Yoxlugunun salığına Userimiz ,"Nunu Cebiyeva" tərəfindən - TopicsExpress



          

Yoxlugunun salığına Userimiz ,"Nunu Cebiyeva" tərəfindən göndərilib.İnanıram bəyənəcəksiniz Növbəti bir şeirimə xoş gəlmisən sevgilim.Məndə elə indi qədəh qaldırdım yoxluğunun salığına.Bir az çox icmişəm bu gün,sətirlərim səliqəsizdi amma sən onlara fikir vermə.Mən onları elə ürəkdən yazıramki dünyanın ən dəli şairləri görsə mat qalar amma sən “Şah” qalarsan.Elə bir usyan qaldırdın ki,qəlbimdə bütün hakimiyyəti aldın əlimdən və buna görə “minnətdaram” deyəcək yeganə hökmdaram mən.Mən sənin əsirin,sənsə mənim əsərimsən.Kecən ay səni gördüm mərkəzdə,yanımdan düz kecdin.Məndə bir qəribə oldum nəsə,deyəsən salam vermək istəyirdim.Çoxdandı gəlmirdin şeirlərimə yaman narahat qalmışdım.Amma sən hecnədən qorxma,hətta gözündən axan bir damla yaşa görə başsız qoyaram bütün atlıları bu şəhərdə. Ürək döyüntülərim də səndən inciyib,çoxdan onları dinləmirsən deyə.Narahat olma,mən sənin öldüyünü onlara başa salmağa çalışaram hər dəfə,amma başa düşmək istəmirlər. “ Bu qədər şeirin baş qəhrəmanı ölə bilməz” deyilər.Mənsə başa salmağa çalışıramki,mənim üçün ölmək və getmək eyni şeydi, mənim üçün “söz verirəm” deyib,sözündən dönməklə ölmək eyni şeydi.Başa salıramki,o mənim şeirlərimdə ki qara saclı qız deyil,sən o deyilsən,sən o ola bilməzsən. Müəllif :Crazies Union- Spx
Posted on: Fri, 16 Aug 2013 08:34:16 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015