İSLAMDA BÖHTAN. İslamda böhtan ən böyük - TopicsExpress



          

İSLAMDA BÖHTAN. İslamda böhtan ən böyük günahlardandır.Qurani-Kərimdə insana böhtan atmağın günah olması aşkar şəkildə qeyd edilir: 272.Böhtan Qur’an: «Mömin kişiləri və qadınları etmədikləri bir işdən ötrü incidənlər, şübhəsiz ki, üzərlərinə böhtan və açıq-aydın bir günah götürmüşlər.» (Əhzab, ayə 58) Hədis: 921.Allahın Peyğəmbəri (s):«Kim mömin kişiyə və ya qadına böhtan atsa, yaxud onun barəsində onda olmayan şeyi desə, Allah Qiyamət günü onu həmin şəxs barəsindəki sözünü geri götürənə kimi bir od təpənin üstündə saxlayar.» (Biharul-Ənvar, c.75, səh.194, hədis 5) 922.İmam Əli (ə):«Böhtan atmaq kimi həyasızlıq və abırsızlıq yoxdur.» (Ğurərul-Hikəm, hədis 10455) 923. İmam Əli (ə):«Günahsız adama böhtan atmaq səmadan da böyükdür.» (Biharul-Ənvar, c.78, səh.194, hədis 99) 924.İmam Səccad (ə):«Kim camaatda olan eyb barəsində danışsa, camaat onda olmayan eybi ona aid edər.» (Biharul-Ənvar, c.78, səh.160, hədis 21) 925.İmam Sadiq (ə) müdriklərin birindən nəql edərək buyurmuşdur:«Günahsız adama böhtan atmaq möhkəm dağlardan da ağırdır.» (Biharul-Ənvar, c.75, səh.194, hədis 3)
Posted on: Thu, 05 Sep 2013 04:40:24 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015