Vitse-spiker Zahid Orucun namizədliyi haqda... Bahar Muradova : - TopicsExpress



          

Vitse-spiker Zahid Orucun namizədliyi haqda... Bahar Muradova : "Azərbaycan qanunvericiliyi hər bir kəsə öz namizədliyini irəli sürmək imkanı verir və Zahid Oruc da bu hüququndan yararlanaraq, öz namizədliyini irəli sürüb” “Əslinə qalsa mənim deputat həmkarım Zahid Orucun prezidentliyə namizədliyinə necə baxmağım, hesab edirəm ki, önəmli deyil. Əsas odur ki, Azərbaycan qanunvericiliyi hər bir kəsə öz namizədliyini irəli sürmək imkanı verir və Zahid Oruc da bu hüququndan yararlanaraq, öz namizədliyini irəli sürüb”. Bunu mətbuata açıqlamasında Milli Məclis (MM) sədrinin müavini Bahar Muradova dilə gətirib. Bu məsələyə çox normal yanaşdığını və onu anlayışla qarşıladığını qeyd edən vitse-spikerin sözlərinə görə, 9 oktyabr seçkilərində iştirak etmək üçün hazırda çoxsaylı namizdələr var və bunun özü Azərbaycandakı demokratik ab-havanın, azad, şəffaf seçki prosesinin mövcudluğunu göstərir ki, hətta, bu zaman kimlər üçünsə gözlənilməz olan addımlar da atılır: “Yəni, mən bunun özünü daha çox qiymətləndirməyin tərəfdarıyam, nəinki kiminsə namizədliyini irəli sürməsini ayrı-ayrılıqda dəyərləndirməyi. Bu proses var, bu prosesdə hər kəs iştirak edə bilər. Bu başqa məsələ ki, onu-Zahid Orucu vaxtı ilə təmsil etdiyi partiyada, siyasi qurumda necə dəyərləndiriblər, hər halda bunu onlar özləri bilərlər. Biz bu məsələyə qarışa bilmərik və hər kəsin seçiminə, qərarına da hörmətlə yanaşırıq. Amma şəxsən mənim üçün istər Zahid Oruc, istər parlamentdəki digər həmkarlarım, istər cəmiyyətdə olan başqa şəxslər, eləcə də müxalifət düşərgəsindən, lap elə radikal müxalifətdən düşərgəsindən namizədliklərini irəli sürən şəxslər olsun, fərqi yoxdur, onlar əgər bu seçimi, addımı qanunauyğun, bütün prosedurlara riayət etməklə, ədalətli bir şəkildə, necə deyərlər, heç kəsin haqqını tapdamadan, heç kəsin imkanlarını nə şişirtmədən, nə azaltmadan, yalnız öz imkanlarına istinad edərək, özünü sınamaq qərarını ortaya qoyursa, buna normal yanaşıram”.
Posted on: Sun, 01 Sep 2013 07:10:16 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015