Yaxşı, masonların nağıl olduğunu dedim, hamı elə reaksiya - TopicsExpress



          

Yaxşı, masonların nağıl olduğunu dedim, hamı elə reaksiya verdi elə bil mən onların dini inanclarına təhqir etdim. Mənə sadəcə maraqlıydı həqiqətənmi bu mövzuya belə böyük maraq var. O halda izin verin tam fikrimi yazım bu mövzu barəsində. Masonları qarşılayın. ____________________ Qərib Səfərov. Mason və azərbaycanlılar. Dünya əhalisinin inkişaf etmiş bölgələrində (afrika qəbilələri və s. çıxırıq) əhalinin 80 faizi bu "gizli təşkilat" haqqında bilir. Onlar o qədər gizlidir ki, mən İsmayıllıda olarkən orada bir çoban belə mənə onlar haqqında danışmağa başladı. İnsanlar hər biri kliplərdə mason işarələri gördüklərini deyirlər və heç kəs özünə soruşmur "Əgər o artist masondursa, və masonlar gizli təşkilatdırsa, niyə bilərəkdən klipdə mason işarələrin qoyurlar?". Siz o sualı özünüzə verməsəniz belə, mən cavabını verəcəm : çünki o mason işarəsi orada olsa, camaatın marağı artacaq. Masonlar təxribat nəzəriyyəsindən axan bir fikirdi. Təxribat nəzəriyyəsi bir qrup dünyanı idarə edə biləcək qüvvəyə malk olan insanın öz şəxsi məqsədlərinə çatmaları üçün birləşib dünyanı idarə edən bir qurum yatardıqlarını deyir. Və təxribat nəzəriyyəsi çox geniş nəzəriyyədir. Onun daxilində hələ daha da marağlı olan "İstehsalatçıların təxribatı", "Kompyuterçilərin təxribatı" və mənim çox sevdiyim "Neft magnatlarının təxribatı". Təxribat nəzəriyyəsinin bu qolları olduqca realdı. Amma onlar real olduğuna görə heç kəs onlaramaraq göstərmir. Ən maraqlı olan mistik və həqiqətdə mövcud olmayanıdırı, masonların təxribatı. İstənilən halda, masonlar haqqında olan hər bir məlumat və ya verliş, əsil dokumental bilik verlişinə bənzəmir. Hər biri sırf maraqlı bir film üslubunda çəkilib. Daha aydın desək, masonlar ən klassik hollywood ssenarisinə uyğun izzahı var. Onların fəaliyətini elə təsvir edirlər ki, bu insanların marağını cəlb edəcək bir iti syujet xətti kimi qarşımıza çıxır. Mən 2-3 dəfə baxmışam belə verlişlərə. Və hər birində masonların fəaliyətini amerikan filmlərindəki mənfi personajlar kimi görmüşəm. Dr. Doom kimi sanki hər biri dünyəvi qüvvəyə can atır. Bu bir göstəricidir ki, Masonlar mifi həqiqətən insanların təfəkkürün bir məhsuludur, biz onları öz beynimizdə təsvir elədiyimiz кино-злодей kimi yaratmışıq ki, onlara qarşı nifrət və intriqa hissi ilə həzz alaq. Dəvamı, masonlar mənim fikrimcə MEDİA dünyasının yaratdığı ən böyük nağıldı. Bəli, sırf media dünyasının. Sizin xəbəriniz varmı, istənilən "O klipdə mason işarəsi" var deyilən videokliplər birdən birə reytinqi yenidən göylərə qalxır? Bu inanılmaz dərəcədə güclü bir piar kampaniyası kimi işə düşür. Çirkli piar belə deyə bilərsiniz. Misal üçün, sizin yadınızdamı çoxdan itib batmış H.O.S.T rap qrupunun "Reinkarnasiya" adlı konserti? Konsertdə mən özüm də olmuşam. Orada mən girən kimi stolun üstünə qoyulmuş keçi başı və H.O.S.T-un qəbirdən çıxması haqqında sonradan internetdə yüzlərlə yozulma şayə gəzəcək. Elə də oldu, növbəti 2-3 həftə bütün internetdə H.O.S.T-un mason olması, satanist qüvvələrdən istifadə etməsi və mason təşkilatının köməyi olması haqqında yazılar, bloglar və məqalələr varıydı. H.O.S.T-un ətrafında olan maraq yenə qaynayırdı, böyük bir marağa səbəb olmuşdular yenidən. Bu sadəcə sizə yaxın olan bir nümunə idi. Nümunələr əslində yüzlərlədi. Rihannanın klipində "Illuminati" sözündən tutmuş Eminemin albomunda üçbucaq formasına qədər. Bütün bu tip işarələr insanlarda paranoik marağa səbəb olur. Çünki Mason mifi o qədər populyarlaşıb ki, onlar haqqında olan istənilən işarə millətin ona tərəf baxmasına səbəb olur. Nəticə? MADDİ GƏLİR! Gəlin biraz dibə baxaq. Mason ideyası həmçinin paranoyaya çevrilməsində göstərici ondadır ki, biz onu sadəcə mənfi personaj kimi yox, həmçinin sevdiyimiz əsərlərin onlara qarşı olmasına da inanırıq. Vaxtilə məhşur olan "Kurtlar Vadisi" serialı (hansını ki, mən heç vaxt sevməmişəm) o vaxtı ikinci çox maraqlı auditoriyaya sahib çıxdı. Millət orada mason sirlərinin olduğunu deyirdi. Mən məktəbə gəlirdim və mənə deyirdilər ki, filan seriyada masonlar tənqid olunub, masonların sirrini çatdırıblar və s. Mən o vaxtı gülərək yerdə sürünəcəkdim bəlkə də (sadəcə mədəniyyət xətrinə göstərmirdim bunu). Bu deməkdi ki, biz hər şeyi daha maraqlı görmək istəyirik. Reallıq olduqca darıxdırıcı ola bilər, amma mistika əyləncəlidir. Mistika ləzzət edir. Mistikaya inananda həyat daha maraqlı, sirli və intriqalı hiss olunur. Bizim əsas mistikamız masonlardı. Ona görə Kurtlar Vadisinə də onları soxduq ki biraz mistika qataq sevilən seriyala və onu daha da rəngarəng edək. Yenə də, Kurtlar Vadisi bir nümünədi. Nümünələr isə çoxdu. Həmçinin hər musiqiçi (xüsusən türk reperlərində müşahidə olunur) bu mövzuya əl atır. Masonların tənqidi, bu çox uğurlu atdım olur. Türk reperləri masonlar haqqında mövzu yazarkən, bu track qulaqdan-qulağa keçməyə məhkum olur. Hamı başlayır bu trackda fəlsəfə və dərin məna axtarmağa. Halbuki, bu sadəcə məhşur inancdan gəlirlə istifadə eləmək üçün atılmış addım olur. Gördüyünüz qədər, masonlar həqiqətən çox gəlirli bir mifdi. Mason söhbəti olan hər layihə ətrafında ikinci kütlə yığışır. O ki qaldı, "Amerikanı kim idarə edir?" "İsrail kimin əlindədi?" sualına cavab. Amerikanı amerikan höküməti və ən üstün oliqarxlar idarə edir. Həmçinin nəhəng korporasiyalar. O korporasiyalar, hökümət və oliqarxların məqsədi isə təkcə bir dənədi, daha çox pul eləmək. Dünya bazarını tam ələ almaq və bunla da daha çox pul çıxartmaq. İsraili kim idarə edir? İsrail höküməti. Onun həm üzdə olan, həmdə gizli olan üzvləri. Hökümət deyərkən isə yalnız siz düşündüyünüz prezidentlər, nazirlər və s. nəzərdə tutulmur. Əlbətdə ki, üstdə oturan gizli adamlar da var, lakin yenə də, onlar da hökümətin bir hissəsidi. Dibə getsək, həm sizin hər mason söhbətinə daxil etdiyiniz Amerikanında, İsrailin də gizli işləri və zibilləri var. Bu əslində hər hökümətdə var. Öz sirləri var, gizli addımları və bəzi gizli keçirdikləri siyasətləri var. Siz isə hələ də mason axtarışındasız. Bu əslində hər kəsin fikrini özünə çəkən bir tamaşadı. Həqiqi hadisələr və real planlar rahat həll olunur, insanların isə fikri məhşur ulduzların videolarında və şəkillərində mason işarələri axtarmağa sərf olunur. Hər nəysə. Onsuzda çoxunuz bu paranoyanı o qədər sevirsiz ki, bu masonlar haqqında nağılları o qədər sevirsiz ki, onların mövcud olmamasına inanmaq sizə maraqsız gələcək. Ona görə mən sadəcə analizlərimi yazdım. Təşəkkürlər.
Posted on: Sun, 11 Aug 2013 10:50:22 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015