Və nə vaxtsa kimisə yenidən sevsəm , onu - TopicsExpress



          

Və nə vaxtsa kimisə yenidən sevsəm , onu boş qısqanclıqlarım, mənasız bəhanələrim, yersiz müdaxilələrim ilə bezdirməyəcəm. Sevgi kiçik sərçə ilə müqayisə olunur həmişə. Köçəri quş deyil , dəqiq məkanı bəlli deyil. Amma ovuc içinə sığar, boş buraxsan tamamən onda uçub gedəcək , möhkəm tutub saxlasan öləcək. Sevdiyiniz insanlara sərbəstlik verin, lakin bunu sizdən uzaqlaşdıracaq qədər etməyin. Sizə nifrəti doğacaq qədər də küncə sıxışdırmayın. Qırmayın, incitməyin. İzn verin ki, yaşasın, sizi yaşatsın. Sizi sevəni sevin, boş xəyallar naminə ömrünüzü puç etməyin. Dəyməz, vallah. Billah dəyməz. Doya-doya, sevə-sevə yaşayın həyatı. Mənasını dərk edin, dərk etdirin. Bundan gözəl nə ola bilər?
Posted on: Thu, 20 Feb 2014 20:15:22 +0000

Trending Topics



-height:30px;"> CONT OF THE SECOND COMING OF CHRIST MATTHEW 24: 21-24 21)FOR
The seventh person voted off but the eighth person out of Survivor
Heres an easy and delicious quickie for a start to your fabulous
"It is not the critic who counts: not the man who points out how

Recently Viewed Topics




© 2015