"Ya İbrahimbəyov, ya İbrahimbəyov" deyib həşir salan, üz - TopicsExpress



          

"Ya İbrahimbəyov, ya İbrahimbəyov" deyib həşir salan, üz cırıb, saç yolub, başına tuman keçirən, zəhləmizi tökən əmilər, xalalar, dayılar, bibilər və onların zurnaçıları, axşamınız xeyir olsun. Necəsiniz? Səsiniz gəlmir eee nəsə. Feysbuk "qəhrəmanları", virtual aləmin "avtoritetləri", "ideoloqları" susblar. Ay lotular, bax busunuz. Sizə Allah ona görə fürsət vermir, şans tanımır ki, burnunuzun ucundan o tərəfi görə bilmirsiniz. 20 il, 10 il, 5 il, 2 il bir yana, 2 ay sonranı proqnozlaşdıra bilməyəcək qədər fərsizniz, fəhmsizniz. Bir qoca kişi gəlib sizi fırlatdı, məzələndi, axırda çəkildi kənara. Üstəlik hər şeyin məsuliyyətini yüklədi üstünüzə. Sizi aşağıladı, sizə savadsız, ağılsız, qanundan anlamayan dedi. İndi verin də cavabını Rüstəm müəllimin. Niyə cınqırınız çıxmır? Dilinizimi uddunuz, lan?! Sizə - bu ağlın sahiblərinə ölkənin taleyini, millətin qədərini etibar etməkmi olar?! Əsla! Hər şeyi bir neçə ayın içində bərbad edərsiniz. Siyavuş qədər ağlınız yoxdu. Amma dillənəndə yekə-yekə danışırsınız. Sizdən ağıllılara, sizdən səlis düşünüb zamanında düşərgəni biabırçılıqdan xilas etmək istəyənlərə çamur atırsınız. Çünki gerizəkalısınız, o ağılı insanların məntiqini anlamağa zəkanız yetmir. Axırda da ağzınızın payını verirlər. Necə ki bunu indilikdə Rüstəm İbrahimbəyov elədi. İndi ağzınızın qıraq-bucağını silə-silə o mənasız və ağılsızlıq yağan gözlərinizi zilləyin Rüstəm kişinin arxasına. İbrahimbəyovu başımıza çıaranlar, "ya o, ya heç kim" deyib həşir qoparanlar çıxsın hesab versinlər, izahat versinlər, ya da üzləri qalıbsa üzr istəsinlər insanlardan, ittiham etdikləri bizlərdən. Millətin, müxalifətçilərin 2013 şansını məhv edən macəraçı siyasətbazlardan, mətbuavtoşlardan, yalançı nikbinlərdən, özünü hamıdan ağıllı göstərməyə çalışan bəzi köşə yazarlarından izahat gözləyirəm. İbrahimbəyovun son müsahibəsinin izahını versinlər. Onu ağına-bozuna baxmadan müdafiə edib başa çıxaranlar başlarını dik tutub millətə bunun hesabını necə verəcəklər, çox maraqlıdır. Görürsünüzmü, siyasət pafos deyil, hay-küy deyil, qaragüruh deyil, qara piar deyil, çamur vedrəsi gəzdirmək heç deyil. Siyasət böyük ağıl, güclü məntiq, geniş ürek, iti zəka, yeri gələndə intuisiya tələb edən ciddi peşədir. Və bir də doğru vaxtda doğru qərarlar verməyi bacarmaq qabiliyyəti, istedadıdır. Siyasətçi ümçün sahiblənməli olduğu şeylərdən biri də aydın, şəffaf, ləkəsiz siyasi keçmiş, tərtəmiz bioqrafiyadır. Keçmişi qara ləkələrlə zəngin olan bir dəstəbaşının, siyasi təriqət rəhbərinin milləti ağ günə çıxarmaq iddiasına düşməsinin axırı bu cür biabırçılıqla yekunlaşır. (c) Azer Ayxan
Posted on: Sat, 14 Sep 2013 21:17:10 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015