Zengilan: İşğal olunmuşdur – 1993-cü il (29-nan 30-na - TopicsExpress



          

Zengilan: İşğal olunmuşdur – 1993-cü il (29-nan 30-na kecen gece) oktyabr Ərazisi – 707 km2 Əhalinin sayı – 35500 Şəhid olmuşdur – 191 Əlil olmuşdur – 110 Milli qəhrəmanlar – 2 Erməni işğalçıları tərəfindən dağıdılmış, Yandırılmış və talan olunmuşdur: • Mədəni-məişət obyekti 138 • Qəsəbə və kənd 81 • Tarixi abidə 13 Zəngilan rayonu – Azərbaycanda inzibati rayon. 1930-cu ildə təşkil edilmişdir. Rayon şm-qərbdən Ermənistan, C. və C.-q.-dən İranla həmsərhəddir. Sahəsi 707 km2. Əhalisi – 35 minə yaxındır. Mərkəzi Zəngilan şəhəridir. Rayonda 1 şəhər, 1 şəhər tipli qəsəbə, 83 kənd və qəsəbə var. Təbiəti. Rayonun ərazisi orta və alçaq dağlıq sahədə yerləşir. Mürəkkəb və parçalanmış səth quruluşuna malikdir. Şm.-q.-dən əraziyə daxil olan Bərgüşad silsiləsi (Süsən dağı, 1304 m) alçalaraq Bazarçayla Oxçu çayı arasında Ağoyuq maili düzünü (hündürlüyü 400-600 m) əmələ gətirir. Şm.-ş.də Qarabağ silsiləsinin Araz və Həkəri çaylarına tərəf açılan yamacları təpəli Gəyan (Geyan) çölünə keçir. Qərbdə Mehri (Mehri-Güney) silsiləsinin ş. kənarı (Bartaz dağı, 2270 m) yerləşir. Yura, Tabaşir və Neogen çöküntüləri yayılmışdır. Faydalı qazıntıları: tikinti daşı, əhəng xammalı, susuzlaşdırılmış soda istehsalı üçün əhəngdaşı. Ərazinin çox yerində qışı quraq keçən mülayim isti iqlim hakimdir. Orta temperatur yanvarda 1°C, İyulda 25.3°C-dir. İllik yağıntı 400-500 mm. Çayları (Həkəri, Oxçu və s.) rayonun c. və ş. sərhədindən axan Araz hövzəsinə aiddir. Düzən və dağ ətəyi sahədə dağ-şabalıdı, dağ boz-qəhvəyi, dağlıq sahədə qəhvəyi dağ-meşə, çay dərələrində çimli-çəmən torpaqları yayılmışdır. Bitki örtüyündə çöl formasiyası geniş yer tutur. Quru çöl, dağ kserofil bitkiləri, kolluqlar, dağlıq hissədə enli yarpaqlı meşələr (palıd, vələs və s.). Bəsitçayın dərəsində nadir çinar meşəsi (Bəsitçay qoruğu) var. Heyvanları: cüyür, çöldonuzu, ayı, tülkü və s. var. Əhali. Orta sıxlıq 1 km2-də 40 nəfərdir (1979). İri yaşayış məntəqələri Zəngilan şəhəri, şəhər tipli Mincivan qəsəbəsidir. Təsərrüfat. Rayonun əsas təsərrüfatı üzümçülük, tütünçülük, heyvandarlıq və taxılçılıqdır. Rayonda 5 kolxoz, 9 sovxoz var idi(1979). Kənd təsərrüfatına yararlı torpaqları 33.0 min ha-dır (1978). Bunun 6.3 min ha-ı şum yeri, 4.4 min ha-ı çoxillik bitkilər, 2.7 min ha-ı dincə qoyulmuş torpaqar, 0.3 min ha-ı biçənəklər, 19.3 min ha-ı otlaqlardır. Suvarılan torpaqlar 3.9 min ha-dır.5.4 min ha əkin sah.-ni n 46%-ində dənli və dənli paxlalı (əsasən buğda, arpa), 7%-ində texniki (tütün), 2%-ində tərəvəz-bostan bitkiləri və kartof, 45%-ində isə yem bitkiləri əkilirdi(1978). Tütünçülük və üzümçülük inkişaf etdirilirdi Rayonda şərabçılıq sənayesi istehsalat-aqrar birliyi yaradılmışdır. Kolxoz və sovxozlarda 9.9 min-ha üzümlük var idi. 1979 ildə 0.8 min t tütün, 6.6 min t üzüm istehsal edilmişdir. Kolxoz və sovxozlarda 7.3 min qaramal (o cümlədən 1.7 min inək və camış), 21,2 min davar var idi. (1979). Baramaçılıqlı məşğul olunurdu. Rayonda sovxoz-istehsalat birliyi, Respublika dövlət Kənd təsərrüfatı İstehsal-texniki Təminat komitəsinin şöbəsi var idi. Meşə təsərrüfatı yaradılmışdır. Rayonun ərazisində Bakı-Yerevan dəmir yolu (Mincivan-Qafan qolu ayrılır), İmişli-Laçın magistral şose yolu keçir.
Posted on: Tue, 29 Oct 2013 17:23:09 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015