gelsen axira kimi oxu bu gün yenə milyonlarla insan, - TopicsExpress



          

gelsen axira kimi oxu bu gün yenə milyonlarla insan, avtobusda oturarkən ya da avtomobillərin şüşəsindən baxarkən tək bir insanı xəyal etdi...nə edəcəklərini düşündülər..nə etməli olduqlarını. Bu gün həbsdəki insanlar, təqvimdəki bir günün də üstündən xətt çəkdi..kimilərinin doymadığı günə onlar bitdiyi üçün şükr etdi.. bu gün yenə bəlkə on minlərlə insan, bəzilərini unutmaq üçün sevmədikləri insanları öpdü. özündən utandı bir neçəsi, bir neçəsi də zövq aldı. bu gün bəziləri dükanda pul qazanmaq üçün müştəri gözlədi.. bəziləri evə bir çörək almaq üçün, saatlarını fəda etdi. hətta bu gün bəziləri aşiq olduğu kişini gözləri dola dola aldatdı,bəziləri sevdiyi qadını.. bu gün bəziləri aşiq oldu. bəziləri dürüstlük edib nələrisə etiraf etdi..sevdiklərini itirdi buna görə..bəziləri isə geri qazandı.. bəziləri bu gün heç bir kəlimə də demədi. susdu..bəziləri sözlərinin bir qəpiyə dəymədiyini,bəziləri isə çox dəyərli olduğunu düşündü,deməyə qıymadığı üçün susdu.. bəziləri bu gün sevgilisi ilə gününü keçirdi..həyatının unudulmaz anını yaşadı.. evə qayıdanda isə özünü heçnə olmamış kimi apardı, hətta bir iki saniyə özündən utandı. bu gün mən sənin üçün heç darıxmadım. bu gün bəziləri səni soruşduğunda "xahiş edirəm onu soruşmayın" dedim. sonra onlar təkrar soruşdu. əsəbiləşdim və dalaşdım. Bir dostumla sırf səni xatırladan bir mahnını dinlədiyi üçün mübahisə etdik. bəs sən? sən nə etdin, bu gün?..bilmirəm... həyat çox çətindi..çox qarışıqdı.. səni də görmürəm,səsini eşitmirəm uzun müddətdir.. nə olacaq bunların axırı,bilmirəm....
Posted on: Mon, 29 Jul 2013 05:32:57 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015