Ürək unutmayıb, xəbərin olsun, Dilim söyləsə de unutdum - TopicsExpress



          

Ürək unutmayıb, xəbərin olsun, Dilim söyləsə de unutdum səni. Sən məni unuda bilməmisənsə, Bu göz yaşlarımla xatırla məni. Mənimçün əlçatmaz olan xəyalsan, Bir anlıq özün də xəyala dalsan, Keçmişi düşünüb yadına salsan, Bu göz yaşlarımla xatırla məni. Sakitcə dayanıb qulaq asanda, Ürək pıçıldayır, dilim susanda. Unutsan eybi yox... Xatırlasan da Bu göz yaşarımla xatırla məni. Qəm, kədər əlindən üzülüb axan, Yanağdan qatar tək düzülüb axan, Gözdən damla-damla süzülüb axan, Bu göz yaşarımla xatırla məni. Eşitdim həyatdan çox incimisən, Unutmaq çətindir, çetin- demisən?! Unut gülüşümü, sevincimi, sən Bu göz yaşarımla xatırla məni. Kimisə Aksin yerinə qoysan, Xəyanət görərək yalandan doysan, Nə vaxtsa, sevgimə ehtiyac duysan, Bu göz yaşarımla xatırla məni
Posted on: Fri, 22 Nov 2013 17:30:54 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015