gün də hər dəfə dondurmanı görəndə mənə elə gəlir ki, mənim ondan xoşum gəlmir.
Posted on: Wed, 17 Jul 2013 15:48:45 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015