Xacə [Nəsirəddin Tusi] ilə Fəxr Razinin peyğəmbərlərin - TopicsExpress



          

Xacə [Nəsirəddin Tusi] ilə Fəxr Razinin peyğəmbərlərin məsum olması mövzusunda fikir ayrılıqları Bölmə: MARAQ; Müəllif: Farid Abdullah; Baxış Sayı: 216; Tarix: 19-03-2013, 05:41; İslamın müxtəlif məzhəbləri arasında peyğəmbərlərin məsum olması ixtilaflı məsələdir. “Mötəzilə”, “Əşairə”, “İmamiyyə”, “Həşəviyyə xəvarici” və s. hər biri öz nəzəriyyəsinə uyğun olaraq fikirlər söyləmişlər. Burada yalnız Xacə və Fəxr Razinin nəzərini qeyd edəcəyik: Fəxr Raziyə görə peyğəmbərlərə peyğəmbərlik verildikdən (besətdən) sonra küfr və böyük günahlardan məsum olurlar. Xacə onun bu fikri ilə razı olsa da lakin məsumluğun keyfiyyəti məsələsində onunla fikir ayrılığına malikdir. Peyğəmbərlərin besətdən öncə də məsum olduğu qənaətindədir. İndi isə onların fikirlərini qeyd edirik: Fəxr Razi “Muhəssəl” [kitabında] deyir: “İslam ümməti yekdilliklə peyğəmbərlərin günahdan (küfrdən) məsum olduğu qənaətindədirlər. Ona görə ki, onlara tabe olmaq vacibdir. Bu barədə quranda qeyd edilmişdir: “Hidayət olmaq istəyirsinizsə peyğəmbərlərə tabe olun” (7.158). Əgər peyğəmbərlərə günah [etməyə] icazə verilsəydi bu ayəyə uyğun olaraq yenə də onlara tabe olmaq lazım idi. Halbuki günaha tabe olmaq olmaz. Bəziləri isə peyğəmbərlərin günah etmə izninin olmadığını lakin təqiyyə üzündən buna icazələrinin olduğunu bildirsələr də [bu fikir] doğru deyildir. Çünki onlar aşkar günah etsələr din hamı üçün qaranlıq qalar. Əgər onlara təqiyyə üzündən günah etməyə icazə verilsəydi o zaman [bu icazə] dinin insanlar tərəfindən inkar edildiyi və digər vaxtlarla müqayisədə qorxunun daha çox olduğu dinə dəvətin başlanğıcında ola bilərdi. Halbuki [belə] etmədiklərini görürük. Misal üçün Nəmrud dövründə İbrahim (ə) və Firon dövründə Musa (ə) ən çətin halda belə dəvətlərindən imtina etmədilər. Həşəviyyənin bəziləri belə güman edirlər ki, İslam peyğəmbəri besətdən öncə kafir olmuşdur. Çünki quranda deyilir: “Allah səni yolunu azmış ikən hidayət etdi (93.7)”. Digər ayədə isə buyurur: “Sən kitab və imanın nə olduğunu bilmirdin (42.52)”. Amma tədqiqat əhli yekdilliklə bu fikri rədd edir. Habelə bəzilərinin peyğəmbərlərin aşkar [formada] küfr və günah etmələrini qəbul etməyib lakin böyük günahlar etməsinin mümkün olduğu fikrini irəli sürməsi də düzgün deyildir. Bir neçə səbəbə görə: 1. Əgər peyğəmbərlər böyük günahlar edərlərsə ümmətin günahkarlarından da pis olacaqlar. Çünki peyğəmbərlərin dərəcə və rütbəsi ən yüksək həddədir. Allah onlara daha çox nemət vermişdir. Əgər günah edərlərsə günahları daha ağır və daha çirkin olardı. Necəki quranda peyğəmbərin xanımlarına xitabən deyilir: “Əgər sizdən biriniz aşkarda günah edərsə əzabınız da iki qat olacaqdır” (33.30). Məsələn daşqalaq və s... Elə buna görə də qulun hədd [cəzası] ummətdən birinin mövqeyi [ilə müqayisədə] daha pisdir (ağırdır). Peyğəmbərlərin mövqeyinin ummətdən biri ilə müqayisədə daha yaxşı olması isə icmadır (yekdilliklə hamı bu fikirdədir) 2. Əgər peyğəmbər (s) günah törədərsə onun şəhadəti (sözlərinin doğruluğu) qəbul edilməz. Çünki quranda deyilir: “Ey iman gətirən şəxslər əgər bir fasiq (günahkar) sizə xəbər gətirsə onu tədqiq edin və.. (49.6)” Amma peyğəmbərin şəhadəti qəbuldur. Belə olmasaydı öz ümmətinin ədalətlilərindən daha pis olacaqdı. [Bu isə] doğru deyil. 3. Əgər peyğəmbərin böyük günah etmək istəyində olduğunu fərz etsək gərək onun qarşısı alınmalı və ona əziyyət vermək mümkün olmalıdır. Halbuki peyğəmbərə əziyyət vermək haramdır. Çünki quranda deyilir. “Allah və rəsuluna əziyyət edənlərə Allah lənət etmişdir (33.7)”. 4. Peyğəmbərə tabe olmaq vacibdir. Çünki ayədə buyurulur: “Mənə tabe olun ki, Allah sizi sevsin (3.31)”. Əgər peyğəmbər günah edərsə bu ayəyə görə ona tabe olmaq lazımdır. Bilirik ki, günahda tabe olmaq haramdır. Bu zaman vacib ilə haramı eyni anda etmək lazım gələcək. Halbuki bu qeyri mümkündür. Amma peyğəmbərlərin kiçik günahlar etmək icazəsinin olub- olmaması məsələsi ixtilaflıdır. Lakin əksəriyyətinin fikrinə görə peyğəmbərlərin kiçik və ya böyük olmasından asılı olmayaraq günah etməsi doğru deyildir. Yalnız aşağıdakı üç formada mümkündür: a) Səhvən və ya unutduqda b) Tərki ovla (daha yaxşısını tərk etmək) məqsədi ilə c) Günahın (qadağan edilmişin) mübahla (izn verilmişlə) səhv salınması ilə Bəziləri məsumluğu imamlar və peyğəmbərlərin canişinlərinə də aid edib deyirlər: “Besətdən öncə peyğəmbərə günah etmək icazəsi verilmədiyi kimi imam da imam olmazdan öncə günah edə bilməz”. Buna görə də şeyxeynin (iki şeyxin- məqsəd birinci və ikinci xəlifə Əbubəkr və Ömərdir) imamətinə irad bildirirlər. Besətdən öncə peyğəmbərlərin böyük günah etməsinə icazə var, yoxsa yox? Əhli sünnətin əksəriyyətinə görə icazə vardır. Xacə Nəsirəddin Tusi məsumluq mövzusunda Fəxr Razinin bir sıra fikirləri ilə razılaşmır. O cümlədən “Fəxr Razi peyğəmbərlərin böyük günahlardan məsum olması haqqında ilk dəlilini belə qeyd etdi: Peyğəmbərlərin məqamı digər insanların məqamından yüksək olduğu üçün günahları da ağır [hesab] ediləcəkdir. Halbuki belə deyil və demək olar ki, peyğəmbələr günahın pis olduğunu bilir və daha çox [bu barədə] məlumatlıdırlar. Buna görə də əgər günah edərlərsə günahları daha ağır olacaqdır”. Digəri budur ki, muhəssinin (həyat yoldaşı olan kişinin zina etməsi ) cəzasının “daşqalaq” olmasının səbəbi zinaya ehtiyacı olmamasına görədir. Məqamı ali olduğu üçün deyil. Yenə də Fəxr Razi deyir ki, “peyğəmbərə itaət etmək vacıbdır. Əgər böyk günah edərsə ona tabe olmaq haramdır. Vacib ilə haram arasında cəm də (eyni anda həm vacib və həm də haram iş görmək) mümkün deyildir. Ona görə də peyğəmbər günah etməməlidir. Peyğəmbərlərin günaha mürtəkib olmaması haqqında bu izahat yalnız böyük [günaha] aid deyil bəlkə kiçik günahlara da şamil edilir. Habelə Fəxr Razinin dediyi “peyğəmbərlərin günaha mürtəkib olma səbəbi ola bilsin qadağan edilmişin icazə verilmiş ilə səhv salınması” fikri də doğru deyildir. Çünki belə olduqda qadağan olmuşlardan xəbərsiz olurlar. Halbuki peyğəmbərlərin hökmlərə cəhaləti olmur. Bundan əlavə peyğəmbərlərə tabe olmaq vacibdir. Necə ki Quran buyurur: Peyğəmbərlə mübarizə aparıb qeyri möminlərin yolunu tutan şəxsə [onun] sevdiyini verər və onu oda atarıq (4.115)”. Qadağan edilmişi icazə verilmiş ilə səhv salan insana necə tabe olmaq olar?. Qeyd etdiyimiz kimi Fəxr Razi peyğəmbərlərin səhvən günah etməsinə icazəsi olduğunu söyləsə də Xacə onu rədd edir. “Təcridul- kəlam” kitabında belə deyir: Əgər peyğəmbərlər səhvən günah edərlərsə daha onların əməli höccət (subut, dəlil) olmayacaqdır. Onlara tabe olmaq da vacib olmayacaqdır. Onların fərasət və ayıqlığı o həddə olmalıdır ki, aldanmasınlar və səhv etməsinlər. Yoxsa onlara tabe olmaq olmaz. Xacənin fikrincə peyğəmbərlərin böyük və kiçik günahlardan məsumluğu mütləq mənada qeyd edildiyi üçün həm də bu onların besətdən öncəki və sonrakı dövrübə də şamil edilir. Nəticə: Fəxr Razi peyğəmbərlərin böyük günahlar etməsinə icazə yoxdur mövzusu ətrafında bir sıra dəlillər söylədi. Yoxsa peyğəmbərə günahı qadağan etmək [mümkün olmalı], şəhadəti qəbul edilməməli və ya öz ümmətinin günahkarlarından da aşağı səviyyədə olmalıdır və ya... Bu ardıcıllıq doğru olmadığı üçün deməli peyğəmbərlər böyük günahlar etməzlər. Yalnız səhv üzündən. Tərk ovla məqsədi və ya qadağan edilmişlə icazə verilmişi səhv salmaq istinsa edilməklə. Xacə peyğəmbərlərin böyük günaha mürtəkib ola bilməməsi mövzusunda onun gətirdiyi dəlillərin bəzisini tənqid edərək digər dəlillər söylədi. O cümlədən buyurdu: Peyğəmbərlərin günah etməməsinin səbəbi günah haqqında kamil elmə malik olmalarıdır. Səhv üzündən və ya qadağan edilmişlə icazə verilmişi səhv salmaqla günah etməyi də qəbul etmir. İndi isə Xacənin nəzəriyyəsini dəstəkləmək istiqamətində iki məsələni qeyd edirik: 1. Xacənin peyğəmbərlərin səhv üzündən və ya qadağan edilmişlə icazə verilmişi səhv saldığına görə günah etməsi fikrini qəbul etməməsi doğrudur. Çünki səhv üzündən günah edən peyğəmbəri həmin günahdan çəkindirməyə icazə verilir. Necə ki, ümmətdən bir nəfər səhvən günah edərsə onları çəkindirmək vacibdir. Peyğəmbərə qadağa qoymaq onu incitəmk olduğu üçün Fəxr Razinin ifadəsinə görə icazə verilmir. Ona görə də peyğəmbər səhvən də günah etməməlidir. Xacənin bu nəzəriyyəsinin təsdiqi kimi Fəxr Razinin “Məalime usuliddin” kitabından stat gətiririk və deyir: “Peyğəmbərlərin günahı barədə qeyd edilən ayələri “tərk ovla” kimi izah etmək lazımdır. Əgər həqiqətən günah etdikləri isbat edilsə həmin günahın besətdən öncə baş verdiyini söyləmək lazımdır”. Müşahidə edildiyi kimi bu kitabda Fəxr Razi peyğəmbərlərin günah etməsini “tərki ovla” kimi izah etmişdir. Onların səhvən və ya dəyişik salaraq günah etməsini qəbul etməmişdir. Yoxsa bunu besətdən öncəyə aid etməzdi. 2. Fəxr Razinin peyəmbərlərin besətdən öncə böyük günah edə bilmə mümkünlüyü ifadəsi peyğəmbərlərin peyğəmbərlik hədəfi ilə düz gəlmir. Çünki peyğəmbərlər tərəfindən cəmiyyətin islahı o zaman mümkün olar ki, camaatın peyğəmbərə tabe olmağa meyli olsun. Necəki Allah quranda buyurur: “Ey peyğəmbər əgər sən bədxasiyyət və daşürək olsaydın insanlar ətrafından dağlışardılar” (3.159). Şübhəsiz ki, əgər peyğəmbərlərin keçmiş həyatında günahlar olsaydı camaatın onlara tabe olmaq meyli olmazdı. Bundan əlavə peyğəmbərlərin besətdən öncə günahsız olmalarının labüdlüyü həm də ona görə lazımdır ki, insanların onların dəvətlərini eşitməyə hazır olması üçün besətdən öncəki dövrdə onların bir sıra əlamət və işləri olmalıdır. Bununla da dəvətlərini aşkar edəndə insanlara onu qəbul etmək çətin gəlməsin. Məsələn həzrəti İsanın beşikdə danışması və İslam peyğəmbərinin dünyaya gəlməsi dövründə əshabi fil əhvalatı. Buna görə də besətdən öncə peyğəmbərlərin məsum olması qeyd etdiyimiz kimi zəruridir. İki İslam filosofu Xacə Nəsir Tusi və imam Fəxr Razi arasında ixtilaflı məsələlərin tədqiqi kitabından tərcümə
Posted on: Thu, 20 Jun 2013 11:42:59 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015