burcler bu ay ne ved edirler? Qoç Qoçlar bu ay yüksək - TopicsExpress



          

burcler bu ay ne ved edirler? Qoç Qoçlar bu ay yüksək əhvalda olacaq. Boş yerə əsəbiləşməyəcək, bütün problemləri asanlıqla həll edə biləcəklər. Optimist auranız sizin əhvalınıza gözəl təsir edəcək. Məhəbbət- Bu ay sizin üçün uzun sürəcək və ulduzlar sizə romantik münasibət vəd edir. Gəlir- Professionallığınızı artırmaq üçün gözəl şanslarınız olacaq, peşənizi dəyişmək fürsəti yaranacaq. Buğa 2013-cü ilin noyabrı bu bürcün nümayəndələri üçün yaradıcı ab-havada keçəcək. Ola bilsin ki, baş vermişləri düşünmək, analiz etmək ehtiyacı yaransın. Məhəbbət- Noyabr ayı sizə romantik heç nə vəd etmir. Gəlir- Maddi cəhətdən ayın sonu problemləriniz olsa da, yeni ayda bu düzələcək. Əkizlər Ulduzlar Əkizlərə ilin on birinci ayında müəyyən davranış qaydası seçməyi və daima ona riayət etməyi məsləhət görürlər. Əks halda ətrafınızdakılar sizin qeyri-ciddi insan olduğunuzu düşünəcək. Məhəbbət- Hər şeyin pozitiv notlarda getməsi sizi ayrılığa gətirə bilər. Gəlir- Gəliriniz artmayacaq, azalmayacaq da, maddi vəziyyətiniz stabil olaraq qalacaq. Xərçəng Bu ay ehtiyatlı olun. Sizin şübhələriniz hər kəsi narahat edəcək. Yaxşı olar ki, ayı hər kəsdən uzaq və problemsiz başa vurasınız. Əbəs yerə əsəbiləşməyin. Məhəbbət- Təşəbbüskar olmağınıza ehtiyac qalmayacaq, arzulanan eşq öz-özünə yaranacaq. Gəlir- Ulduzlar kollektiv əməkdaşlıq tələb edən layihələrdə işləməyinizi tövsiyə edir. Şir Şirlər onları narahat edən hər bir şeyin öhdəsindən asanlıqla gələcəklər. Minimum güc sərf etməklə maksimum nəticə əldə etmək şansınız var. Hər şey yağ kimi getsə, ulduzlar sizə istirahət etməyi məsləhət görür. Məhəbbət- Bürcün tənha nümayəndələri şübhəli münasibətlərdən qaçmalıdırlar. Gəlir- Ulduzlar uğurlu işbirliyi vəd edirlər. Əməyiniz səxavətlə qiymətləndiriləcək. Qız Qızlar noyabrda nəyin onlar üçün vacib olduğunu və nəyin çatışmadığını hiss edə bilməyəcək. Qərarsızlıqdansa gövəndiyiniz insanlardan məsləhət almağınız daha məqsədəuyğundur. Məhəbbət- Ciddi heç nə gözlənilmir. Axı siz özünüz də buna hazır deyilsiniz. Gəlir- İş həyatınız sizdən əzm tələb edəcək. Çalışın ki, qərarsızlığınız işə təsir etməsin. Tərəzi Tərəzilər üçün noyabrda ciddi dəyişiklik olmayacaq. Bu mərhələdə baş verənlər gözlənilən olduğundan sizi təəccübləndirməyəcək. Buna görə də mənfi və ya müsbət sürprizlər gözləməyin. Məhəbbət- Sevdiyiniz insanla rəftarda diqqətli olun, düzgün anlaşılmaya bilərsiniz. Gəlir- İşdə mehriban olun, kolleqalarınızın məsləhətinə ehtiyacınız olacaq. Əqrəb Bu ay sözün hər mənasında Əqrəblərindir. Bürcün nümayəndələri noyabr ayında təsir güclərini genişləndirəcəklər. Hər şey tez və nisbətən asan başa gələcək. Ulduzlar məsləhət görür ki, yeni zirvələri fəth etdikcə, əlinizdə olanları da qorumağı bacarın. Məhəbbət- Ciddi qərar qəbul etməniz gərəkəcək. Çoxdan görüşdüyünüz biri varsa, ulduzlar münasibətləri ciddiləşdirmək üçün uyğun zaman olduğunu göstərir. Gəlir- İş həyatınız ən uğurlu dönəmini yaşayacaq. Uğurlu iş səyahəti də gözlənilir. Oxatan Oxatanlar noyabrda onlar üçün yolverilməz olan bəzi problemləri qəbul edəcəklər. Həyatınızın hər mərhələsində istəmədiyiniz bir çox şeyi etməli olacaqsınız. Məhəbbət- Romantik münasibətlər üçün ayın əvvəli daha uğurludur. Gəlir- Karyeranızın irəliləyişi gözlənilmir. Gəlirləriniz stabil olaraq qalacaq. Oğlaq Siz üzərinizə yerinə yetirə bilməyəcəyiniz qədər məsuliyyət götürəcəksiniz. Fiziki yorğunluğunuz isə sizi uğursuz nəticəyə gətirib çıxara bilər. Odur ki, ehtiyatlı olun. Məhəbbət- Güzəştə getsəniz, əks tərəfdən də eyni münasibəti görəcəksiniz. Gəlir- Məqsədiniz uğrunda mübarizə aparmaq üçün ən yaxşı vaxtdır. Belə olsanız gəliriniz də artacaq. Dolça Bu ay bir qədər məsuliyyətsiz olacaqsınız. Əvvəllər kimlər üçünsə və ya nələr üçünsə narahat olurdunuzsa, indi tamamilə əksinə olacaq. Yaxşı olar ki, öz məsuliyyətinizi yaxınlarınızın üstünə atmayın. Məhəbbət- Əgər problem yaratmasanız, münasibətlərdə hər şey yolunda olacaq. Gəlir- Professional həyatınızla əlaqədar çalışın qərarları özünüz verəsiniz. Balıq Noyabrda ulduzlar sizə istirahət etməyi məsləhət görür. Əgər mümkün olsa, yaxınınızı da götürüb heç bir zaman olmadığınız yerlərə səyahət edin. Yeni mühit sizi sakitləşdirəcək və bu, uğurlu ay olacaq. Məhəbbət- Köhnə sevgilinizlə görüşəcəksiniz, amma ürəkaçmaz xatirələr yenidən sevgi yaşamanıza mane ola bilər. Gəlir- Çox vacib bir layihəni işləməyə başlayacaqsınız. .juli.
Posted on: Fri, 01 Nov 2013 14:17:31 +0000

Recently Viewed Topics




© 2015