Uşaq olanda hər kəs xoşbəxt olarmış.. Dünyanın ən - TopicsExpress



          

Uşaq olanda hər kəs xoşbəxt olarmış.. Dünyanın ən xoşbəxt insanları cahil insandır deyə bir söz də eşitmişdim.. İnsan özü-özünü xoşbəxt edərmiş.. Bunu da xatırlayıram.. Uşaq idim.. Bu sözləri eşidə-eşidə böyüdüm.. Cahillər xoşbəxtlərdir eşidə-eşidə savadlı oldum.. Ama mən həmişə xoşbəxt olmağı arzuladım nədənsə.. İnsan özünü xoşbəxt edər sözünü də eşitdim.. Amma bacarmadım.. Niyə? Hərdən düşündüm ki, görən xoşbəxtlik necə olur? Bəlkə sevindiyim anlar mənə xoşbəxtlik kimi gəlir.. Bəlkə sevinmək heç xoşbəxtlik deyil.. Sualları beynimdə fırlada-fırlada beynim qarışdı, suallar da fırlanıb itdilər. Hərdən də beynimi eşələyib o itirdiyim suallarımı axtarmağa çalışdım.. Sualları tapdım.. Amma cavabların yanında görməyincə məyus halda – \"görən mən sizin cavablarınızı nə vaxt görəcəm” deyərək tapdığım yerdəcə də buraxdım.. Yazıqlar da mənə baxa baxa qalıb - \"bizi tapdığına sükür elə.. Cavabları onsuz ölənə kimi tapa bilməyəcəksən.. Gözünün qabağından keçsə də görməyəcəksən\".. Əslində düz deyirdi suallar.. Cavablar gözümün önündə olsalar da tapa bilmədim.. Suallarımı itirdiyim yerdəcə qoyub başımı göyə qaldırdım.. Yağışa dedim nədir xoşbəxtlik? - dedi səni bilmirəm.. Mənim üçün xoşbəxtlik susuz səhraları canlandırmaqdır.. Günəşə dedim nədir xoşbəxtliyin sirri? - dedi cansızlara can verməkdir.. Küləyə dedim nədir xoşbəxtlik? - dedi milyonlara öz nəfəsimi verməkdir.. Dənizə dedim nədir xoşbəxtlik? - dedi dalğalarımla əylənməkdir.. Çaya dedim nədir xoşbəxtlik? - dedi daşların başına sığal çəkməkdi.. Hamısı cavabsız qoymadı.. Sonunda bezdim.. Sizlər necə xoşbəxt olursunuz? Ürək dözməyib dilləndi.. ”Xoşbəxtlik kimlərəsə nələrisə verməkdir.. Xəsis olma.. Sən də ver nələrisə.. Mən sənə xobəxtliyi yaşadaram.. Amma bir şeyi unutma.. Heç vaxt nələrsə istəmə.. Hər zaman ver.. Yağış göz yaşlarını verib xoşbəxt olur.. Qarşılıq belə istəməyərək.. Külək öz nəfəsini verdi.. Günəş öz şüalarını verdi.. Dəniz dalğalarını darıxmağa qoymadı.. Çay daşların qayğısına qalıb öz nəvazışını verdi.. Sən nə verdin?.. Həmişə istədin.. Sən də sevgini ver..
Posted on: Fri, 26 Jul 2013 19:43:56 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015