ÜRƏK ÇATIŞMAZLIĞI Ptoloji vəziyyət olub,ürəyin nasos - TopicsExpress



          

ÜRƏK ÇATIŞMAZLIĞI Ptoloji vəziyyət olub,ürəyin nasos funksiyasının zəifləməsi nəsticəsində orqanizmin qana olan ehtiyacını ödəyəcək qədər qan nasoslaya bilməməsi ürək çatışmazlığı adlanır. Etiologiyası : Ürək çatışmazlığının əsasında bir neçə faktor dayanır : Ürəyin koronar arteriyalarının patologiyaları - tıxanması , ateroskelerozu ürək əzələsinin kifayət qədər qidalanmasının və oksigen təchizatının pozulması ilə nəticələnir. Miokard infarktı - İşemik zonaların əzələ təbəqəsinin ölümünə səbəbolur. Kardiomiopatiyalar - İnfeksion və digər amillər ürək əzələsinin zədələnməsinə səbə olur. Ürək əzələsinin həddən artıq yük altında işləməsi - Yüksək təzyiq ,anadangəlmə ürək qüsurları , qapaq qüsurları , tiroid xəstəlikləri , böyək xəstəlikləri , diabet və.s xəstəliklər ürəyin hiperfunksiyasına və tez zədələnməsinə gətirib çıxarır. Simptomlar :Ürəyin normaldan artıq işləməsi aritmiyalarla müşahidə olunur. Nəfəs darlığı , yatarkən nəfəs almaqda çətinlik , quru öskürək , ağciyərlərdə artıq qan toplanması nəticəsində yaranır.Böyrəklərin qan təchizatının zəifləməsi suyun və duzun orqanizmdə ləngiməsi və ödemlərə gətirib çıxarır.Beyinin və digər üzvlərin kifayət qədər qanla təchizatının pozulması fikirin dağınıqlığı, halsızlıq ortaya çıxır.İşthın itməsi, mədəbulanması müşahidə olunur.Xəstələr nərdivan çıxarkən əziyyət çəkir, yeriyərkən tez yorulur və ayaqları şişir . Ürək çatışmazlığının tipləri Ürək çatışmazlığı sistolik və diastolik ürək çatışmazlığı ayırd olunur. Sistolik ürək çatışmazlığı - ürək əzələsi kifayət dərəcədə yığıla bilməməsi səbəbindən meydana çıxır. Diastolik ürək çatışmazlığı yığılmış ürək əzələsinin tam boşala bilməməsi səbəbindən və kifayət qədər qanla dolmadığı üçün az qan nasoslamaması səbəbindən meydana çıxır. Ürək çatışmazlığı mərhələləri I mərhələ - Mülayim fiziki aktivlik zamanı Ü.Ç subyektiv simtomlarının meydana çıxması II mərhələ - a) Boğulma tutmaları, ortopnoe,təkrari ödemləri ,səyirici aritmiya,qaraciyərin böyüməsi, kardiomegaliya, yüngül fiziki aktivlik nəticəsində simptomların meydana çıxması , EKQ və rentgenoqrafiq müayinədə I-li ağciyər hipertenziyası əlaməti. III mərhələ - Minimal aktivlik və sakitlik zamanı ağır simptomlar,ürək astması tutmaları, orqan və toxumaların distrofik dəyişiklikləri
Posted on: Tue, 10 Sep 2013 04:43:42 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015