Xlamidiya infeksiyası – Sonsuzluğun və arzuolunmaz kişi və - TopicsExpress



          

Xlamidiya infeksiyası – Sonsuzluğun və arzuolunmaz kişi və qadın xəstəliklərinin səbəbkarı MЙ™qalЙ™ ЕџЙ™killЙ™ri: RAUFDOKTOR-ANDROLOQ.jpgMövzu ilə bağlı ekspertimiz tanınmış androloq-uroloq Rauf Rzayevdir R.Rzayev:”Əslində xlamidiya infeksiyasının özündən onun hiperdiaqnostikası çoxdur. Yəni bu infeksiyanın müayinəsi çox vaxt şişirdilir. Eyni zamanda bu infeksiya həqiqətən aşkar olunarsa onun orqanizmdə kök salıb xroniki xəstəliyə çevrilməsinə qətiyyən yol vermək olmaz. Fəsadları ağır ola bilər” saglamxeber saytının və qəzetimizin ailə təbabəti və cinsi problemlər üzrə aparıcı eksperti Rauf Rzayevin qənaətincə cinsi yolla keçən infeksiyalardan ən zərərlilərindən və qorxulu nəticə verənlərindən biri hesab olunan Xlamidioz(Xlamidiya) ciddi bir infeksiyadır və vaxtında müalicə olunmasa müxtəlif ağırlaşmalara gətirib çıxara və insanın sağlamlığında ciddi iz buraxa bilər. Kişilərdə xlamidiya uretritinin tez-tez rast gəlinən ağırlaşması xlamidiya prostatitidir. Xəstələr qasıqda, xayalıqda, oma sümüyndə ağrılardan şikayətlənir. Adətən səhərlər sidik-tənasül kanalından cüzi, selikli, yaxud duru ifrazat çıxır. Prostatit cinsi fəallığın aşağı düşməsinə və sonsuzluğa gətirir. Digər daha çox rast gəlinən ağırlaşma xayaların iltibahı – epididimitdir. O, çıx zaman qəfildən başlayır. Hərarət artır, xayalıq şiş olur, xayanın çıxıntısı böyüyür. Bəzən ağrılar qasıq borusuna yayılır. Xəstələrdə spermatozoidlərin əmələ gəlməsi pozula, sonsuzluq yarana bilər. Qadınlarda xlamidiya infeksiyası xlamidiya servisiti (uşaqlıq boynunun eroziyası), uretrit, salpinqooforit şəklində üzə çıxa bilər, uşaqlıq boruları, xayalıqlar prosesə çəkilir – qarının aşağısında və bel hissədə ağrılardan şikayətlər, uşaqlıq yolundan selikli-irinli ifrazat, mensturasiya arası dövrdə qanaxmalar meydana gəlir. Xlamidiya salpingiti (uşaqlıq çıxıntılarının iltibahı) xlamidiozun ən təhlükəli ağırlaşmalarından biridir ki, bu da uşaqlıq borularının keçilməzliyinə və nəticədə sonsuzluğa səbəb ola bilər. Xlamidiya pelvioperitoniti infeksiyanın daha bir ağırlaşmasıdır ki, bunun da müalicəsi çox vaxt uşaqlığın və uşaqlıq borularının götürülməsini nəzərədə tutur. Cinsiyyət orqanlarının xəstəliklərindən başqa xlamidiozun digər nəticələri də mümkündür: proktit (düz bağırsağım iltihabı), faringit (udlağın iltihabı), pielonefrit (böyrək xəstəliyi), artrit (oynaqların xəstəliyi), konyuktivit, bronxit, pnevmoniya. Xlamidioz uşaqlarda inkişa edə və simptomsuz formada keçə bilər. Hər şeydən çox nəfəs orqanları, qulaqlar, gözlər zədələnir. Məqalə şəkilləri: REPRODUKTIV.jpgİnfeksiyanın ən qorxulu ağırlaşmalarından biri Reyter sindromudur. Bu xəstəlik zamanı, sidik-tənasül yolundan başqa, gözlərin və oynaqların (adətən diz və baldırla pəncəni birləşdirən hissədə) selikli qişasının, eyni zamanda daxili orqanların (böyrəklər, ürək, mərkəzi sinir sistemi) da zədələnməsi ilə səciyyəvidir. Bəzən xəstəlik bir neçə ay davam edir. Çox zaman bu ağırlaşmanın nəticəsi xəstənin əlilliyi olur. Qeyd etmək lazımdır ki, xlamidioza təkrar yoluxma zamanı ağırlaşmaların meydana gəlməsi riski artır. Doktor Rauf Rzayev xlamidiyanın diaqnostikasından danışarkən bu infeksiyanın müayinəsində şişirdilmələrə yol verildiyini vurğulayır:“Əslində xlamidiyanın özündən onun hiperdiaqnostikası çoxdur. Bildiyiniz kimi adətən spesifik və qeyri-spesifik infeksiyalar mövcuddur. İlk öncə qeyd etməliyəm ki, xlamidiya, mikoplazma, ureoplazma spesifik infeksiyalar hesab olunur. Bu gün bir çox həkim həmkarlarımız İmmunoqlobulin C və M yoxlamaqla məşğuldurlar. Məsələn, Xlamidiya İmmunoqlobulin C, Xlamidiya İmmunoqlobulin M və sairə. Bu analizlərin cavabları bir sıra hallarda inandırıcı deyil. İmmunoqlobulin C nədir? Bu xroniki bir infeksiyaya orqanizmin verdiyi immun reaksiyasıdır. Bu hələ infeksiyanın olması deyil.Yəni başqa sözlə desək, bu infeksiya orqanizmə daxil oldu və orqanizm bu infeksiyaya cavab verdi. Əslində belə infeksiyalar PZR(Polimeraz Zəncirvari Reaksiyalar) diaqnostika ilə yoxlanmalıdır. Təqdirəlayiqdir ki, paytaxtımızda belə laborator analizlərin aparıldığı tibb müəssisələri artmaqdadır. Bilirsiniz qeyd etdiyim kimi xlamidiya, mikoplazma, ureoplazma yarı virus yarı bakteriyalardır. Onların qlafı yoxdur. Ancaq nüvəsi var. Bu infeksiyanın olub olmamasını biz PZR analizindən sonra deyə bilərik. Xlamidiyanın özünün klinik simptomları olmalıdır. Biz ona Reyter triadası deyirik: Uretrit, yəni sidiyə çıxarkən göynəmələr, cinsiyyət orqanından və yaxud da uretradan həfif hiss olunacaq dərəcədə ifrazat. Konyuktivit, yəni gözdə iltihab və artrit-oynaqlarda iltihabi proses. Xlamidiyanın klinikası bu deməkdir. Hərçənd bu kliniki əlamətləri biz nadir hallarda görə bilirik. Bəlkə də 100 xlamidiyalı xəstədən 1-də görünər. Bir sıra hallarda şişirdirlər ki, xəstədə xlamidiya var. Əslində yenə vurğulayım ki, orda xlamidiya yoxdur. Hazırda Avropanın bəzi inkişaf etmiş ölkələrində ureoplazma kimi infeksiyaları infeksiya saymırlar. Onları sapravit flora sayırlar.Yəni müalicəyə ehtiyac bilmirlər. Bir növ qardanella vaginalis kimi baxırlar ureoplazmaya. Ümumiyyətlə Avropada müalicə bəsitdir. Adətən biz nə vaxt xlamidiya, mikoplazma, ureoplazma tapırıq? Bəzən xəstə gəlib şikayət edir ki, doktor məndə sidikdə göynəmə var.Yaxud sonsuzluğu müayinə edərkən, səbəbləri araşdırmaq niyyətilə bu infeksiyaları yoxluyuruq. Sonsuzluq vaxtı xəstəni müayinə edəndə görürük ki, burda gizli formada xlamidiya və ya ureoplazma var. Yeri gəlmişkən sevindirici haldır ki, son vaxlar ailə qurmaq istəyən bir sıra gənclər gəlib müraciət edir ki, mən ailə qururam. İstəyirəm cinsi infeksiyalarımı yoxlatdırım. Əvvəllər belə hallar heç olmazdı.Və yaxud da aktiv cinsi həyat sürən bəzi gənclər 6 aydan bir gəlib analizlərini verib özünü yoxlatdırır. Bu kimi hallar müsbətə doğru bir addımdır. Hərçənd belə adamlar çox cüzi olur. Ümumiyyətlə isə söylədiyim infeksiyaları adətən biz sonsuzluğu müayinə edərkən tapırıq. Tutaq ki, xəstədə Xlamidiyanı İmmunoqlobulin C-də biz tapdıq.Və bu adamlara da kobud şəkildə ifadə etsək, bir torba antibiotik yazsaq ki, infeksiya ölsün bu doğru deyil.Çünki bu yolla biz həmin adamın spermatogenezini, immun sistemini korlamış olarıq. Disbakterioz yaratmış olarıq. Həm bakterial, həm də urenar disbakteriaoz yarada bilərik.Təəssüf ki, belə hallara həkimlər tərəfindən yol verilir. Bu şəkildə müalicə alan pasientin orqanizmi mikroba qarşı daha da kövrəkləşir, zəifləşir, həssas olur. Müalicəni PZR-lə infeksiya həqiqətən aşkar olunanda təyin etmək doğrudur. Əgər sizdə xlamidioz aşkar edilmişdirsə və müalicə olunursunuzsa, lakin parnyorunuz isə müalicə almırsa, siz asanlıqla təkrarən yoluxa bilərsiniz. Hətta əgər onun heç bir şikayəti və simptomları yoxdursa belə, siz xəstəlik barədə cinsi partnyorunuzu məlumatlandırmalı və onu müayinə və müalicə keçməyə razı salmalısınız. Axı xlamidoozun simptomsuz gedişi onun ağrılaşmalara gətirib çıxarma riskini azaltmır. Son dövrlərdə PZR-lə birlikdə Apgenital sistem adlanan müayinə metodu da çıxıb. Bu yeni metod İtaliya üsuludur. Biz burda mikoplazmanı, ureoplazmanı əkmə yolu ilə yoxlayırıq. Burda nəinki adını çəkdiyim infeksiyaları, həm də bağırsaq çöplərini, stofilokok, streptokok kimi bakteriyaları, mikrobları da tapırıq. Bu infeksiyaları, mikrobları tapmaqla yanaşı, həm də bunların antibiotikə həssaslığını tapırıq.Yəni müəyyən edirik ki, hansı antibiotik bunları məhv edir. İnfeksiyalar özlüyündə məlumdur ki, çox pis nəticələrə səbəb olur. Məsələn, Xlamidiya sonsuzluğa səbəb olur, kişilərdə prostatit, orxit yaradır. Erektil disfunksiyaya gətirib çıxarır. Xalamidiya qadınlarda endometrit, hətta uşaqlıq borularının bağlanmasına, qadın sonsuzluğuna gətirib çıxarır. İlk növbədə uşağa qalmaq bir problemə çevrilir, hamiləlik baş vermir.Yox əgər qadın hamilə qalarsa və əgər onda həqiqətən xlamidiya varsa, bu spontan abortlara, yəni uşaqsalmaya, erkən düşüklərə gətirib çıxarır.” Xlamidiyanın müalicə prinsipi barədə Rauf doktor bunları bildirdi: “Müalicəni düzgün seçmək lazımdır. Təbii ki, hər antibiotiki xlamidiyaya yazmaq mümkün deyil. Xlamidiyanın özünə təsir göstərən makrolit qruplu antibiotiklər, ftorxinolonlar təyin edilir. Burda həmçinin immunomodulyasiya məsələsinə diqqət yetirilməlidir. Bu infeksiyalar yarı infeksiya, yarı bakteriya olduğu üçün müalicə olunan pasientin immunitetinə ciddi yanaşmaq lazımdır. Xlamidiyalar immun sisteminə təsir edir və onu zəiflədir. Xlamidiozun hər bir konkret halında fərdi müalicə sxemi tərtib olunmalıdır ki, bu da xlamidiya infeksiyasının xarakterini, xlamidiyaların antibiotiklərə qarşı həssaslığını, müşayətedici infeksiyaların varlığını, xlamidiozun ağırlığını və sürəkliliyini, onun lokallaşmasını – infeksiyanın hansı orqanları zədələdiyini nəzərə alacaqdır. Bundan əlavə müalicədə enzim preparatlarından istifadə etmək hökmən lazımdır. Çünki enzim preparatları antibiotiklərin hüceyrə daxilinə keçməsini asanlaşdırır. Hüceyrə daxili immun sistemini artırır. Eyni zamanda hepatoprotektorlar, yəni qaraciyəri qoruyan preparatlardan istifadə etmək lazımdır. Çünki qaraciyər normaldırsa, immun sistemi də normal olacaq. Qaraciyər orqanizmin laboratoriyasıdır. Əgər xlamidiozun müalicəsinə dərhal başlanılarsa, hətta kəskin formada da olsa belə, onun müalicəsi adətən çətin olmur və bir qayda olaraq, tam sağalma ilə bitir. Əgər xlamidioz xronik formaya keçmişdirsə, yaxud daim təkrar qayldlrsa, bu formaların müalicəsi kifayət qədər mürəkkəbdir: xlamidiya standart müalicə metodlarına “immunitet” yaratmağa müvəffəq olur və xlamidiozların bu formalarının müalicəsinin uğurlu metodikasının işlənib hazırlanması üçün əlavə vaxt və maddi sərfiyyat tələb olunur. Xlamidiyaların müalicə kursunun başa çatdığından 20-25 gün sonra xlamidiyaya yoxlama analizlər həyata keçirilir. Xlamidiyaların təkrar üzə çıxarılması zamanı xlamidioza qarşı əlavə müalicə kursu tələb olunur. Mənfi analizlər zamanı növbəti yoxlama 2 ay ərzində ayda bir dəfə, qadınlarda – menstruasiyadan qabaq və ya menstruasiya zamanı keçirilir.” Yekun olaraq ekspertimiz bir daha xatırlatdı ki, xlamidiya ayrıca bir xəstəlikdir.Orqanizmdə qaldıqca oynaqların funksiyalarını pozur, görmə qabiliyyətini pisləşdirir və urogenital orqanları zədələyir(Vezikulit, prostatit, xaya iltihabı və sairə).
Posted on: Wed, 21 Aug 2013 19:00:01 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015