Ümmü Gülsüm. Vəhhabilər deyirlər ki, həzrət Əli - TopicsExpress



          

Ümmü Gülsüm. Vəhhabilər deyirlər ki, həzrət Əli əleyhissalamın xanım Fatimeyi Zəhradan qızı olub Ümmu Gülsum adında, və həzrət Əli əleyhissalam Ümmü Gülsümü o vaxt 2-ci xəlifə Ömərə ərə verib. Bu düzdürmü? Düzdürsə niyə belə olub? Düz deyilsə bunun sübutu varmı Cavab: Vəhhabilərin dedikləri o sözlər ağ yalandır. Onların bu şayiəni yaymaqda əsas məqsədləri müsəlmanların qəlbindən Əmirəlmöminin Əli əleyhissalamın məhəbbətini azaltmaq və müsəlmanları o həzrətə bədbin etməkdir. Əlbəttə başqa hiylə məqsədləri də vardır. Bu barədə olan reallıqlar isə belədir. BİRİNCİ ƏSAS: ƏMİRƏLMÖMİNİN ƏLİ ƏLEYHİSSALAMIN XANIM FATİMƏDƏN ÜMMÜ GÜLSÜM ADINDA QIZI OLMAYIB. Məşhur alimlər və tədqiqatçıların araşdırmalarına əsasən Əmirəlmöminin Əli əleyhissalamın xanım Fatimə əleyhasalamdan Zeynəbdən başqa qızı olmayıb və həqiqətdə Ümmü Gülsümdən məqsəd elə Zeynəbin özüdür. Ümmü Gülsüm xanım Zeynəbin künyəsidir (ləqəbidir). Birinci əsasın sübutları: 1- Şiə alimlərinin kəlamları: a) Yeddinci hicri əsrinin dahi şiə alimi Rəziyyəddin Hilli əmirəlmöminin Əli əleyhissalamın övladları barəsində yazır: كان له ( عليه السلام ) سبعة وعشرون ذكرا وأنثى: الحسن، والحسين، وزينب الكبرى المكناة بأم كلثوم من فاطمة بنت رسول الله ( صلى الله عليه وآله ).... (Əli) əleyhissalamın qızlı oğlanlı iyirmi yeddi övladı olmuşdur. Həsən, Hüseyn və Zeynəb ki, onun künyəsi(ləqəbi) Ümmü Gülsüm olub, bunlar Allahın Rəsulunun (səllAllahu əleyhi və ali) qızı Fatimənin övladlarıdırlar... əl-Ədədul qəviyyə lidəfil məxavufil yəvmiyyə 242-ci səhifə (müəllif: Rəziyyəddin Əli ibn Yusif əl-Mutəhhər Hilli –vəfatı 705 hicri) b) Ayətullah Mərəşi sənədlə doqquzuncu hicri əsrinin məşhur alimi Fəzl ibn Ruzbəhandan belə nəql edir: ومنهم العلامة فضل الله روزبهان الخنجي الأصفهاني المتوفى سنة 927 في " وسيلة الخادم إلى المخدوم " در شرح صلوات چهارده معصوم عليهم السلام ( ص 103 ط كتابخانه عمومى آية الله العظمى نجفى بقم ) قال:... Həzrət Əli əleyhissalamın on yeddi başqa rəvayətə əsasən iyirmi övladı olub, xanım Fatimədən olanlar dörd övladdır. 1- Həsən 2- Hüseyn 3- Muhsin ki, xanımın qarnında vəfat etdi və 4- Ümmü Gülsüm ləqəbli... Şərhu ihqaqul həqq və izhaqul batil 3-cu cild 172-ci səhifə (müəllif: Ayətullah seyyid Şəhabəddin əl-Mərəşi ən-Nəcəfi) c) Nəcəfdə yaşamış məşhur tədqiqətçı alim Baqir Şərif əl-Qurəşi bu barədə deyir: ليس لصديقة الطاهرة بنت غير السيدة زينب. و أنها تكنّا بأُمّ كلثوم. كما ذكرنا اليه بعض المحققين. و علي ايّ حال فإنّي اذهب بغير تردد اذا ان الصديقة الطاهرة الزهراء ليس عندها بنت تسمّي بأُم كلثوم. Siddieyi Tahirənin (Fatimeyi Zəhranın) xanım Zeynəbdən başqa qızı olmamışdır. Ümmü Gülsüm həmin Zeynəbin künyəsidir (ləqəbidir). Bir sıra tədqiqatçılar da bunu qeyd etmişlər. Hər bir halda mənim şəkksiz əqidəm budur ki, həzərt Fatimənin xanım Zeynəbdən başqa qızı olmamışdır. Həyatu səyyidətin nisai Fatimə əz-Zəhra səlamUllah əleyha 219-cu səhifə 2- Bu əsası təsdiq edən əhli-sünnə alimləri: Əhli-sünnənin bir çox məşhur alim və tədqiqatçıları həzrət Fatimə əleyhasalamın xanım Zeynəbdən başqa qızının olmadığını sübut etmişlər. a) Onuncu əsrin dahi əhli-sünnə alimi Salihi Şami yazır: الثاني: في ولده - رضي الله تعالى عنهم - له من الولد الحسن والحسين ومحسن وزينب الكبرى من فاطمة - رضي الله تعالى عنهم - وله أولاد من غيرها كثيرون. İkinci: Əlinin –Allah Taala ondan razı olsun- övladları barəsində- Onun Fatimədən Həsən, Hüseyn, Muhsin və Zeynəb Kubra –Allah Taala onlardan razı olsun- adlı övladları olmuşdur... Subuləl huda vər-rəşad fi sirəti xəyril ibad 11-ci cild 288-ci səhifə (müəllif: Məhəmməd ibn Yusuf əs-Salihi əş-Şami, vəfatı: 942 hicri) b) Şəhabəddin Qəlyubi məşhur alimlərdən olan Cəlaləddin Muhəllinin yazdığı “Minhacut Talibin” kitabına olan haşiyəsində yazır: قوله: ( والاعتبار بالأب ) أي إلا في حقه (ص) فإن أولاد بنته فاطمة وهم الحسن والحسين وأولادهما من الذكور ينتسبون إليه، وهم الأشراف في عرف مصر وإن كان الشرف أصالة لقبا لكل من أهل البيت، وأما أولاد زينب بنت فاطمة، وكذا أولاد بنات الحسن والحسين وأولادهما من غيرهم، فإنهم ينتسبون إلى آبائهم وإن كان يقال للجميع أولاده (ص) وذريته. فائدة: قال الجلال السيوطي رحمه الله لم يعقب من أولاده (ص) إلا فاطمة الزهراء فإنها ولدت من علي رضي الله عنه الحسن والحسين وزينب، وتزوجت زينب هذه بابن عمها عبد الله فولد له منها علي وعون الأكبر وعباس ومحمد وأم كلثوم، وكل ذرية فاطمة يقال لهم أولاده (ص) وذريته لكن لا ينسب إليه منهم إلا الذكور من أولاد الحسن والحسين خاصة لنصه على ذلك ا ه. “Övladlar atalarına nisbət verilir” sözü düzdür. Təkcə Peyğəmbərdən(s) başqa, çünki o həzərtin qızı Fatimədən olan Həsən və Hüseyn həmçinin onların oğul övladlarını Peyğəmbərə(s) nisbət verilmişlər(yəni onlara Peyğəmbərin övladı deyirlər), Misir camaatı onlar ƏŞRAf (şərəfli) deyirlər, halbuki Əhli-beytin hamısının ləqəbi əşrafdlr. Amma Fatimənin qızı olan Zeynəbin övladları və Həsən və Hüseynin qız övladları əhli-beytdən sayılmırlar və ancaq atalarına nisbət verilirlər. Cəlaləddin Suyuti demişdir: Allahın Rəsulunun Fatimədən başqa övladı olmamışdır. Fatimə isə Əli ilə evləndikdə ondan Həsən, Hüseyn və Zeynəb adlı övladları olmuş, Zeynəb əmisi oğlu Abdullah ilə evlənmiş və onların da Əli, Əvn Əkbər, Abbas, Məhəmməd və Ümmü Gülsüm adlı övladları olmuşdur. Fatiməmin övladlarına Peyğmbərin(s) övladları da deyilir. Sonra isə yalnız Həsən və Hüseynin oğul övladları Peyğəmbərin(s) övladları sayılır, çünki bunu Peyğəmbər(s) özü deyib. Haşiyətu Qəlyubi əla şərhi Cəlaləddin əl-Muhəlli əla minhacut talibin 3-cü cild 136-cı səhifə (müəllif: Şəhabəddin Əhməd əl-Qəlyubi, vəfatı 1069 hicri) c) Misirli əhli-sünnə alimi Şeyx Məhəmməd Həzri də Fatimənin yalnız üç övladının olduğunu sübut etmişdir. زواج علي بفاطمة عليهما السلام. وفي هذه السنة تزوج علي بن أبي طالب وعمره إحدى وعشرون سنة بفاطمة بنت رسول الله، وسنها خمس عشرة سنة، وكان منها عقب رسول الله صلى الله عليه وسلم بنوه:الحسن والحسين وزينب. Hicrətin ikinci ilində Əli iyirmi bir yaşında ikən on beş yaşlı Fatimə ilə evləndi və beləliklə Allahın Rəsulunun(s) övladları olan Həsən, Hüseyn və Zeynəb bu evlənmənin nəticəsində dünyaya gəlmişlər. Nurul Yəqin fi sirəti seyyidil mursəlin 1-ci cild 111-ci səhifə (müəllif: əş-Şeyx Məhəmməd əl-Həzri, vəfatı 1298 hicri) Belə sənədlər həddən çoxdur, amma biz nümunə olaraq bəzilərini qeyd etdik. O ki, qaldı birinci əsasın başqa yönlərdən olan sübutuna: 1- Heç bir səhih hədisdə Zeynəb adı ilə Ümmü Gülsüm adı birlikdə işlənməyib. Bu özü daha bir sübutdur. Xanım Fatimənin övladları barədə hadisələri nəql edən heç bir kitabda Zeynəb ilə Ümmü Gülsüm adı yanaşı gəlməmişdir. 2- Kərbəla hadisələrində xanım Zeynəbin Kufə və Şam şəhərlərində söylədiyi xütbələr (nitqlər) gah “Əlinin qızı Zeynəbin xütbəsi”, gah da “Əlinin qızı Ümmü Gülsümün xütbəsi” kimi yazılmışdır. Yəni xanım Zeynəbin söylədiyi xütbəni həm də Ümmü Gülsümün xütbəsi adı ilə dərc etmişlər. Buradan da məlum olur ki, həmin xütbələr bir nəfərə yəni xanım Zeynəbə aiddir ki, Ümmü Gülsün onun künyəsidir (ləqəbidir). Əhli-sünnənin ən qədim alimlərindən olan İbn Təyfur “Bəlağətun-Nisa” adlı kitabında, həmçinin bir sira bşqa məşhur alimləri Ümmü Gülsümün xütbəsini Kufədə belə söylədiyini nəql etmişlər: ورأيت أم كلثوم عليها السلام ولم أر خفرة والله أنطق منها كأنما تنطق وتفرغ على لسان أمير المؤمنين عليه السلام وقد أومأت إلى الناس أن اسكتوا فلما سكنت الأنفاس وهدأت الأجراس قالت أبدأ بحمد الله والصلاة والسلام على جدي أما بعد يا أهل الكوفة يا أهل الختر والخذل إلا فلا رفأت العبرة ولا هدأت الرنة إنما مثلكم كمثل التي نقضت غزلها من بعد قوة أنكاثاً. Ümmü Gülsümü gördüm, onun kimi natiq görməmişdim. Sanki danışan Əlinin dili idi. İnsanlara işarə etdi ki, sakit olsunlar, elə ki, camaat sakit oldu zəngləri dayandı, dedi: Sözümü Allahın həmdi və babam RəsulAllahın salavatı ilə başlayıram, Ey Kufə camaatı, Ey məkr və hiylə əhli, həmişə gözü yaşlı olasınız, qəm nalələriniz heç vaxt sona yetməsin, sizin məsəliniz o şəxsin məsəlinə bənzəyir ki, öz əsasını möhkəm olduqdan sonra süstləşdirir... Bəlağətun nisa 24-cü səhifə (müəllif: Əbil Fəzl əl-məruf biibn ət-Təyfur, vəfatı 230 hicri) Nəsruddurər fil muhəzirat 4-cü cild 19-cu səhifə (müəllif Əbu Səid əl-Abi, vəfatı 421 hicri) ət-Təzkirətul Həmduniyyə 6-cı cild 265-ci səhifə (müəllif: İbn Həmdun, vəfatı 608 hicri) Cümhurətu xutəbil ərəb 2-ci cild 134-cü səhifə (müəllif: Əhməd Zəki Sufut) Həmin bu xütbəni Şeyx Müfid və çoxlu sayda alimlər səhih sənədlərlə xanım Zeynəbdən nəql etmişlər. ورأيت زينب بنت علي عليهما السلام ولم أر خفرة قط أنطق منها كأنها تفرغ عن لسان أمير المؤمنين عليه السلام. قال: وقد أومأت إلى الناس أن اسكتوا، فارتدت الأنفاس وسكتت الأصوات فقالت: الحمد لله والصلاة على أبي رسول الله، أما بعد يا أهل الكوفة، ويا أهل الختل والخذل، فلا رقأت العبرة، ولا هدأت الرنة، فما مثلكم إلا " كالتي نقضت غزلها من بعد قوة أنكاثا، تتخذون أيمانكم دخلا بينكم. Əlinin qızı Zeynəbi gördüm, onun kimi natiq görməmişdim. Sanki danışan Əlinin dili idi. İnsanlara işarə etdi ki, sakit olsunlar, elə ki, camaat sakit oldu zəngləri dayandı, dedi: Sözümü Allahın həmdi və babam RəsulAllahın salavatı ilə başlayıram, Ey Kufə camaatı, Ey məkr və hiylə əhli, həmişə gözü yaşlı olasınız, qəm nalələriniz heç vaxt sona yetməsin, sizin məsəliniz o şəxsin məsəlinə bənzəyir ki, öz əsasını möhkəm olduqdan sonra süstləşdirir... əl-Əmali 322-ci səhifə (müəllif Məhəmməd ibn Məhəmməd ibn ən-Numan əl-Bağdadi əş-Şeyx əl-Müfid, vəfatı 413 hicri) Həmçinin camaat əhli-beyin uşaqlarına sədəqə vermək istəyəndə xanım Zeynəbin mane olmasını və camaata sözlərini bəzi kitablar Ümmü Gülsüm adı ilə nəql etmişlər.. 3- Əmirəlmöminin Əli əleyhissalam şəhid ediləcəyi axşam kimin evində idi?! Çoxlu sayda hədislərə əsasən Əmirəlmöminin Əli əleyhissalam Ramazan ayında hər gecə bir övladının evində iftar edirdi. Belə ki, bir gecə Hüseynin evində, o biri gecəni Abdullah ibn Cəfərin (xanım Zeynəbin həyat yoldaşı) evində iftar açırdı. Hədislərdə gəlib ki, İmam həmin gecə Ümmü Gülsümün evində idi. Ümmü Gülsüm bu ikisindən hansının həyat yoldaşı idi? لما دخل شهر رمضان، كان أمير المؤمنين عليه السلام يتعشى ليلة عند الحسن وليلة عند الحسين وليلة عند عبد الله بن جعفر، وكان لا يزيد على ثلاث لقم، فقيل له في ليلة من تلك الليالي في ذلك، فقال: " يأتيني أمر الله وأنا خميص، إنما هي ليلة أو ليلتان " فأصيب عليه السلام في آخر الليل. Ramazan ayı daxil olanda Əmirəlmöminin Əli əleyhissalam bir gecəni Həsənin, bir gecəni Hüseynin və bir gecəni Abdullah ibn Cəfərin evində keçirirdi. Və üç loğmadan artıq yemək yemirdi. Soruşdular ki, nə üçün belə az yeyirsiniz? Buyurdu: Allahın əmri (şəhid olmaq) məni yaxalayacaqdır, ona görə də istəyirəm ki, görüşə ac qarınla gedim. 2 gecə ya da 3 gecədən artıq keçmədi ki, mübarək başından zərbə vurdular. əl-İrşad fi mərifəti hucəcillah ələl ibad 1-ci cild 14-cü səhifə (müəllif: Şeyx Müfid, vəfatı 413 hicri) Əhli-sünnə alimləri də bu hadisəni belə nəql etmişlər. كان علي لما دخل رمضان يتعشى ليلة عند الحسن وليلة عند الحسين وليلة عند أبي جعفر لا يزيد علي ثلاث لقم يقول أحب أن يأتيني أمر الله وأنا خميص. Ramazan ayı çatanda Əli bir gecə Həsənin, bir gecə Hüseynin və bir gecə də Abdullan ibn Cəfərin (xanım Zeynəbin həyat yoldaşı) evində iftar açırdı. Və üç loğmadan artıq yemək yemirdi və deyirdi: İstəyirəm ki, Allahın əmri mənə mən ac olarkən gəlsin. Usdul ğabə fi mərifətis səhabə 4-cü cild 128-ci səhifə (müəllif: İbn Əsir əl-Cəzri, vəfatı 630 hicri) əl-Kamil fit tarix 3-cü cild 254-cü səhifə (müəllif ibn Əsir) Rəbiul əbrar 1-ci cild 249-cu səhifə (müəllif: Carullah əz-Zəməxşəri əl-Xarəzmi, vəfatı 538 hicri) Nihayətul ərəb fi fununil ədəb 3-cü cild 312-ci səhifə (müəllif: Şəhabəddin Əhməd ibn Əbdül Vəhhab) Başqa hədislərdə isə Ümmü Gülsümün evində olduğu qeyd edilib. Yəni xanım Zeynəbin evində. 4- Xanım Fatimə əleyhasalam şəhid olanda gecəni onun yanında olan, ona ağlayan, atası Əliyə xanıma qüsl verməkdə kömək edən qız kim idi. Bütün səhih mənbələr nəql etmişlər ki, Xanım Fatimə əleyhasalam şəhid olanda o həzrətin övladlarının üçü də xanımın dəfn-kəfən işlərində Əli əleyhissalama kömək etmişlər, Zeynəb atasına qüsldə də kömək etçişdir... İKİNCİ ƏSAS: ƏMİRƏLMÖMİNİN ƏLİ ƏLEYHİSSALAMIN EVİNDƏ OLAN ÜMMÜ GÜLSÜM O HƏZƏRTİN YOX, BİRİNCİ XƏLİFƏ ƏBUBƏKRİN QIZIDIR. Yaylılan şayiələrin əksinə olaraq, xanım Fatimənin Ümmü Gülsüm adlı qızının olmadığı aşkar məlumddur, heç bir səhih hədisdə xanım Fatimənin Zeynəbdən başqa bir qızının olduöu qeyd edilməyib. Bəli, tarixi araşdırmalara əsasən Əli əleyhissalamın evində Ümmü Gülsüm adlı qız olmuşdur. Bu qız sonralar ikinci xəlifə Ömərə ərə getmiş, Ömər öldürüldükdən sonra isə yenidən Əli əıeyhissalamın evinə qayıtmişdir. Əhli-sünnənin böyük alimlərinin etirafına əsasən bu qız, yəni Ümmü Gülsüm birinci xəlifə Öbubəkrin qızıdır, onun vəfatından sonra Əli əleyhissalam Əbubəkrin həyat yoldaşı ilə evlənmişdir. Əbubəkrin həmin qadında iki övladı, Məhəmməd adlı oğlu və Ümmü Gülsüm adlı bu qızı rəbiə (qızlıq) kimi saxlamışdır. 1- Səhihi Müslim kitabının ən məşhur şərhçisi etiraf edir: Ömər həqiqətən ƏbuBəkrin kürəkəni oluşdur. Bir sıra əhli-sünnə alimləri etiraf etmişlər ki, Ömərə ərə gedən Ümmü Gülsüm həqiqətdə Əbubəkrin qızı olmuşdur, Əlinin yox. Əhli –sünnənin ən məşhur alimlərindən olan və səhihi Müslim kitabının ən məşhir şərhçisi İmam Nəvəvi kimi tanınan Muhyəddin Nəvəvi deyir ki, Ömər Əbubəkrin qızı Ümmü Gülsümlə evlənmişdir. أختا عائشة: اللتان أرادهما أبو بكر الصديق، رضى الله عنه، بقوله لعائشة: إنما هما أخواك وأختاك، قالت: هذان أخواى، فمن أختاى؟ فقال: ذو بطن بنت خارجة، فإنى أظنها جارية. ذكر هذه القصة فى باب الهبة من المهذب، وقد تقدم بيانهما فى أسماء الرجال فى النوع الرابع فى الأخوة، وهاتان الأختان هما أسماء بنت أبى بكر، وأم كلثوم، وهى التى كانت حملاً، وقد تقدم هناك إيضاح القصة، وأم كلثوم هذه تزوجها عمر بن الخطاب، رضى الله عنه. Aişənin iki bacısı, Əbubəkrin sözünün məqsədi idi ki, onu Aişəyə demişdir. “Sənin iki qardaşın və iki bacın məndən irs aparacaqlar” Aişə dedi: onlar ikisi də mənim qardaşımdırlar, amma axı mənim cəmi bir bacım var?! Cavabında dedi: ikinci bacın Xaricənin qarnında olan qızdır. O ikisi barədə dördüncü fəsildə kişilərin adları hissəsində keçdi. Bu iki bacı Əbubəkrin qızı Əsma və Əbubəkrin o biri qızı Ümmü Gülsümdür. Bu söz deyilən vaxt anasının qarnında olan qız elə budur, oradan bu barədə danışdıq. Bu həmin Ümmü Gülsümdür ki, Ömər onunla evlənmişdir. Təhzibul əsma vəl luğat 2-ci cild 630-cu səhifə (müəllif: Əbu Zəkəriyya Muhyəddin Yəhya ibn Şərəf ən-Nəvəvi, vəfatı 676 hicri) Bu etiraf ilə bir çox həqiqətlər üzə çıxır və sübut olur ki, Ömərin həzrət Əli əleyhissalamın qızı ilə evlənməsi dastanı yalan və əfsandən başqa bir şey deyil. Tarixi həqiqətlər də bu sübutu tamamlayır. Belə ki, Əbubəkr ilə Ömərin arasında möhkəm dostluq və qardaşlıq bağlılıqları olmuş, Əbubəkrin ölümündən sonra Ömər özündə məsuliyyət hiss etmiş və Əbubəkrin ailəsinə dayaq olmaq məqsədi ilə Əbubəkrin qızı Ümmü Gülsümlə evlənmişdir. ÜÇÜNCÜ ƏSAS: ƏMİRƏLMÖMİNİN ƏLİ ƏLEYHİSSALAMIN ÖZ QIZINI ÖMƏRƏ VERMƏSİ DASTANININ YALAN OLMASININ DAHA BİR SÜBUTÜ O HADİSƏNİ DANIŞANLARIN HEÇ BİRİNİN SÖZLƏRİNİN O BİRİLƏRİ İLƏ DÜZ GƏLMƏMƏSİDİR. Bəli, bu da açıq aşkar bu hadisənin yalan və əfsanə olduğunu göstərir. Əhli-sünnə kitablarında gələn rəvayətlərin heç biri bir-biri ilə düz gəlmir. Hər ravi (hədis ya əhvalat danışan) tamam başqa cür bu dastanı danışır. a) Ümmü Gülsümü Əli əleyhissalam Ömərə vermək istəyirdə əvvəldən, Ümmü Gülsümü Əli əleyhissalam o isətdiyinı görə razı oldu verdi, Ömər gəlib Ümmü Gülsümü Əli əleyhissalamdan istədi o da vardi, Ömər gəlib Ümmü Gülsümü Əli əleyhissalamda istədi və İmam dedi ki, mənlik deyil onun özünə de razı olsa al, Ömər elçi olaraq İbn Abbası göndərdi ki, Ümmü Gülsümü Əli əleyhissalamdan istə... və sair bir-birinə zidd rəvayət. b) Ömər Ümmü Gülsümdən hə aldı amma evlənə bilmədi vəfat etdi, Evləndi amma yaşaya bilmədi çünki vəfat etdi, Evləndi amma uşaqları olmadı, Evləndi hətta Zeyd adlı uşaqları da oldu........ c) Ümmü Gülsümün mehriyyəsi (başlığı) 400 dirhəm olub, Ümmü Gülsümün mehriyyəsi (başlığı) 40 000 dirhəm olub, Ümmü Gülsümün mehriyyəsi (başlığı) 4000 min dirhəm olub, Ümmü Gülsümün mehriyyəsi (başlığı) 500 dirhəm olub.... ç) Ömərdən soran Ümmü Gülsüm Əlinin evinə qayıtdı, Ömərdən soran Ümmü Gülsüm oğlu ilə qıldı, Ömərdən soran Ümmü Gülsüm övladı yox idi deyə tək qaldı, Ömərdən soran Ümmü Gülsüm oğlu Zeyd ilə birlikdə öldürüldü.... Bu qədər rəvayətlərin heç birinin bir-biri ilə uyğun gəlməməsin və hərəsinin tamamilə ayrı bir dastan olması açıq-aşkar bu əhvalatın yalan, uydurma və əfsanə olmasını təsdiq edir. DÖRDÜNCÜ ƏSAS: BÜTÜN DEYİLƏNLƏRİ ALMASAQ BELƏ ƏMİRƏLMÖMİNİN ƏLİ ƏLEYHİSSALAM ÖMƏRƏ QIZ VERMƏZDİ. Əmirəlmöminin Əli əleyhissalam heç vaxt Ömərə qız verməyə razı olmazdı. Çünki: Əli əleyhisalama Öməri Yalançı, Günahkar, Hiyləgər və Xain (xəyanətkar) bilir. 1- Əhli-Sünnənin iki ən səhih kitabından biri olan Səhihi Müslim kitabı yazır: ثُمَّ تُوُفِّىَ أَبُو بَكْرٍ وَأَنَا وَلِىُّ رَسُولِ اللَّهِ -صلى الله عليه وسلم- وَوَلِىُّ أَبِى بَكْرٍ فَرَأَيْتُمَانِى كَاذِبًا آثِمًا غَادِرًا خَائِنًا. Ömər camaatın arasında üzünü Əli ilə Abbasa tutub dedi: Əbubəkr öləndən sonra mən Peyğəmbərin səllAllahu əleyhi və səlləm, və Əbubəkrin xəlifəsi oldum. Siz ikiniz də məni Yalançı, Günahkar, Hiyləgər və Xain sayırsınız. Səhihi Müslim 3-cü cild 1378-ci səhifə 1757-ci hədis kitabul cihad vəs səyr, bab hukmil fəy (müəllif: Muslim ibn Həccəc ən-Nisaburi, vəfatı 261 hicri) 2- Əhli-sünnənin məşhur və dahi alimi Əbdurruzzaq Sənani səhih sənədlərlə Ömərin öz dilindən nəql edir ki: ثم وليتها بعد أبي بكر سنتين من إمارتي فعملت فيها بما عمل رسول الله (ص) وأبو بكر وأنتما تزعمان أني فيها ظالم فاجر.... Ömər orada olan Əli və Abbasa dedi: artıq iki ildir ki, mən Əbubərkdən sonra hökumət edirəm və Peyğəmbərin(s) və Əbubəkrin üslubu ilə gedirəm, amma siz hələ də bu əqidədəsiniz ki, mən Zalım və Facirəm (əxlaqsızam). əl-Kitabul musənnəf fil əhadis vəl asar 5-ci cild 469-cu səhifə (müəllif: Əbubəkr ibn Əbi Şəybə, vəfatı 235 hicri) Gördüyünüz kimi bu səhih hədislər onu təsdiqləyir ki, Əli əleyhissalam birinci və ikinci xəlifələri günahkar, zalım, yalançı və xain sayıb. Belə bir halda Əli əleyhissalamın Ömərə qız verməyə razı olması heç cür qəbul edilə bilməz. Hansı ağıllı insan öz qızıni Yalançı, Zalım, Əxlaqsız, Günahkar, Hiyləgər və Xəyanətkara ərə verər?! BEŞİNCİ ƏSAS: ÖMƏR ÜMMÜ GÜLSÜM İLƏ ZOR VƏ HƏDƏ-QORXU İLƏ EVLƏNMİŞDİR. Məlum oldu ki, Ömərin evləndiyi Ümmü Gülsün birinci xəlifə Əbubəkrin qızıdır. Bununla belə sonda bunu da qeyd etmək lzaımdır ki, elə bilməyin ki, bu evlənməyə Ümmü Gülsün sevinərək razı olub!! Ümmü Gülsüm Əbubəkrin qızı olsa da Əli əleyhissalamın evində böyüyük və tərbiyə alıb. Bu halda heç bir insanlı insan bu evlənməyə onun könüllü olara razı olmasını qəbul edə bilməz. Bu bərədə olan çoxlu sayda hədislərin birini nümənə olaraq qeyd edək: 1. مُحَمَّدُ بْنُ أَبِي عُمَيْرٍ عَنْ هِشَامِ بْنِ سَالِمٍ عَنْ أَبِي عَبْدِ اللَّهِ (عليه السلام) قَالَ لَمَّا خَطَبَ إِلَيْهِ قَالَ لَهُ أَمِيرُ الْمُؤْمِنِينَ إنها صَبِيَّةٌ قَالَ فَلَقِيَ الْعَبَّاسَ فَقَالَ لَهُ مَا لِي أَ بِي بَأْسٌ قَالَ وَمَا ذَاكَ قَالَ خَطَبْتُ إِلَى ابْنِ أَخِيكَ فَرَدَّنِي أَمَا وَاللَّهِ لَأُعَوِّرَنَّ زَمْزَمَ وَلَا أَدَعُ لَكُمْ مَكْرُمَةً إِلَّا هَدَمْتُهَا وَلَأُقِيمَنَّ عَلَيْهِ شَاهِدَيْنِ بِأَنَّهُ سَرَقَ وَلَأَقْطَعَنَّ يَمِينَهُ فَأَتَاهُ الْعَبَّاسُ فَأَخْبَرَهُ وَسَأَلَهُ أَنْ يَجْعَلَ الْأَمْرَ إِلَيْهِ فَجَعَلَهُ إِلَيْهِ. Ömər Ümmü Gülsüm üçün elçiliyə gələndə Əmirəlmöminin ona dedi: O, hələ uşaqdır. Ömər sonra Abbas ilə görüşdü və dedi: Mən necəyəm? Mənim müşkülüm var? Abbas dedi: Sənə nə olub? Qardaşın oğlundan qız istədim məni rədd etdi. And olsun Allaha, zəmzəm quyusunu dolduraram(bağlayaram), sizə aid heç bir kəramət qoymaram, hamısını yox edərəm. İki nəfər adam durğuzacam Əlinin üzünə ki, sən oğurluq etmisən və əlini kəsdirəcəm. Abbas həzərt Əlinin yanına gəldi. Onu bu əhvalatdan xəbərdar etdi, və istədi ki, bu elçilik məsələsini mənə tapşır. Həzrət Əli də bu evlənmə məsələsini əmisi Abbasa tapşırdı. əl-Usul minəl-Kafi 5-ci cild 346-cı hədis (müəllif: Əbu Cəfər Məhəmməd ibn Yəqub, vəfatı 328 hicri) NƏTİCƏ: -Birinci, Əmirəlmöminin Əli əleyhissalamın xanım Fatimeyi Zəhradan xanım Zeynəbdən başqa qızı olmayıb. -İkinci, Ömərə ərə gedən Ümmü Gülsüm birinci xəlifə Əbubəkrin qızı olub, Əli əleyhissalamın yox. -Üçüncü, bu evlənmə də zor gücü ilə, hədə-qorxu ilə baş tutub.
Posted on: Wed, 04 Sep 2013 08:15:04 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015