Çoooox maraqlıdır.. Oxumağa dəyər... On yaşlı bir uşaq - TopicsExpress



          

Çoooox maraqlıdır.. Oxumağa dəyər... On yaşlı bir uşaq kafeyə daxil olur və sakitcə bir masanın arxasında əyləşir. Bunu görən ofisiant qız ona yaxınlaşır. Balaca oğlan soruşur: - Fındıqlı, şokoladlı dondurmanın qiyməti neçəyədir? Ofisiant qız cavab verir: - 50 sent. Oğlan əllərini cibindən çıxardı və qəpiklərini saymağa başladı. - Bəs heçnəsiz, sadə dondurma neçəyədir? Bir çox müştəri masa arxasında ofisiant qızı gözlədiyindən o əsəbi şəkildə qısa cavab verdi: - 25 sent! Balaca uşaq yenidən pullarını saydı və dedi: - Sadə dondurma istəyirəm. Ofisiant sifarişi gətirdikdə onu hirslə masanın üzərinə çırpdı və tələsik getdi. Uşaq dondurmasını yeyib bitirdikdə kassaya pulu ödədi və gəldiyi kimi də sakitcə çıxıb getdi. Ofisiant qız masanın üzərini yığışdırmağa gəldikdə təəccübdən donub qaldı. O boş dondurma qabının yanında onun üçün səliqə ilə qoyulmuş 25 sent bəxşişi gördü. PS. Bir insanın davranışını sona qədər müşahidə etmədən onun haqqında bir nəticəyə gəlməyin. #NIhat
Posted on: Tue, 15 Oct 2013 10:16:38 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015