Zamiq Zerdabiden gozel seir Kaş olaydım mən o gülün - TopicsExpress



          

Zamiq Zerdabiden gozel seir Kaş olaydım mən o gülün yerinə! Gözəl yarım əlindəki gül nədir, Sənmi ona, ya o sənə aşiqdir? Nəvazışın ürəyimi göynədir, Mənmi, yoxsa o gül buna layiqdir? Sən ki, güldən, çiçəkdən də qəşəngsən Neyləyirsən bu gül nəyə gərəkdir. Sən ki, özün tapılmayan çiçəksən, Tikanın da, gülüm, mənə gərəkdir... Əlində gül nə xəyala dalmısan, Fikrin nə çox uzaqlara gedibdir... Bəlkə, gözəl, məni yada salmısan, Kaş biləydim fikrin hara gedibdir... Mən yanıram, eşq odunda bişirəm, Bu məhəbbət sənə gərək deyilmi? Baxışımla dağları da deşərəm, Sinəndəki daşmı, ürək deyilmi? Hey baxıram, odlanıram açığı, Kaş olaydım mən o gülün yerinə! At o gülü qısqanıram açığı, Tut əlimi sən o gülün yerinə! #DrTX
Posted on: Wed, 14 Aug 2013 06:37:43 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015